• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Bütün gecələri onunla keçirirdim..." FOTOLAR

"Bütün gecələri onunla keçirirdim..." FOTOLAR

Dünyaca məşhur fransalı müğənni Dalida sağ olsaydı, bu gün 81 yaşını qeyd edəcəkdi. Lakin Dalida 1987-ci ildə intihar edərək həyatına son qoyur.

Məşhur ifaçının həyatı sirli məqamlarla doludur, onlardan biri də, onun gənc italiyalı ifaçı Luici Tenko ilə münasibətlərdir.

Müğənni Dalida ilə Luici Tenko arasındakı münasibətlər haqda bir az ətraflı danışaq...

Luici Tenko ilə Dalidanın münasibətləri uzun-uzadı debatlarla müşayiət olunub. Onlar arasındakı münasibətlərin sərhədlərini müəyyənləşdirmək çətin məsələ idi.

Əlbəttə, Dalidanın bu yaraşıqlı, qaşqabaqlı italyan ifaçısına aşiq olduğu hiss olunurdu. Çətin olan Tenkonun öz kolleqasına qarşı nə hisslər keçirdiyini müəyyənləşdirməkdir.

Musiqiçi Valeriya adlı başqa bir xanıma da məktublar yazırdı. Bu qadının onun həyatındakı rolu nə qədər böyük olsa da, bir o qədər qeyri-müəyyən olaraq qalır. Luici 1966-cı ilin 18 noyabrında bu xanıma belə bir məktub yazır:

“Mən çox çalışdım, bütün gecələri Dalida ilə keçirirdim (bir az gözlə!) , birgə mahnılar oxuyurduq. Ona kimliyimi və nə etmək istədiyimi başa salmağa çalışırdım. Dəhşətdir, hə?! Söhbətin sonunda ona səni sevdiyimi söyləyirdim. O, özünü elə göstərdi ki, hər şeyi “başa düşür”, ancaq mənə dedi ki, biz indi hamının qarşısında bu oyunu oynamaq məcburiyyətindəyik. O, əxlaqsız, mədəniyyətsiz və əsəbi qadındır. O, heç bir məsələdə güzəştə getməyi sevmir.”

1967-ci lin 16 yanvarında Valeriyaya ünvanlanan digər məktubunu oxuyarkən, Tenkonun ona birgə səyahətə çıxmaq təklifini etdiyini görürük:

“Sənin diplom işin bitsin, ikimiz gedəcəyik. Afrikaya... Keniyaya. Əzizim mənim, bizim özümüzə məxsus gecə və gündüzlərimiz olacaq: Biz söhbət edəcəyik, məhəbbətlə məşğul olacağıq, bütün problemləri, həyatımızın kədərli anlarını unuda biləcəyik”.

Luicinin San-Remodan sonra nə etmək fikrində olduğunu ( Valeriya ilə Keniyaya gedəcəkdi yoxsa Dalida ilə evlənəcəkdi) biz heç vaxt öyrənməyəcəyik.
Hər bir halda, Tenko Yeni ili Dalidanın əhatəsində keçirir, bu faktdır.

Ancaq Tenkonun məktublarının həqiqi olması 1992-ci ilin yanvarında dərc olunan məqalələrdən sonra təsdini tapır. 1967-ci ildə Arqentinaya festivala göndərilən Sandro Paeyinin reportajını oxuyarkən, məlum olur ki, Arqentinada Luidcinin gizli sevgilisi barədə hamı agahdır. Bu həqiqəti Argentinada İtaliyadan 25 il əvvəl bilirdilər.

Sandro Paeyi festivalı təsvir edir və hamının, hətta RAİ TV-nin assistentinin belə Luicinin sevgilisi barədə bildiyini yazır. Paeyi bu mövzuya toxunub müğənniyə bu haqda sual vermək istədikdə, Luici bunun onun şəxsi məsələsi olduğunu deyir və müsahibəni yarımçıq tərk edir.
Bundan əlavə, Paeyinin məqaləsində heç birimizin xəbərdar olmadığımız Dalidanın Luici Tenkonun gizli sevgilisi barədə fikirləri yer alır:

“Dalida göz yaşları içində mənə dedi: Bu haqsız ölüm barədə bir Allah bilir, bir də Luicinin dəli-divanə olduğu o qız".

Luicinin Valeriyaya göndərdiyi silsilə məktublar sübut edir ki, onun ürəyi artıq Dalidaya məxsus deyildi. Bu fakt Luicinin anası Tereza Dzokkolanın 1967 –ci ilin martında- onun ölümündən iki ay sonra verdiyi müsahibədə öz təsdiqini tapır:

“Mənim oğlum və Dalida yaxşı dost idilər. Başqa heç nə. Luici sevgiyə görə intihar etmədi. Dalida da onsuz həyatı təsəvvür edə bilmirdi deyə ölmək istəmirdi, başqa səbəbləri vardı. İnanın, onlar arasında heç bir sevgi yox idi. Dalida mənim oğlumun arzuladığı qadınların tam əksi idi.
Luiciyə onunla işləmək çox çətin idi. O deyirdi ki, Dalida kimi qadınlar süni, qəddar olurlar. Sən təsəvvür etmirsən, onunla çalışmaq necə çətindir.
Dalida isə mənə deyirdi ki, nə olsun, o, onsuz da mənə doğmadır. Onun xoşbəxt olmasını çox istəyirəm. San-Remoda onun yanında olmağa çalışırdım. O elə yaxşı, elə düzgün insan idi ki. Onun əhatəsində olmaq mənə xoş idi.”
Düşünmürəm ki, Dalida oğluma aşiq olmuşdu, ancaq ona böyük simpatiyası vardı. Bəlkə də, bu yarıməhəbbət idi..."

Tenkonun dostları iki qrupa bölünür: Onların bir qrupu iddia edir ki, Tenko ilə Dalida arasında həqiqi sevgi mövcud olub. Digər bir qrup iddia edir ki, Dalida müğənninin növbəti qurbanlarından biri idi və bu münasibətlərdə ciddi heç nə olmayıb.
Məsələn, Sandro Çiotti öz avtobioqrafiyasında yazır: “Sonra Dalida ilə eşq macərası oldu. O, çox məlahətli qız idi. Ancaq onlar Luici ilə çox fərqli insanlar idi. Baxmayaraq ki, Luici Dalidaya kor-koranə aşiq olmuşdu, lakin bu münasibətlər çox davam edə bilməzdi. Onların xasiyyəti tamam bir –birinə zidd idi...”
Başqa biri bu münasibətləri təkzib edir: “ Luici kolleqasına aşiq olmamışdı. Əksinə, Dalida bu yaraşıqlı qarabuğdayı italiyalının dərdindən divanə olmuşdu...”

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR