Ermənilərə qan udduran qəhrəmanımızı azərbaycanlılar niyə öldürdü? İNANILMAZ FAKTLAR
Bizi izləyin

Anar təqdim edir

Ermənilərə qan udduran qəhrəmanımızı azərbaycanlılar niyə öldürdü? İNANILMAZ FAKTLAR

“Birinci Dünya Müharibəsinin sonlarında ermənilər ingilislərlə birlikdə Vediyə gəldilər"

(II yazı)

Zaman keçdikcə ermənilərin və sovet Rusiyasının Azərbaycan xalqına qarşı yeni-yeni xəyanətləri və ağır cinayətləri üzə çıxır, tarixin qaranlıq səhifələrində gizli qalmış məqamların üstü açılır. Ötən əsrin 20-ci illərində daşnaklara qarşı mübarizə apararaq Azərbaycanın ərazi bütövlüyü uğrunda silaha sarılmış, 30-cu illərdə isə naməlum şəkildə öldürülmüş Abbasqulu bəy Şadlinskinin müəmmalı qətli də bu qəbildəndir. Lakin zaman keçdikcə araşdırmaçılarımız, o cümlədən tədqiqatçı Əziz Ələkbərli həmin dövrü tədqiq edərək erməni xəyanətkarlığına dair bir sıra faktları üzə çıxarıblar.

Publika.az araşdırmaçı Əziz Ələkbərlinin topladığı faktlar əsasında Azərbaycan xalqının qəhrəman və vətənpərvər oğlu Abbasqulu bəy Şadlinskinin həyatının ən maraqlı məqamlarını təqdim edir.

Yazının birinci hissəsi ilə buradan tanış ola bilərsiniz.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni nazirdən etiraf: “Abbasqulu bəy bizi məğlub etdi”

Əziz Ələkbərli qeyd etdi ki, Daşnak Respublikasının ilk baş naziri Ohanes Kaçaznuni döyüşlərdə dəfələrlə Abbasqulu bəy Şadlinskiyə məğlub olub: “1921-ci ildə Parisdə Daşnaksütyun Partiyasının qurultayında “Biz niyə məğlub olduq?” sualı qoyulur. Kaçaznuni hesabat verir və məğlubiyyətin səbəblərindən birini belə izah edir: “Biz 1918-1920-ci illərdə Vedibasarın və Şərurun üzərinə qoşun göndərdik və oranı güc yolu ilə tabe etməyə çalışdıq. Bizim birinci səhvimiz o idi ki, həmin əraziyə qoşun göndərdik. İkinci səhvimiz isə bu idi ki, ora qoşun göndərsək də məğlub olduq”.

Bütün bunlar Abbasqulu bəyin xidmətlərinin nəticəsidir: “Birinci Dünya Müharibəsinin sonlarında ermənilər ingilislərlə birlikdə Vediyə gəldilər. Bildirdilər ki, artıq bu ərazi Antantanın ixtiyarındadır. Lakin Abbasqulu bəy ermənilərə “rədd olun ingilislərlə birlikdə”- deyərək onları bölgədən qovur”.

Lakin qüvvələr nisbəti qeyri-bərabər idi: “Güclü daşnak ordusu 1920-ci ilin yayında Abbasqulu bəyi mühasirəyə aldı. O, mühasirəni yarıb Sədərəyə keçdi. Gördü ki, burada bir nəfər azərbaycanlı qalmayıb. Oradan da Şərura üz tutdu. Daha sonra İrana keçirmək, bütün əhalini düşmənin atəşi altından çıxarmaq istəyirdi. Lakin İran sərhədçiləri buna icazə vermədilər. Belə olduqda Abbasqulu bəy İran sərhədçilərindən ikisini öldürüb, əhalini İrana keçirdi”.

1919-cu ildə ingilislər danışıq adı altında Vediyə gəlirlər: “Onlar Abbasqulu bəyi danışıqlar adıyla zirehli qatara dəvət edirlər. O, qatara danışıq aparmaq üçün daxil olanda bəyi tələyə salıb, həbs edirlər. Qatar İrəvana istiqamət alır. Bəyi həbs edirlər. Azərbaycan Cümhuriyyətinin nümayəndələri İrəvandakı nümayəndə Məhəmməd xan Təkinskiyə teleqram vurub, təcili surətdə Abbasqulu bəyi həbsdən azad etməyi tapşırırlar. Gecə ilə Abbasqulu bəyi həbsdən qaçırırlar”.

“Nə qədər ki o sağ idi, ermənilər heç kimə toxuna bilmirdi”

Bundan sonra o, Vediyə rəhbərliyi davam etdirir: “Təəssüf ki, Abbasqulu bəyin qoruduğu zona neytral ərazi olduğundan o, Azərbaycan Xalq Cümhuriyyətinə birləşə bilmirdi. 1920-ci ilin aprelində Azərbaycanda sovet rejimi quruldu. Sentyabrda sovet hökuməti Abbasqulu bəyi geri çağırdı. Bir az sonra onu “Qırmızı tabor”a komandir təyin etdilər. Nəriman Nərimanovun və Abbasqulu bəyin xidmətləri sayəsində azərbaycanlılar ata-baba yurdlarına – Vedibasara qayıda bildilər. Torpaqlarımız daşnaklardan təmizləndi. Əgər o ərazidə sovet hökuməti yaradılmasaydı, soydaşlarımız öz yurdlarına qayıda bilməyəcəkdilər”.

Araşdırmaçının sözlərinə görə, nə qədər ki Abbasqulu bəy sağ idi, ermənilər Vedibasarda bir nəfərə bələ toxuna bilmirdilər: “Qırmızı tabor İrəvanı, Şəruru, Dərələyəzi, Zəngəzuru erməni daşnaklarından təmizlədi. Abbasqulu bəy 1921-ci ilin sentyabrından – Azərbaycanın sovet işğalı dövründə də ermənilərə qarşı döyüşür, onlara qan uddururdu. O, milli davasını aparırdı. Qərbi Azərbaycan, indiki Ermənistan ərazisindən erməni daşnaklarının çıxarılması Abbasqulu bəyin tarixi xidmətlərinin bəhrəsidir.

1921-ci ildə müharibə başa çatdı, Abbasqulu bəy Zəngəzurdan Naxçıvana – Qırmız taborun yaradıldığı yerə qayıtdı. Həmin Naxçıvan Milli Hökuməti yaradıldı və Abbasqulu bəy onun üzvü oldu. Sənədlərdə onun adındakı bəy sözünü çıxarıb sadəcə Şadlinski sözünü yazırlar. Abbasqulu bəy Naxçıvan qarnizonunun rəisi olaraq bir neçə il onun sərhədlərini qoruyur”.

Erməni təhlükəsi sovuşur. Dinclik dövründə Abbasqulu bəy Vediyə qayıdır: “O, hökumətə müraciət edərək Vedibasar ərazisində, Dəvəli kəndinin əhəng qayaları yaxınlığında əhəng zavodunun əsasını qoyur və onu tikdirir. Yeri gəlmişkən, Dəvəli sement zavodu bu gün də fəaliyyət göstərir və Ermənistanı əhənglə təmin edir”.

“Bolşevik və ermənilərin Abbasqulu bəyi məhv planı”

“Axırıncı aşırım” filmində də göstərildiyi kimi, 1930-cu ildə zavodun inşası zamanı onu çağırıb Kərbəlayı İsmayılla danışıqlara göndərirlər. Abbasqulu bəy bilirdi ki, Kərbəlayı İsmayıl sovet hökumətinə heç nə edə bilməyəcək. Onun Kərbəlayı ilə görüşə getməsində məqsəd qardaş qanının tökülməsinin qarşısının alınması idi. Abbasqulu bəy bolşeviklərdən Kərbəlayı İsmayıl silahı yerə qoyacağı təqdirdə ona və silahdaşlarına toxunulmayacağı ilə bağlı təminat alır. Bəy 1930-cu ilin martında Kərbəlayı İsmayılla görüşə Vedinin kolxoz sədri, bölük komandirlərindən biri olmuş Xəlillə gedir. Sonradan onlara Vedinin raykomunun təbliğat-təşviqat şöbəsinin müdiri Müzəffər Talıbovu da qoşurlar. Talıbova müəyyən tapşırıq verilmişdi”.

Bolşevik-erməni birliyi Abbasqulu bəyi məhv etmək, Kərbəlayı İsmayılı isə zəiflətmək üçün məkrli plan hazırlayırlar: “Abbasqulu bəyin, Xəlilin və Talıbovun səfərindən bir gün əvvəl gecə Kərbəlayı İsmayılın yanına adam göndərirlər. Həmin şəxs qaçaqlara deyir ki, Abbasqulu bəy sizin yerinizi öyrənməyə gəlir. Bəy geri qayıtdıqdan sonra üstünüzə qoşun göndərəcək. Abbasqulu sizi satıb.

Fikir verin, bir tərəfdən Abbasqulu bəyi Kərbəlayı ilə görüşə göndərirlər, digər tərəfdən isə qaçaqları bəyin üstünə qaldırırlar. Qaçaqlar onlara göndərilən məktubu oxuyurlar. Bolşevik-erməni hiyləsinə inanan qaçaqlar deyirlər ki, bəy bizi satıb, yerimizi öyrənmək istəyir. Qərara alırlar ki, Abbasqulu bəyi öldürsünlər. Onun ölümü barədə fitva 1 gün əvvəldən verilir”.

Şadlinskiyə kimlər güllə atmışdı?

Abbasqulu bəy, Xəlil və Talıbov əvvəlcə Qarabağlara, sonra Əzizkəndə və Kolanıya getsələr də, Kərbəlayını tapa bilmirlər. Buna görə də geri qayıtmalı olurlar: “Axırıncı açırım” filmində Abbasqulu bəyin görüşə guya silahsız getdiyi bildirilir. Amma bunun əksinə olaraq Abbasqulu bəy heç vaxt silahı belindən açmazdı.

Qaçaqlar tərəfindən ilk güllə Kərbəlayının qardaşı oğlu Məhərrəm tərəfindən atılır və Xəlilin qoluna dəyir. Abbasqulu əyilib, Xəlilin tüfəngini götürmək istəyəndə ikinci güllə bəyin qolundan dəyir. O, dərəyə yıxılır. Bir qədər keçir. Qaçaqlar onun ölüb-ölməməsinə əmin ola bilmirlər. Abbasqulu bəy papiros yandıranda qaçaqların hamısı papirosun közünə atəş açır. Güllələrdən biri bəyin başından dəyir”.

Araşdırmaçı qeyd etdi ki, Abbasqulu bəyə güllə atanlar arasında Məhərrəm, Qəmlo, Bəhlul və digərləri olub: “Fakt budur ki, qaçaqlar erməni hiyləsinin qurbanı oldular. Ermənilər bu tələni Abbasquluya quraraq bəyi aradan götürdülər. Çünki o, mahalda ermənilərə qarşı 3 il mübarizə aparıb düşmənlərimizə qan uddurmuşdu”.

İrəvanda 80-ci illərə qədər büstü qalan azərbaycanlı

Tədqiqatçı xüsusi olaraq vurğulayır ki, bütün bunlar ermənilərin əli ilə həyata keçirildi: “Əvvəla, Abbasqulu bəy heç vaxt qaçaqları, el oğullarını satmazdı. Faktlar göstərir ki, baş verənlər erməni hiyləsi idi.

Əgər SSRİ-də repressiyada 1937-ci ildə başlamışdısa, Vedibasarda dinc əhaliyə divantutmaya 30-cu illərin əvvəllərində start verildi. İki qohum – Kərbəlayı İsmayılla Abbasqulu bəyin arasını vuran və Şadlinskinin öldürülməsini gizli yolla təşkil edən sovet Ermənistanının daşnak hökuməti (Ermənistan SSRİ-də də hökumətin tərkibində xeyli daşnak vardı) Vedibasarda vaxtilə ermənilərə qarşı döyüşmüş yüzlərlə soydaşımızı sürgün etdi, güllələdi, ailələrini didərgin saldı.

Yeri gəlmişkən, əgər Kərbəlayı öldürülsəydi, Abbasqulu bəy sağ qalsaydı, Vedidə bir nəfərin belə, burnu qanamazdı. Çünki Abbasqulu bəyin nüfuzu çox idi. Onun öldürülməsi ermənilərə Vedidəki soydaşlarımıza, o cümlədən 1918-1921-ci ildə daşnaklara qarşı döyüşmüş insanlara divan tutmağa imkan verdi”.

Abbasqulu bəy öldürüldükdən sonra böyük Vedi kəndində, orta məktəbin qarşısında Xəlillə birlikdə dəfn edilir: “Onun dəfni təntənəli şəkildə həyata keçirildi. Mərasimə xeyli rəsmi şəxs qatılmışdı.

Onların dəfn edildiyi ərazidə sonradan zavod da tikildi. Abbasqulu bəyin tarixi xidmətlərini ermənilər də etiraf edirdilər. Belə ki, 80-ci illərə qədər İrəvandakı tarix muzeyində bəyin büstü qalmaqdaydı”.

Yeri gəlmişkən, tarixçi “Qarlı aşırım” romanının yazılması və “Axırıncı aşırım” filminin çəkilişi ilə bağlı maraqlı fakta toxundu: “60-cı illərdə ermənilər Andronikin xatirəsini əbədiləşdirmək məsələsini qaldırdı. Onda Moskva daşnakı əbədiləşdirmək istəyən İrəvana sərt reaksiya verdi və Ermənistan rəhbərliyi cəzalandırıldı. Belə olduqda Fərman Kərimzadə bu əsəri yazmağa başladı və sonra həmin roman əsasında film çəkildi”.

Tədqiqatçı hesab edir ki, ermənilər Abbasqulu bəyin məzarını çoxdan dağıdıblar. Bu arada digər faktı qeyd etmək yerinə düşür. Müsahibim bildirdi ki, Kərbəlayı İsmayılla görüşə Abbasqulu bəy və Xəlillə birlikdə getmiş bolşevik Talıbovun əsl missiyası bu günə kimi məlum deyil: “Fikir verin - qaçaqlar Abbasqulu bəyi və Xəlili öldürdülər. Onlar yanaşı dəfn edildilər. Bəs Talıbov hanı? Qaçaqlar ona niyə toxunmadılar? Abbasqulu bəyin dəfnindən sonra onu Vedidən çıxardılar. Məncə, bu, təsadüfi deyil. Ortada müəmmalı məqamlar var”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm