• USD 1,7202 0,00% EUR 1,8529 0,00%
    • GBP 2,1255 0,00% RUB 0,0298 0,00%

Keyfiyyətli ayaqqabını necə tanıyaq? - ƏN ASAN QAYDALAR

  • Ayırtman
  • 7 Fevral 2017 11:13
  • 3 059 Baxış
Keyfiyyətli ayaqqabını necə tanıyaq? - ƏN ASAN QAYDALAR

Ayaqqabının 7 min illik tarixi var. İlk vaxtlar ayaqqabının funksiyası ayağı fiziki zədələnmələrdən və soyuqdan qorumaq olsa da, sonradan gözəl və ya hündürboylu görünmək üçün də istifadə edilməyə başlandı. Ayaqqabının həm də insan sağlamlığında rolu böyükdür. Yəni nə qədər keyfiyyətli ayaqqabı geyinirsinizsə, bir o qədər ayaq ağrılarından, digər xəstəliklərdən sığortalanmış olarsınız. Bəs ayaqqabının keyfiyyətli olub-olmamasını necə müəyyən etmək olar?

İstehlakçılara bu işdə Publika.az-ın “Ayırtman” layihəsi yardımçı olacaq.

Qadınların ayaqlarında problem daha çoxdur

Bəziləri ayaqqabını rahatlığına, bəziləri görünüşünə, əksəriyyət isə qiymətinə görə seçir. Lakin sağlamlığınızı qorumaq üçün ayaqqabı seçimində diqqətli olmaq vacib şərtlərdəndir. Xüsusilə qadınlar ayaqqabı alarkən onun görünüşündən çox sağlamliqlarını düşünməlidirlər. Çünki qadınların ayaqlarında problemlər kişilərə nisbətən 4 dəfə çox olur. Buna görə də ayaqqabı alarkən onun rahat olmasına daha çox diqqət yetirmək lazımdır.

Ayaqqabını əyin

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən Publika.az-a verilən məlumata görə, ayaqqabıların keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır:

“Sözsüz ki, təbii dəri və gönlərdən istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahat və insan sağlamlığı üçün ziyansızdır. Hər şeydən əvvəl ayaqqabı hazırlanan material yüksək keçiriciliyə malik və yüngül olmalı, istifadə zamanı insan səhhətinə, rahatlığına mənfi təsir etməməlidir. Ayaqqabının müxtəlif sahələrində yerləşdirilmiş materiallar eyni xassəyə malik olmalıdır. Texnoloji proses zamanı ardıcıllığa riayət olunmadıqda və üzlük materialın nəmlənməsi aparılmadıqda ayaqqabı forma saxlama qabiliyyətini itirir. Təbii gönlərdən fərqli olaraq süni və sintetik materiallarda məsamələr olmadığından ayaqlarda yaranan tər və nəm ötürülə bilmədiyinə görə xoşagəlməz qoxunun əmələ gəlməsinə, həmçinin sürtünmə nəticəsində hiperhidroz, yəni göbələk xəstəliyinin yaranmasına səbəb olur. Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlayın. Üstündən burun hissəsini basaraq barmaqları əzib-əzmədiyini yoxlayın. Elastik və yumşaq altlıqlı ayaqqabı seçin. Əlinizdə bir az əyin. Keyfiyyətli ayaqqabıda altlıq asanca qatlanır, yuxarı hissəsi isə öz formasını çox da dəyişmir”.

Nazirlikdən deyilir ki, ayaqqabı alarkən onun içlik materialına da fikir vermək lazımdır:

“Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan ayaqqabı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olmasına əmin olun. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir”.

Laklı ayaqqabını nə vaxt almaq olmaz?

Yayda isti havada ayaq şişdiyi üçün laklı ayaqqabı almayın. Yazda və payızda ayaqqabı alarkən onun su buraxmamağı vacib şərtdir. Bu cür ayaqqabıların altlığı qalın olsa, daha yaxşı olar. Qışda da ayaqqabının altlığının qalın olması ən vacib şərtdir. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir.

Ayağın həcmi gün boyu genişləndiyinə görə ayaqqabını günortadan sonra almağa çalışın. Ayaqqabini almazdan əvvəl geyinib yoxlanmalıdır. Bu zaman ayaq üstə durmaq lazimdir. Baş barmaqla ayaqqabı arasında yarım sm məsafə saxlanmalıdır. Ayaqqabı hər iki ayaqda yoxlanmalıdır. Bəzi insanlarda sağ ayaq sola nisbətən böyük olur. Buna görə də fikir vermək lazimdir ki,ayaqqabı hər iki ayağa rahat olsun. Çox hündür dabanlı ayaqqabı almayın. Gün ərzində ayaq üstə çox durduqda ayaqlar yorulur. Dabansız da ayaqqabı məsləhət deyil. Bundan başqa, ayaqqabı alarkən nə vaxtsa genişlənəcək ümidi ilə almayın. Ayaqqabı ayağın ölçüsünə uyğun gəlməlidir. Nəzərə alın ki, istehsalında plastik, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığa ziyandır.

Eyni zamanda bir cüt ayaqqabının tayları arasında hər hansı görünüş, forma, rəng və ölçü fərqinin olmamasına diqqət edin. Ayaqqabının üstü, iç astarı, altlıq və dabanının hazırlanmasında hansı materiallardan istifadə olunduğunu öyrənmək üçün onun etiketinə baxın.

Ayaqqabı seçərkən əsas meyar model və rəngdən öncə, rahat olmasıdır. Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağınızı sıxan ayaqqabı almayın. Ən uzun barmağınızla ayaqqabının ucu arasında bir qədər boşluq olmalı, yəni ayaqqabı ayağınıza kip oturmamalıdır.

Uşaq üçün keyfiyyətli ayaqqabını necə seçək?

Uşaq ayaqqabılarının arxalarının bərk, ayaqqabının üstünün elastik olmasına, burun hissəsinin barmaqları sıxmamasına, altlığının və dabanının yeri yaxşı tutan, sürüşməyən, elastik bir materialdan hazırlanmış olmasına diqqət yetirin.

Ayaqqabının içini əl ilə yoxlayaraq astar və başqa hissələrdə ayağı narahat edəcək qırışıqların olmadığından əmin olun. Tikiş xətalarının olmamasına diqqət yetirin. Tez çirklənən və ya rəngi tez soyulan materiallardan istehsal olunmuş ayaqqabıları alarkən və istifadə edərkən iqlim şərtlərini nəzərə alın.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR