Bizim tərcümə
“Mənim övladlarım ayrı-ayrı qadınlardandır” - FOTOLAR
Amerikalı kinoaktyor Klin İstvud:
Politkorrekt olmaq maraqsız və darıxdırıcıdır...
Məni “hey, sən” çağırmaqdansa, ən yaxşısı, “ikona” çağırın.
Uşaqlıqda mənə dəyib-dolaşan olmayıb. Birincisi, mən sinifdə
hamıdan hündür idim, ikincisi də, biz tez-tez evimizi dəyişirdik.
Reddinq, Sakramento, Pasifik Paliseyds, yenidən Reddinq, yenidən
Sakramento, Naylz, Oklend. Biz daim hərəkətdə idik, məktəbdə də mən
həmişə yeni olurdum. Əlbəttə ki, hər sinfin “qoçu”su mənim kim
olduğumu öyrənmək istəyirdi. Mən çox utancaq oğlan idim, ancaq
vaxtımın çox hissəsi o qoçuları əzişdirməyə gedirdi.
Uşaqlıqda mən flügeldə çalırdım, qonşu uşaqlar mənə baxır və çox güman, bunun nə mənasız bir şey olduğunu düşünürdülər.
Bugünkü nəsil zəif pişik balalarına bənzəyir. Hər hansı bir
problemlə rastlaşdıqda onlar söyləyirlər: gəlin, xuliqanın
hərəkətini psixologiya nöqteyi-nəzərindən öyrənək. Biz isə sadəcə,
xuliqanları yaxşıca əzişdirirdik.
Bilmirəm, bu nəsilə nə olub belə. Bəlkə insanlar kütləvi olaraq
həyatın mənası barədə düşünməyə başlayıblar?
O vaxtlar iş yox idi. Günlərin bir günü altı yaşım olanda qapımızı arıq bir kişi döydü. Dedi ki, əgər anam ona sendviç hazırlasa, bütün odunlarımızı doğrayacaq. İnsanlar ayaq üstə güclə dayanırdı, ancaq onlar indi ətrafımda olan insanlardan daha güclü idi.
Hər şeyi əvvəlcədən nəzərə almaq olmaz. Ancaq biz çox çalışırıq.
Əgər aldığımız maşında dörd yüz təhlükəsizlik yastığı yoxdursa,
deməli, maşın yararsızdır.
Səksən yaşı olan insanı qorxutmaq çox çətindir.
İstədin-istəmədin, ölümün mövcudluğunu qəbul etmək lazımdır.
Şəxsən mən ondan qorxmuram.
Düşünürəm ki, insanın vaxtı çatanda sakitcə getməlidir. Bu müqavilə
onunla artıq anadan olduğu vaxt bağlanıb.
Atam 63 yaşında qəflətən rəhmətə getdi. Bundan sonra mən uzun
müddət suallar içində qərq oldum: niyə onunla qolf oynamadım, niyə
vaxtımın çox hissəsini onunla keçirmədim? İnsan böyük hədiyyənin
ardınca qaçdığı müddətdə qalan heç nəyə önəm vermir.
Anam 97 yaşında ikən vəfat etdi. Ölümündən az əvvəl o, mənə
dedi: “Getmək istəyirəm, yorulmuşam” . Mən dedim: “Yox, üç il, daha
üç il və sən yüz illiyini qeyd edəcəksən”. Lakin o sanki məni
eşitmək istəmirdi. “Sadəcə, gözlərimə bax” – dedi. Mən onun
gözlərinə baxdm və hər şeyi anladım.
Öz yaşını sakitcə qəbul etmək böyük istedaddır. Ancaq bunu
öyrənməyim üçün artıq çox gecdir.
Qocalıq elə də pis hal olmaya bilər, əgər uzanıb ondan həzz almağı
bacarırsansa.
Ola bilsin, artıq yaşlı insan kimi düşünməyə başlayıram, ancaq mənə elə gəlir ki, insanlar daha qəzəbli, daha səbrsiz olmağa başlayıblar. Əvvəllər biz hansısa ciddi məsələdə razılığa gəlməyə bilirdik, lakin yenə də dost olaraq qalırdıq. Fəqət bu gün kim səninlə razı deyilsə, o, səfeh və ağıldankəm hesab olunur. İstənilən tok-şouya baxın, təsdiq edəcəksiniz.
Mən həmişə dindar insanlara böyük hörmətlə yanaşmışam. Lakin
əgər sən inamsız yaşaya bilirsənsə, yaşa. Şəxsən özüm dinlə elə də
maraqlanmıram, ancaq yaxınlarıma dinlə bağlı şübhələrimi yaymağa da
tələsmirəm. Hərə necə istəyirsə, yaşasın.
Deyirlər ki, nikahlar göylərdə bağlanır. Bəli, bəli, göy gurultusu
və ildırımın olduğu səmada.
İnsanın yaşı artıqca uşaqlara olan sevgisi də bir o qədər
artır.
Mənim övladlarım ayrı-ayrı qadınlardandır. Ancaq məhz Dina bizim
hamımızı bir yerə yığa bildi. Onda ikinci həyat yoldaşı anlayışı
yoxdur. Bilirsiniz, bu adi mağara qadınının mental düşüncəsidir. O,
ilk həyat yoldaşımla, digər sevgililərimlə yaxşı yola gedir.
Ailənin yükü onun üzərindədir və onun kimi həyatda mənə təsir edən
ikinci insan yoxdur.
Heç vecimə deyil, kim istəyir bir-biri ilə evlənsin, homoseksual və
ya başqa biri. Bunu bu qədər şişirtməyə ehtiyac yoxdur. İzn verin,
qoy insanlar özləri üçün seçdikləri həyat tərzini sürsünlər.
“Maço” sözü 1980-ci illərdə dəbdə olan söz idi. Maço odur, yox,
budur. Odur ki, mən indiyə qədər bunun nə olduğunu tam başa
düşməmişəm. Yadımdadır, bir dəfə Rokki Marçianonu (məşhur amerikalı
boksçu – red.) gördüm. Bu, sakit, yumşaq insan idi, salamlaşarkən
barmaqlarını sındırmaq niyyətində olmayan biri idi. Ancaq bir
saniyə ərzində insanı o dünyalıq edə bilərdi. Məncə, maço elə bu
deməkdir. Yeri gəlmişkən, Məhəmməd Əlinin də maço olduğunu hesab
edirəm.
İş belə gətirib ki, ekranda çoxlu sayda insan qətlə yetirmişəm.
Yəqin, bu katarsisdir və ya sadəcə, sadizm və yaxud, ümumiyyətlə,
heç nə demək deyil.
Elə vaxtlar olub ki, insanlar mənə yaxınlaşıb və tapançalarını
imzalamağımı xahiş ediblər.
Politkorrekt olmaq maraqsız və darıxdırıcıdır.
Politkorrektlik insanları tədricən yumor hissindən məhrum edir.
Əvvəllər biz müxtəlif irqə və millətə məxsus insanlar haqda
rahat-rahat zarafat edirdik. Bu gün bunu etsək, gərək əlimizlə
ağzımızı örtək ki, heç kim eşitməsin. Bizim dostlarımız “yəhudi
Sem”, “ meksikalı Xose” idi, bu təxəllüslərdə təhqiramiz bir şey
yox idi. Bu gün biz politkorrekt olmaq üçün çoxlu enerji və vaxt
sərf edirik.
“Çəkildi” əvəzinə mən həmişə “kifayətdir bu zibilə dözdük” deyə
qışqırıram.
Rejissorlar “motor” deyə qışqıranda atlar belə diksinirlər.
Zənnimcə, kamera arxasında olmaq, kamera önündə olmaqdan daha
yaxşıdır. Bu zaman sən istədiyin paltarı geyinə bilirsən.
Bir dəfə aktyor məktəbində mənə söyləmişdilər: “Sən allah, heç nə
etmə, sadəcə, dayan”. Həə, məsələn, Qeri Kuper heç nə etməməyi
gözəl bacarırdı.
İnsana aktyor olmağı öyrətmək mümkün deyil. Ancaq elə etmək olar
ki, insan özü-özünü öyrətməyə başlasın.
Sən rolunu yüz dəfə məşq edə bilərsən və ya sadəcə, ilk dəfədən
oynaya bilərsən. Mən ikincini üstün tuturam.
Ancelina Coli gözəldir. O, mənə qırxıncı illərin qadınını
xatırladır – Ketrin Hepbern, Bett Deyvis, İnqrid Berqman. Xeyr,
qadınlar bu gün də gözəldirlər, ancaq o vaxt onlarda individuallıq
indikindən daha çox idi.
Hollivud plaqiat adlı çirkin içindədir. Bu yaxınlarda “Əfv
edilməmiş” filmini yenidən çəkmək istəyən insanlar yanıma gəlmişdi.
Bu isə demək olar ki, yeni filmdir, 1992-ci ilin!
“Oskar” almayan çoxlu sayda dahi filmlər var.
Müasir filmlərin büdcəsi o qədər böyükdür ki, həmin pullara kiçik
bir dövlət almaq olar.
Mən İraqa hərbi qoşunun yeridilməsinin əleyhinə idim. Bir günə
demokratiya qurmaq olmaz. Bu elə bir şeydir ki, insanlar buna ilk
növbədə gərək özləri inansın.
Siyasətçilər iki hissəyə bölünür: mən – insan və biz-insan. Barak
Obama – mən – insandır. O, bin Laden haqda elə danışır ki, elə bil
onu özü güllələyib.
Müasir siyasətçi hamıya hər şeyi söz verməlidir. Əsk halda onu
seçməyəcəklər.
Heç vaxt unutmaq lazım deyil ki, biz bəzən siyasətçiləri bizə
qulluq etmələri üçün seçirik.
Seçkilərdə qalib gəlmək – bu yaxşı və pis xəbərdir. (1986-cı ildə
İstvud Kaliforniya şəhərciyi Karmelə mer seçilmişdi.) Yaxşı – deyə
özünə müraciət edirsən. – yaxşı xəbər budur ki, mən indi merəm, pis
xəbər isə odur ki, mən indi merəm.
Bu gün ətafımda fotoqrafların sayı o qədər çoxdur ki, bəzən
onlar məni ucuz moteldəki divar kimi əhatə edirlər.
İşə ciddi, özünə isə qeyri-ciddi yanaşmaq lazımdır.
Mən özünü kiməsə sübut etməyə ehtiyacı olmayan insanlarla işləməyi
sevirəm.
Heç vaxt özümü kovboy hesab etməmişəm.
Sabaha bel bağlamayın, o heç kimə heç nə vəd etmir.
Tərcümə: Aytən Cavanşir
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər