"Sərgüzəşti-vəziri-xani-Lənkəran" mövsümü bağlayacaq
Bizi izləyin

Mədəniyyət

"Sərgüzəşti-vəziri-xani-Lənkəran" mövsümü bağlayacaq

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümə yekun vurmağa hazırlaşır.

Teatrdan Publika.az-a verilən məlumata görə, teatr mövsümə iyulun 10- da "Azərsun Holdinq" Mədəniyyət Mərkəzində görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasinda hazırlanacaq eyniadlı tamaşası ilə yekun vurulacaq.

Quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov olan tamaşanın musiqi tərtibatçısı Orxan Kərimov, rəqslərin tərtibatçısı Pedram Nazeradli , quruluşçu rəssamı isə Xaliq Cabbarovdur.

Tamaşada rolları əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Nazir Rüstəmov və başqaları ifa edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm