14 yaşlı qızla sevgi yaşayan məşhur - VİDEO - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

14 yaşlı qızla sevgi yaşayan məşhur - VİDEO - FOTOLAR

O, XX əsrin seks-simvolu hesab edilirdi, onun musiqiləri inanılmaz dərəcədə populyar idi, bu insanın adı Elvis Presli idi... Hamı tanıdı?... Təəssüf ki, ifaçının şəxsi həyatı musiqilərindəki personajların taleyinə heç bənzəmirdi, üstəlik rok-n-rol kralı haqda əfsanəyə də heç uyğun gəlmirdi...

Oyuncaq

Bir çoxları indiyə qədər Elvisin hər gecə bir qadınla yatdığına əmindir. Başqa cür mümkündür bəyəm? O axı yüzilliyin seks-simvoludur... 1956-cı ildə ən reytinqli veriliş olan Ed Sallivanın şousunda puritan Amerika Elvisin rəqsinə özünəməxsus reaksiya verir: “Elvis-pelvis!” – mühafizəkar amerikalılar qışqırır. (pelvis – ingiliscədən tərcümədə - çanaq.)

“Qızlar, konsertdən sonra sizi kulisdə gözləyirəm” – Elvis 1955-ci ildə keçirilən konsertlərinin birində tamaşaçılara müraciət edərək söyləyir və beləcə, şou-biznes tarixində pərəstişkarların ilk qarşıdurması baş verir. Sonralar bu artıq adi hala çevrilir.

Bu və digər hadisələr Elvislə bağlı əfsanələr kitabçasına daxil olub. 1954-1955-ci illərdə Preslinin dostu olmuş amerikalı jurnalist Cudi Spekels Elvis barədə bunları söyləyir:
“Biz rançoda at sürür, onun Qreyslenddəki malikanəsində qucaqlaşırdıq. Aramızda seks yox idi. Mən bakirə idim, Elvis isə utancaq. O, mənə ən gizli sirlərini etibar edirdi və inanın, bu sirlər heç kimə açılmayacaq”.
Elvis və Cudi son ana qədər dost olaraq qaldılar. Elvis Cudini 70-ci illərdə Las-Veqasda baş tutan konserti zamanı görmüş və onu səhnəyə dəvət edərək publika ilə tanış etmişdi.

Miss Amerika, Cun Cuaniko. Cunun müğənni ilə münasibəti iki il davam edir (1955-1957) və Elvisin hərbi xidmətə çağırılması ilə başa çatır. Cun məşhur ifaçı ilə əlaqələri barədə mətbuata hər hansı bir açıqlama vermir. Lakin 1997-ci ildə “San Francisco Chronicle”in müxbiri artıq altmış yaşına çatmış bu qaradinməz gözəlçədən fikir almağa müvəffəq olur.
Cun jurnalistə Elvislə aralarında heç zaman seksin olmadığını deyir: “Böyük istək vardı, ancaq mən özümü saxladım. Mən bakirə idim, həm də dövr başqa idi...”. O, həmçinin, qeyd edir ki, Presli, demək olar ki, menecerinin oyuncağına çevrilmişdi. İfaçının meneceri məşhur polkovnik Parker idi. Parker Preslidən tələb edirdi ki, onun yanında daim gözəl qızlar olsun, çünki bu satışa yaxşı təsir edirdi.

Cun deyir ki, “dövr başqa idi” və o, tamamilə haqlıdır. Əllinci illər Amerika düşüncəsi müasir İran prixologiyasına bənzəyirdi.

Təsəvvür edin, ifaçının hərbi xidmətə çağırılması musiqiçiyə qarşı əsl repressiya idi. (Həmin ərəfədə rok-n-roll idolu Baddi Holli və onunla təyyarədə olan daha iki musiqiçi naməlum şəraitdə həlak olmuşdu. Cerri li Lüis və Şak Berri pedofiliyada təqsirləndirilmiş, mahnılarına qadağa qoyulmuşdu.)
Odur ki, pop-ifaçının şəxsi həyatına baxış o zaman fərqli idi. Lakin onu da nəzərə alaq ki, hərbi xidməti zamanı Elvis həyatının sevgisi ilə qarşılaşır. Hərbi xidməti məşhur ifaçı okeanın o üzündə çəkirdi.

Almaniyada o, cazibədar Prisilla Bolye ilə tanış olur. Zabit qızı, gənc qarabuğdayı xanım öz kübar davranışı ilə Elvisi məftun etmişdi.

Təhlükəli əlaqə

Elvis və Prisilla bir-birilərinə dəli kimi aşiq olmuşdular və bütün günlərini birgə keçirirdilər. Gecəni də? Əlbəttə ki, xeyr. Nəzərə alırıq ki, Prisilla mühafizəkar hərbçi ailəsində tərbiyə almışdı. “Böyük şəhərdə seks” fəlsəfəsinə hələ bir əsr vardı. Prisilla hələ 14 yaşında idi, odur ki, cütlüyün münasibəti Nabokovun “Lolita”sını xatırladırdı.

Prisilla ilə məşhur sevgilisi yarım ildən azca çox görüşür.

Tezliklə “alman” dövrünün kulminasiyası baş verir – bu kulminasiya ayrılıq idi. Hərbi geyimdə olan yaraşıqlı Elvisi və müdrik simalı Prisillanın birgə şəkillərini bütün dünyanın reportyorları çəkmişdi. Elvis evə qayıdır. O vaxt skayp yox idi və Elvis telefonla Prisillanı 15 yaşı münasibətilə təbrik edir. İfaçı hit-paradları fəth etmək üçün Memfisə yollanır.

Qəzetlər Preslinin Nensi Sinatra ilə eşq macəralarından yazmağa başlayır... Doğmalari və meneceri Elvisə Prisillanı unutmağı məsləhət görürdülər. Yekə kişinin 15 yaşlı qızla münasibət yaşaması Amerikada təhlükəli hal kimi dəyərləndirilirdi. Press- konfransda Elvisdən Prisilla ilə münasibəti barədə soruşurlar. İfaçı təbəssümlə hər şeyin bitdiyini söyləyir.
“O, üç ay zəng etmir. Mən artıq əmin idim ki, hər şey bitib. Gözdən iraq, könüldən iraq” – Prisilla xatırlayırdı.

Anita Vudla Elvis Preslinin münasibətləri 1962-ci ildə bitir. İfaçının çalışdığı səsyazma studiyası da onu tək qoymuşdu. Elvis Hollivuda köçür və növbəti bir neçə ili kinematoqrafiyaya həsr edir.

1962-ci ilin əvvəlində o, Prissillaya zəng edir və ona Los-Ancelesə köçməyi təklif edir. Artıq 17 yaşı olan qızcığazın sevincinin həddi-hüdudu yox idi. Lakin o, valideynlərini, daha doğrusu, atası kapitan Pol Bolyeni yola gətirməli idi. Presli Prisillanın ailəsinin bütün şərtlərini yerinə yetirir: Qızın bilet xərclərini ödəmək və onun Los-Ancelesdəki gündəlik iş qrafikini ailəyə təqdim etmək. Los-Ancelesə gəldiyi ilk gün cütlük Las-Veqasa qaçır. Prisillanın hər gün atasına yazdığı məktubu Elvisin köməkçisi göndərirdi. On iki gündən sonra Prisilla Almaniyaya uçmalı olur.

Ancaq cütlüyü ayırmaq artıq mümkün deyildi. Qızcığaz valideynlərindən yeni ili Elvislə keçirməyin icazəsini alır. İnanılmazdır, ancaq ata razılaşır...
1962-ci ilin sonunda Prisilla ABŞ-a köçür.

Sözsüz ki, qız Preslinin malikanəsinə deyil, onun atasının evinə köçür. Prisilla ən yaxşı yerli kollecə daxil olur. Üç il keçir. Elvis vaxtının çox hissəsini çəkilişlərdə keçirirdi. Hər şey yaxşı idi, uğur uğur ardınca...
Prisilla isə darıxırdı. Ona tam yad olan insanlarla keçirdiyi illəri xatırlamağı sevmir. Doğmalarından, Elvisdən uzaq olduğu həmin illləri. O, qəzetlərdə Elvisin çəkiliş zamanı aktrisalarla yaşadığı eşq macəraları barədə oxuyurdu. Prisilla görüşməkdə təkid edirdi, Elvis isə hər dəfə görüşü təxirə salırdı. 1966-cı ildə Elvis ona evlilik təklifi edir. Beləcə, münasibətlərdəki gərginlik aradan qalxır.

Yeddi illik ayrılıq, dava-dalaşlar, nəhayət, toyla bitir. Toy 1967-ci ilin 1 may tarixində “Aladdin” otelinin Las-Veqas nömrəsində baş tutur.
İyulun 12-si Elvis xanımının hamilə olduğunu elan edir və fevralın 1-i onların Liza Mariya adlı qızları dünyaya gəlir.

Ancaq bu evlilik heç də xoşbəxt evlilik olmur. Elvis alkoqol və narkotikə qurşanır. 1973-cü ildə cütlük rəsmi olaraq boşanır, ancaq onlar məhkəmədən əl-ələ tutub çıxırlar.
Prisilla Bolye ifaçının yeganə məhəbbəti olur. Aralarındakı soyuqluğa, gərginliyə baxmayaraq, Prisilla Preslini sevməyə davam edirdi. O, Preslinin malikanəsini Amerikanın ən populyar muzeylərindən birinə çevirir və ifaçının yarımçıq qalmış bir çox layihələrini həyata keçirir...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm