Vatikanın müqəddəs elan etdiyi rəssam - FOTOLAR
Bizi izləyin

Bir bax

Vatikanın müqəddəs elan etdiyi rəssam - FOTOLAR

İntibah dövrünün ən böyük rəssamlarından olan Fra Beato 1400-cü ildə Florensiyada anadan olub.

1418-ci ildə Dominikan monastırına qəbul olunur. Burada dini kitablara illüstrasiyalar çəkməyə başlayır.

1428-1433-cü illər aralığında isə San-Marko monastırında məbəd divarlarına artıq böyük tablolar çəkməyə başlayır.

O qədər məşhurlaşır ki, 1445-ci ildə Roma Papası 4-cü Yevgeni onu çağıraraq Vatikandakı məbədlərin freska işlərini ona tapşırır.

Dahi rəssam 1455-ci ildə dünyasını dəyişir. Romada, Santa-Mariya kilsəsində dəfn edilir.

Daha bir məşhur italyan rəssamı Corco Vazari onu mələk ( Andjeliko) adlandırırdı. Odur ki, elə tarixdə də onun adı Fra Beato Andjeliko kimi qaldı.

1984-cü ildə Vatikan onu müqəddəs elan etdi. Fra Beato Andjeliko bütün rəssamların himayəçisi sayılır.

Publika. az “Bir bax” layihəsində rəssamın tablolarını təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm