"Qadının gözəl olub-olmamasını öyrənmək üçün yataqda..." FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

"Qadının gözəl olub-olmamasını öyrənmək üçün yataqda..." FOTOLAR

İngiltərəli yazıçı, filoloq Con Ronald Ruel Tolkin:

Ümid edirəm, kitabı tək özünüzün yazdığınızı düşünmürsünüz...

Heç bir insan müqəddəs olduğunu iddia edə bilməz...

Mən Blumfonteyn şəhərində, Cənubi Afrikada anadan olmuşam, ailəm İngiltərəyə qayıdanda hələ çox kiçik idim. Mərkəzi İngiltərəni xüsusilə sevirəm: oranın yaxşı suyu, daşları, kiçik sakit çayları var. Havası da bir başqadır...

Ağaclara qarşı həmişə inanılmaz sevgi bəsləmişəm.
Uşaqlıqda çox utancaq idim. Hamı məni uğursuz biri kimi tanıyırdı. Ancaq nəyi də bacarmasam, yaxşı reqbi oynayırdım.

Deyə bilmərəm ki, uşaqlığım bədbəxt olub. Xeyr, bədbəxt olmayıb, faciəvi olub.
İlk əsərimi yeddi yaşımda yazmışdım. Əsər drakonlar barədə idi. Anam onu oxuyub dedi: “Yaşıl böyük drakon” yox, “böyük yaşıl drakon” yaz. Açığı, onun niyə belə düşündüyünü anlamadım, indiyə qədər də anlamıram.

Kral Eduardın məktəbində oxuyurdum və vaxtımın çox hissəsini latın və yunan dillərini öyrənməyə sərf edirdim.

Linqvistik struklar həmişə mənə eynən musiqi və rəng kimi təsir edib. Maraqlıdır...
Uşaq yaşlarımdan ölkəmin kasıb olması məni kədərləndirirdi. Bizim şəxsi, özümüzə məxsus əfsanələrimiz yoxdur. Yunan, kelt, german-skandinav, fin cəngavər romanları – bütün bunlar var, amma təmiz ingilis məhsulumuz yoxdur. Ucuz romanları əlbəttə ki, saymıram.
Roman dilləri arasında ən çox sevdiyim və məmnuniyyətlə danışdığım dil ispan dilidir.

Almaniyanın məhv edilməsi, lap o yüz dəfə günahkar belə olsa, dünyanın törətdiyi ən böyük səhvlərdən biridir.
Cırtdanları yəhudilərə bənzədirəm.

İnsan ürəyi onun etdiyi əməllərdən və ələlxüsus, işlətdiyi sözlərdən daha yaxşıdır.
Qoblinlər cani deyillər, sadəcə, onlarda rüşvətxorluq daha yaxşı inkişaf edib.

“Hobbit”in stili yaxşı deyil, bəyənmirəm. Sanki kimsə uşaqlarla onların dilində danışmağa cəhd edir. Uşaqların isə ən zəhləsi getdikləri şey budur.

Həcmli əsərlərin ən yaxşı forması – səyahətdir.
Ağır hadisəni qələmə alırsınızsa, elə həmin an xəritəni çəkməlisiniz. Sonra artıq gec olacaq.

Əlbəttə ki, “Üzüklər şahzadəsi” mənə məxsus deyil. O, həyata ona görə gəldi ki, belə lazım idi. Amma sözsüz ki, valideynlər necə uşaqlarının hər addımının izləyirsə, mən də “Üzüklər şahzadəsi” ni eynən o cür izləyəcəm.

Bir neçə il qabaq biri yanıma gəldi. Bir çox qədim rəssamların əsərlərindəki səhnələrin sanki “Üzüklər şahzadəsi”ndən olması onu heyrətə gətirmişdi. Sübut kimi onlardan bir neçəsini mənə göstərdi. Söhbət əsnasında, mənim, ümumiyyətlə, rəssamlıqdan bir o qədər yaxşı başım çıxmadığı məlum oldu. Bu an o, diqqətlə mənə baxıb dedi: “Ümid edirəm, kitabı tək özünüzün yazdığınızı düşünmürsünüz”...

Karandaş və ya qələmdən istifadə etmək imkanın olmayanda, özümü köməksiz hiss edirəm.
Heç bir insan müqəddəs olduğunu iddia edə bilməz.
Mən siqaret çəkirəm və bundan zövq alıram.

Siz nə vaxtsa ən qədim ingilis pabı hesab edilən “Trip to Jerusalem”də olmusunuz? Bir dəfə Nottingemə konfransa getmişdim. Biz ordakı paba döndük. Konfrans bizsiz keçdi... Pivəni çox sevirəm.

İspaniyalı dramaturq, siyasi xadim Xorxe Mario Pedro Varqas Lyosa:

Diktatorlar savadsız məmurlardır...

Siyasətdə bir şeyi öyrəndim: hakimiyyət ağılları, prinsipləri məhv edir və insanları kiçik əjdahaya çevirir.

Bədbəxt olduğum üçün yazıram. Yazmaq xoşbəxtliyə görə mübarizə aparmaq deməkdir.
Kapitalizmi müdafiə edən və Kuba rejimini tənqid edən bir yazıçı? Nobel almayacacağıma tam əmin idim.
Düşünürdüm ki, Nyu-Yorkda sakitlik olacaq: bir neçə mühazirə oxumaq, istirahət etmək, teatra getmək, muzeylərə baş çəkmək istəyirdim. Birdən hardansa Nobel mükafatı peyda oldu.

Qadının, həqiqətən, gözəl olub-olmamasını öyrənmək üçün ona səhər yataqdan qalxarkən baxmaq lazımdır. Yazıçılarla məsələ bir az başqadır. Yazıçını anlamaq üçün ona pərəstişkarların və jurnalistlərin qarşısında dayanarkən baxmaq lazımdır.

Qəlbinin dərinliyində yazıçı qələbə qazandığını və ya uğursuzluğa düçar olduğunu heç vaxt bilmir.
Beş yaşımda oxumağı öyrəndim, bundan sonra həyatımda daha mühüm bir şey baş vermədi.

İlk dəfə atamı on yaşım olanda görmüşəm. Bizi birləşdirən yeganə hiss mənim qorxum idi.
Atam məndə diktatorlara qarşı nifrət oyatmışdı. Buna görə, ona minnətdaram.

Siyasətlə həmişə məşğul olmuşam, ancaq bir intellektual kimi. Səksəninci illərin sonunda nəzəriyyədən praktikaya keçməyin zamanı gəldiyini başa düşdüm. Bu səhv idi.

Diktatorlar savadsız məmurlardır. Onlar ədəbiyyatın təhlükə mənbəyi olmasını ağıllarına gətirmirlər. Məhz buna görə, informasiya qıtlığı olan ölkələrdə ədəbiyyat yeganə informasiya mənbəyi kimi çıxış edir.
Siyasətdə bir şeyi öyrəndim: hakimiyyət ağılları, prinsipləri məhv edir və insanları kiçik əjdahaya çevirir.

Hamı bilir ki, zənciləri, çinliləri, yəhudilər və hinduları diskriminasiya etmək elə də yaxşı hal deyil. Ancaq hər kəs geyləri, lezbiyanları və transseksualları təhqir edə bilər. Bu yaşadığımız dünyanın sivilizasiyadan necə uzaq olmasına bir sübutdur.

Estremadura cəmiyyəti yeniyetmələrə masturbasiyanı öyrətmək üçün kompaniyaya başlayıb. Əxlaq nöqteyi-nəzərdən sualım yoxdur. Mən başqa şeydən qorxuram – seks banal və darıxdırıcı bir şeyə çevriləcək.
Kaliforniya marixuananı qadağan etməklə böyük səhvə yol verdi. Narkotikə alkoqola və tütünə olduğu kimi adi yanaşmaq lazımdır: Azad seçim olmalıdır...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm