Düşmənin daha bir pilotsuz uçan aparatı məhv edilib - FOTOLAR/VİDEO
Bizi izləyin

Nida.az

Düşmənin daha bir pilotsuz uçan aparatı məhv edilib - FOTOLAR/VİDEO

Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatı məhv edilib.

Publika.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Silahlı Qüvvələrimiz düşmənin iki pilotsuz təyyarəsini məhv etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm