Dekabristlər
Bizi izləyin

Bitmiş layihələr

Dekabristlər

Bu ayı sevmirəm, bu ayda doğulsam belə.

Dekabr. Bu ayı sevmirəm, bu ayda doğulsam belə. Ad günüm olsa belə.

Cümhuriyyətimizin Parlamenti işə başladığı gün doğuldum. 74 il fərqlə. Bu 74 ilin çox az ili üçrəngli bayraq dalğalandı. Amma mən doğulanda bayraq ucalırdı.

Dekabrdan elə-belə danışmadım. Mən Azərbaycan dekabristlərindən danışmaq istəyirəm. Birinci Kamal Abdulladan başlayım. Zahirən sərt, qaba görünsə də, yazısında olan insanilik və rühani aləm onu hamıdan fərqləndirir. "Unutmağa kimsə yox" deyən Kamal Abdulla "Gizli Dədə Qorqud"da Simurq quşu axtarır. "Məni daha gözləmə" deyir. Məmur da oldu dəyişmədi. "Nar çiçəyi açanda çox kövrəlir", çünki dekabristdir.

Kür qırağındakı meşələrdə nəğməkar bibisini axtaran Əkrəm Əylislinin "ürək yaman şeydi" ifadəsini oxuyanda elə bilirdim ki, ondan böyük yazıçı yoxdu. "Daş yuxuları" görəndən sonra onun daxilinin elə boyu boyda olduğunu gördüm. Balacaboy olmaq olar, amma alçaq boyda olmaq çox pisdi. Nə olsun ki, dekabristdi.

Bir səs var, hələ də hamını heyran edir. Sadəcə Rəşid deməklə hərkəs bilir söhbət kimdən gedir. "Arşın mal alan"a çəkilmək üçün necə razılıq verdiyini biləndə dəhşətə gəldim. Sən demə, müharibənin ən ağır dövründə "Arşın mal alan" filmi çıxır ortaya və Üzeyir bəy Əsgəri oynayan adamı axtarır. "Koroğlu"su üçün Bülbülü olan Üzeyir bəyin Əsgəri yox idi. Üzeyir bəy xəbər tutur ki, İravandan Bakıda konsert vermək üçün estrada orkestrı gəlib. Rəşidin ilk ifasını görən kimi qərara gəlir ki, Əsgər o. olacaq. Konsertdən dərhal sonra Üzeyir bəy Rəşidə filmə çəkilməyi təklif edir. O isə bəstəkarın təklifini rədd edir. Vəziyyətin çıxılmaz olduğunu görən Üzeyir bər Rəşid üçün əsil "tamaşa qurur". Konsertlər bitən kimi verilən ziyafətdə süni dava başladır və Rəşid Behbdovu həbs edirlər. Ümüdsüz qalan Rəşidə Üzeyir bəy şərt qoyur -ya həbs, ya da "Arşın mal alan"da Əsgər. Rəşid əsgərliyini yaxşı keçdi və mahnının generalı oldu. SSRİ Xalq Artisti və Sosialist Əmək Qəhrəmanı mükafatlarını vətənə gətirdi. Sadəcə dekabrist idi.

Dekabr ayı həm də fərqli adamların adı ilə bağlıdı. Murad Dadaşov, Faiq Ağayev. Razılaşın, onlarsız ekranlarımız çox boş görünərdi.

Dekabrda həm də sürətli inkişafın, böyük tərəqqinin və qüdrətli Azərbaycanın müəllifi olan İlham Əliyevin də doğum günüdür. O, prezident seçiləndə mən nə siyasətdən, nə də dövlətçilikdən anlayırdım. Amma bu gün qüdrətli Azırbaycanın gənci olduğuma görə məhz ona minnətdaram.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü də dekabrdadı. İlham Əliyev dünya azərbaycanlılarının da prezidenti olmağı bacardı.

Dekabrı sevməsəm də, adını çəkdiyim simalara görə bu aya çox böyük ehtiramım var. Bir də ona görə ki, birazdan Yeni il gələcək. Bayram gətirən bu aya sadəcə heyran oluram, sevməsəm də.

Dilrubə Vaqifzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm