Stalin Moskvanı xilas etmiş bakılını niyə edamdan qurtarmadı? – FOTOLAR/VİDEO
Bizi izləyin

Anar təqdim edir

Stalin Moskvanı xilas etmiş bakılını niyə edamdan qurtarmadı? – FOTOLAR/VİDEO

1941-ci ilin qarlı dekabrı. Alman faşistləri SSRİ-nin paytaxtı Moskvanın bir neçə kilometrliyində dayanmışdılar. Almaniyanın o zamankı rəhbəri Adolf Hitler əsgərlərinə müraciətində müharibədə sonuncu, həlledici döyüşün – Moskva uğrunda əməliyyatın başlandığını qeyd edərək hərbçilərinin SSRİ paytaxtını ələ keçirməyə nail olacağına əminliyini ifadə edirdi. Məhz bu zaman SSRİ rəhbərliyi Yaponiyadakı kəşfiyyatçısı, Bakıda doğulmuş Rixard Zorgenin rəsmi Tokionun SSRİ-yə hücum etməyəcəyi barədə radioqramına inanaraq Sibirdəki ən yaxşı diviziyaları Moskva ətrafına gətirmək əmrini verdi. Qarlı şəraitdə çox yaxşı döyüş qabiliyyəti olan Sibir diviziyaları ilə güclənmiş sovet ordusu dekabrın 5-də əks-hücuma keçərək faşist qoşunlarını 200 kilometr geri oturtdu. Əks təqdirdə Stalin və Moskvanın müdafiəsinə rəhbərliyi həyata keçirən general Georgi Jukov almanların dekabrın 15-də paytaxt üzərinə növbəti, həlledici hücuma keçəcəyini bilirdilər. Beləcə, SSRİ-nin paytaxtı Zorgenin kəşfiyyat məlumatı əsasında faşistlərdən xilas edildi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində sonradan Moskvanı, milyonlarla rusun həyatını xilas etmiş dünya şöhrətli kəşfiyyatçı, jurnalistlə bağlı maraqlı faktları təqdim edir. (yazının 1-ci hissəsi bu linkdədir: http://publika.az/p/150545)

Stalin: “Onun sənədlərini mənə gətirin”

Həm Almaniya, həm də Yaponiya SSRİ rəhbərliyinə müraciət edərək kabare artistinin 1941-ci ilin 18 oktyabrında sovet kəşfiyyatçısını yaponlara satdığı, zindanda saxlanılan Zorgenin dəyişilməsi təklifini irəli sürdülər. Yaponlar Zorgeni SSRİ-yə əsir düşmüş iki yapon admiral ilə dəyişmək istəyirdilər. Bundan sonra isə Almaniya Rixardı yapon adalarında amerikanlara qarşı döyülüb əsir alınmış bir neçə zabitlə dəyişmək təklifini irəli sürdü.

Hər iki düşmən dövlətin təklifləri Stalinə çatdırıldı. SSRİ rəhbəri dərhal Zorgenin şəxsi sənədlərinin ona gətirilməsini tələb etdi. O, kəşfiyyatçının şəxsi sənədlərini diqqətlə nəzərdən keçirdikdən sonra Rixardın dəyişilməsi təkliflərini rədd etdi.

Stalin hesab edirdi ki, Zorge həm sovetlərə, həm də almanlara işləyir. Baxmayaraq ki, diktator Zorgenin edam ediləcəyini də bilirdi. Beləcə, qəddar dövlət başçısı illərini, bütün gücünü, hətta həyatını SSRİ-yə görə riskə atmış kəşfiyyatçını xilas etməkdən imtina etdi.

Yaponiya SSRİ-dən bu edamla ”qisas aldı”

Zorge ilə bağlı digər maraqlı fakt Yaponiya rəhbərliyinin SSRİ-yə acıq vermək üçün sovet kəşfiyyatçısını 1944-cü ilin 7 noyabrında – Böyük Oktyabr Sosialist inqilabının növbəti ildönümü günündə edam etdirməsidir. O, məhz sovetlərin bayram etdiyi gün edam olundu.

Zorge edamı ərəfəsində də maraqlı replikası ilə düşmənlərini təəccübləndirdi: “Sovet ordusu sizə qalib gələcək. Bütün cinayətlərinizə görə cavab verəcəksiniz”.

SSRİ-nin sahib durmadığı, yapon əsirləri ilə dəyişmək istəmədiyi sabiq kəşfiyyatçı artıq yaponlara da lazım deyildi. Onu edam etdilər. Suqamo həbsxanasında edam edilən kəşfiyyatçının ölümü ilə bağlı protokoldan: “Rixardın asılmasından sonra onun bədəninin atıldığı “lyuk” 18 dəqiqə sonra açıldı. Rixardın ürəyi hələ də döyünürdü”.

Xruşşov: “Belə bir sovet kəşfiyyaçısı tanımıram”

Dünyanı heyran etmiş kəşfiyyatçı ilə bağlı daha bir təəssüfedici fakt: qədirbilməz, fədakar qəhrəmanlarını layiqincə qiymətləndirə bilməyən SSRİ Rixard Zorgenin qəhrəmanlıqlarından bir də 1961-ci ildə xəbər tutdu. Həmin il İv Çampi Fransada “Siz kimsiniz, doktor Zorge?” filmini lentə aldı. Filmi təsadüfən izləyən SSRİ rəhbəri Xruşşov “Zorge kimdir? Belə bir sovet kəşfiyyaçısı tanımıram” - deyib “Ramzay”ın şücaətlərindən heyrətini gizlədə bilmədi. Kəşfiyyatçının həyatının araşdırılmasına başlanıldı. Və Zorgeyə ölümündən illər sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Bir sıra küçələr, məktəblər, gəmilər onun adına əbədiləşdirildi.

1932-ci ilin 15 fevralından 1941-ci ilin 18 oktyabrınadək sovet hərbi kəşfiyyatının Yaponiyadakı rezidenti olmuş Zorge ilə bağlı maraqlı faktlar bununla yekunlaşmır. Belə ki, 2015-ci ildə faşist Almaniyasının sabiq xarici işlər naziri İoahim Ribbentropun 1938-ci ildə Zorgeyə doğum günü münasibətilə yazdığı məktub tapıldı. Nazir şəxsi məktubunda Zorgeni Almaniyanın Yaponiyadakı səfirliyinin fəaliyyətinə "görkəmli töhfə" adlandırmışdı.

Zorge və “Baharın 17 anı”

Daha bir maraqlı fakt – Zorge “Baharın 17 anı” filminin əsl qəhrəmanıdır. Yəqin ki, çoxumuz filmdəki Ştirliçin real həyatda olmadığından, bu “kəşfiyyatçı”nın rejissor tərəfindən uydurulduğunu bilmirik. Halbuki Zorge bu filmin qəhrəmanının prototipidir. Yeganə fərq bundan ibarətdir ki, Zorge uydurma Ştirliçdən fərqli olaraq, həyat yoldaşı ilə 8 ildə cəmi 6 dəfə görüşmüşdü. Onların ən uzunmüddətli görüşü 5 saat çəkmişdi.

Zorge ilə bağlı daha bir maraqlı fakt onun ikinci həyat yoldaşı Yekaterina Maksimovanın 1943-ci ildə düşmən kapitalist dövlətləri ilə əlaqədə olması səbəbindən həbs edilməsidir. Belə çıxır ki, SSRİ üçün həyatını qurban vermiş ərdən fərqli olaraq, qadın düşmən ölkələrlə əlaqə saxlayırmış.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm