Bizim tərcümə
Müxtəlif otellərdə müxtəlif qadınlarla - FOTOLAR
Milyonlarla insanın pərəstiş etdiyi insan, səs, ulduz - Co Dassen...
Günlərin bir günü Co Dassenin “dost”larından biri ona ifaçılıq sənətini atmağı məsləhət görür. Ancaq nə yaxşı ki, Dassen bu məsləhətə qulaq asmır...
Aşpaz, jurnalist, həkim və etnologiya üzrə mütəxəssis olan Jozef Dasseni bütün dünya Co Dassen kimi tanıdı...
"Et Si Tu N'existais Pas", "Salut" və... 41 yaşında ölüm...
Məşhur ifaçı söyləyirdi: “Bir çox gənclər kimi mən də həyatda öz
rolumu axtarırdım. İnsanların həyatını xilas etmək üçün həkim
oldum, professor olmaq da əla idi, insanlara elm öyrədirdim! Ancaq
günlərin bir günü anladım ki, səhnədə olmağımla daha çox işə yaraya
bilərəm... Elə də oldu.
Mən insanlara yardım etmək üçün mahnı yazıram...”
Fransız jurnalistləri daim şəxsi həyatını mediyadan gizli
saxladığına, bu barədə hər hansı bir açıqlama vermədiyinə görə,
Dasseni ən məşhur və ən naməlum ifaçı adlandırmışdı.
Dassen iki dəfə evli olub. İlk həyat yoldaşı bu sahəyə maraq
yaratmaqla yanaşı, Conun ifaçı kimi üzə çıxmasına çox yardımçı
olmuşdu. ikinci həyat yoldaşı Kristin Delvyu isə müğənniyə iki
gözəl oğul övladı bəxş etmişdi...
“Atamın iş otağını bərpa etmişəm, bu onun iş masasıdır. O,
saatlarla əyləşib, hansısa mahnının bir sətrini düşünməyə vaxt sərf
edə bilərdi. O, işinin dəlisi idi...” – Co Dassenin oğlu Jülyen
atası barədə söyləyir.
Məşhur fransızın ən böyük arzusu isə həyata keçmədi – o, oğulları
ilə duet oxumağı arzulayırdı, lakin bu arzu təəssüf ki, arzu olaraq
qalır, ifaçı həyatdan tez gedir, lazım olduğundan da tez ...
Oğullarının ikisi də böyüyüb və hal-hazırda musiqiçidirlər.
Co Dassen dəhşətli dərəcədə təvazökar və hətta özündən narazı insan
idi. “Məşhurluğumdan qorxuram” – deyə ifaçı etiraf edirdi.
O, özünə söz vermişdi: “Qırx yaşımdan sonra sənəti atacam və
yaşamağa başlayacam...”
Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır... 41
yaşında ikən Kanndakı konsert zamanı Dassenin ürəktutması olur, bir
aydan sonra Taitidə olarkən isə ürəyi dayanır...
Bu gün Co Dassen Fransanın vizit kartlarından biri hesab olunur. O,
Nyu-Yorkda anadan olub, məşhurluğu isə Fransada qazanmışdı. Lakin
bu məşhurluq onun bədbəxt olmasına heç də mane olmurdu, bəli, o
xoşbəxt deyildi. Xoşbəxtlikdən dadmamış da həyatdan gedir...
Dassen xasiyyətcə yumşaq insan idi. Qərarlarında möhkəm deyildi -
etnoqraf, aktyor, yoxsa ifaçı olmasını tam qərarlaşdıra
bilmirdi.
Co oxumağa Detroytdakı gecə kabaresində başlamışdı. Əvvəl-əvvəl
Dassen öz şəxsi ifa tərzini, istiqamətini tapmaqda çətinlik
çəkirdi. O, amerikan xalq mahnılarını və fransız şansonunu sevirdi
və bu iki istiqaməti sintez etməyə çalışırdı.
Diplomunu aldıqdan sonra Dassen Fransaya qayıdır, burada iki filmə
çəkilir, lakin bu filmlər ona populyarlıq qazandırmır. Onu da qeyd
edək ki, Co hansı dildə - ingilis yoxsa fransız dilində oxuyacağını
da uzun müddət qərarlaşdıra bilmirdi.
Lakin uzun tərəddüdlərdən sonra o seçimini fransız dilində
saxlayır. Publika fransız dildə ifanı böyük coşqu ilə
qarşılayır...
İfaçı hesab edirdi ki, mahnılar insanlara problemlərini həll
etməkdə yardımçı olmalıdır. Mahnılar sevgi ilə zəngin olmalıdır,
məhz bu zaman insanlar pis şeylər barədə bir anlıq olsa da
düşünməyəcək...
Conun ilk məhəbbəti olan Mariz daim onun yanında idi, bacardığı
qədər ifaçıya yardım edirdi. 1966-cı ildə onlar evlənməyi qərara
alırlar. Baxmayaraq ki, Dassen evlənmək məsələsində tərəddüd
edirdi, o atasının anasını başqa qadına görə atmasını yaxşı
xatırlayırdı... Mariza ilə nikah 10 il davam edir.
Zaman keçdikcə münasibətlərdə soyuqluq yaranır, yenicə doğulmuş
körpələrinin ölümündən sonra bu münasibətlər sona çatır. Mariza
ərinin məşuqəsi olduğunu bilirdi. Bu səbədən o, nikahı xilas etmək
barədə düşünmür.
Müxtəlif otellərdə müxtəlif qadınlarla...
İkinci həyat yoldaşı Kristinlə Co təyyarədə tanış olmuşdu.
Kristin sevgilisi ilə yenicə ayrılmışdı deyə kefi yox idi. Co onu
sakitləşdirməyə cəhd göstərmişdi, Kristin isə kobudcasına yardımda
ehtiyacı olmadığını söyləmişdi. Dassen xeyli təəccüblənmişdi, axı
o, ulduz idi, ulduzu necə saymamaq olar?...
Bir müddət sonra onlar yenidən otelin barında rastlaşırlar, bu dəfə
söhbət sakit keçir. Onların ilk görüşündən bir neçə ay keçsə də, Co
bu sarışın xanımı hələ də unuda bilməmişdi və bu dəfə onu əldən
vermək artıq ağılsızlıq olardı...
Onların gizli eşq macərası beş il ərzində müxtəlif ölkələrdə,
müxtəlif otellərdə davam edir. Hər şey yaxşı gedirdi, lakin
getdikcə Kristin gizli məşuqə rolundan bezir.
1978-ci ildə onlar evlənirlər. Cütlüyün bal ayı möhtəşəm keçir və
tezliklə Kristina Dassen hamilə qalır, yarım ildən sonra Conatan
adlı oğul övladı dünyaya gətirir. Az keçmir ki, Co ikinci dəfə ata
olur, Jülyen anadan olur.
İlk övladının anadan olmasından sonra 40 yaşı münasibətilə
düzənlənmiş ziyafət zamanı Co Dassen tezliklə səhnədən gedəcəyi
barədə elan verir. Artıq bütün arzuları həyata keçib - məşhurluq,
insanların sevgisi, pullar və ən əsası – ailə.
Kristin uşağa baxdığından daha ərini konsertlərində müşayiət edə
bilmirdi. Ancaq uşaq onu bir o qədər maraqlandırmırdı, ərini
qısqanırdı. O, isterik halda vay-şüvən salır və Conu qastrol
səfərlərini yarımçıq qoyub geri qayıtmağa məcbur edirdi. Qadın
isterikaları Dasseni dərin depressiya yaşamağa sövq edir və
nəticədə, o, içməyə başlayır. Kristin isə sakitliyi narkotikdə
tapır və ərini də onlara alışdırır.
İkinci uşaq dünyaya gələndən sonra Kristin Conu tərk edir. Səbəb
kimi isə ərinin onlara qayğı göstərməməsini göstərir. Artıq hər iki
tərəf evliliyin sona çatdığını anlayırdı.
Böyük çıxış öncəsi Kristin uşaqları da götürüb valideynlərinin
yanına Ruana gedir. Dassen bu ərəfədə infarkt keçirir, lakin ölmür,
Kristini məhkəməyə verir və uşaqları müvəqqəti olsa da, geri
alır.
Co qastrol səfərlərini təxirə salır və uşaqları ilə birgə Taitiyə
yollanır. Adaya gəldiyi günün sabahısı o, ürəktutmasından vəfat
edir.
Co Dassen 40 yaşında verdiyi sözü əksinə tutur – o, yaşamağa son verir, yaşayan isə onun ifaları, mahnıları olur...
Tərcümə: Aytən Cavanşir
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO