• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

“Ərindən yaşda böyük olmalısan ki...”

“Ərindən yaşda böyük olmalısan ki...”

Məşhur ingilis yazıçısı, dedektivlər kraliçası Aqata Kristi 1890-cı ildə anadan olub.
Aqatanın kitabları iki milyard tirajla çap olunub və 103 dilə tərcümə olunub.

Yazıçı Böyük Britaniyanın simvollarından birinə çevrilib. Onun şah əsərləri Bibliyadan və Şekspirin əsərlərindən sonra ən çox çap olunan kitablardır.

Bir çox istedadlı insanlarda olduğu kimi, Aqata Kristi də disqrafiyadan əziyyət çəkirdi. Onun bütün əsərləri diktə olunaraq yazılmışdı. İlk romanın yazılmasına səbəb Aqata Kristinin ədəbiyyatşünas olan bacısı ilə mübahisə olur. Mübahisənin əsasını Aqatanın bacısından daha artıq uğurlara nail ola bilməsi təşkil edirdi. Mübahisə öz bəhrəsini verir...

Aqata Kristi uydurma xəstəlik yoxsa həqiqət?

Əvvəl-əvvəl Aqata Meri Klarissa Mellouen özünə Martin Uest və ya Martin Qrey adını ləqəb götürmək istəyirdi. O düşünürdü ki, dedektivlər müəllifinin qadın olduğunu görən oxucular əsərə ciddi yanaşmayacaqlar. Lakin sonradan Aqata öz adını və birinci ərinin soyadı Kristini saxlamağı qərara alır.
Birinci Dünya müharibəsi zamanı Aqata Kristi hərbi hospitalda tibb bacısı çalışır. Daha sonra aptekə işə düzəlir. Bunun sayəsində o, zəhərli maddələr barədə bir çox xırdalıqları öyrənir. Ola bilsin, məhz elə buna görə, onun dedektivlərində zəhərlə ölüm səhnələri çoxluq təşkil edir.

1926-cı il Aqatanın həyatında ən çətin dövr olur. Onun anası vəfat edir, qardaşı narkomana çevrilir, naşirlər qatilin dilindən hekayət olunan “Rocer Ekroydun qətli” romanını bəyənmir və nəhayət, məhz həmin ildə Aqatanın əri Arçibald başqa qadına aşiq olur və Kristidən onunla boşanmasını tələb edir. Bütün bunlardan sonra Aqata yoxa çıxır. Onu uzun müddət axtarırlar, hətta Aqatanın britaniyalı dedektiv yazar dostu Artur Konan Doyla müraciət edirlər.
Müəyyən vaxtdan sonra Aqatanı sanatoriyaların birində tapırlar. O, burada özünü Tereza Nil kimi təqdim etmişdi.

Aqatanın yaddaşında ciddi problemlər yaranmışdı: ərinin, qızının adını xatırlamırdı, doğma bacısını isə bir neçə gündən sonra tanıya bilir.
Bəziləri ehtimal edirdi ki, yazıçı ərindən qisas almaq üçün bu səhnəni oynayır...

Yazıçının naşirlərdən xahişi
İkinci Dünya müharibəsi zamanı Aqata Kristi iki hekayə yazır: “Pərdə”, “Yatmış qatil”. Bu onun iki populyar personajları Erkül Puaro və miss Marpl haqqında sonuncu yazıları olmalı idi. Aqata Kristinin xahişi ilə hər iki kitab bank seyfində gizlədilməli və o artıq yaza bilmədiyi vaxtda bu iki kitab işıq üzü görməli idi.
Elə də olur. Hekayələr 1974-cü il, yazıçının 84 yaşı tamam olduğu vaxt dərc olunur.
“Şərq ekspresində qətl” filmi yazıçının əsərlərinə əsasən ekranlaşdırılmış yeganə film olur. Bu filmdən Aqata xeyli razı qalır. Erkül Puaro obrazını canlandıran Alberto Finni, müəllifin fikrincə, onun yaratdığı qəhrəmana ən uyğun variant idi.

Aqata ikinci həyat yoldaşı Maksla birgə
Aqata Kristi iki dəfə evli olur. Birinci ərindən yazıçının Rozalinda adlı qızı dünyaya gəlir.
İkinci dəfə Aqata çox gec ailə həyatı qurur. Buna baxmayaraq, arxeoloq olan Maks Mallouen Kristidən düz on beş yaş cavan idi. Aqata tez-tez zarafat edirdi ki, arxeoloqun həyat yoldaşı ərindən çox yaşlı olmalıdır ki, onu maraqlandıra bilsin.
Aqata Kristinin ən məşhur kəlamlarından biri budur: “Azadlıq onun uğrunda mübarizə aparmağa dəyən bir hissdir”.

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR