“Kobud kişilər məni cəlb edir...” FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Kobud kişilər məni cəlb edir...” FOTOLAR

Ən sirli, ən zərif fransız aktrisası və inanılmaz yaşıl gözələrə malik Karol Buke 1957-ci ilin 18 avqustunda dünyaya gəlib.
O, aktrisa olmağa çalışmırdı, kastinqlərə qatılmırdı. Tale sanki özü onu bu yolla getməyə məcbur edirdi... 1990-cı ildə Karol “Sənin üçün çox gözəldir” filmindəki roluna görə “Sezar” mükafatına layiq görülür və Fransanın ən yaxşı aktrisası seçilir. 15 il ərzində o, əfsanəvi Chanel evinin siması olur.

Gözəl aktrisanın həyatında bir evlilik olur. Prodüser Jan-Pyer Rassamla. (1985-ci ildə aktrisa dul qalır.) Onun Dmitriy və Lui adlı iki oğlu var. Karol Fransanın ən sevimli aktyoru Jerar Depardye ilə də eşq yaşayır. Onların eşq macərası əsasında gözəl bir film çəkilə bilərdi, bəlkə də, hələ çəkiləcək. Biz bu romanı səkkiz əsas hissəyə bölürük.

Tanışlıq

Gənc Karol və gənc Jerar 1979-cu ildə rejissor Bertran Blienin “Soyuq qəlyanaltı” filminin çəklişləri zamanı tanış olurlar. Karol həddindən artıq cazibədar idi.
Əlbəttə ki, ehtiraslı Depardye belə gözəlliyin qarşısında dayana bilməzdi. Lakin Karol çox ciddi idi və Jerarın görüşmək təkliflərinə müsbət cavab vermirdi.
Həm də Jerardan böyük şey gözləməyə dəyməzdi, o, evli idi və ailəsinə sadiq insan idi. Onlara yalnız çəkilişlərin son günü dostluğun şərəfinə qədəhlərini qaldırmaq qalır.

İşdə məhəbbət

1984-cü ildə Blie “Sağ sahil, sol sahil” filmini çəkir. Aktyorlar yenidən çəkiliş meydanında görüşürlər. Həmin vaxt Karol artıq iki uşaqla qalmış dul qadın idi. Onun həyat yoldaşı vəfat etmişdi. Jerar aktrisanın tənha olduğunu, bundan əzab çəkdiyini görür. Odur ki, Karolu qayğı ilə əhatələyir. Nəhayət, buz ürəkli aktrisa bu diqqətin, qayğının, zərifliyin qarşısında təslim olur. Xoşbəxt, sevgili günlər bir-birini əvəzləyir, lakin bu... işdə məhəbbət olaraq qalır. Çəkilişlərdən sonra hərə öz həyatını davam etdirir. Karol onun həyatını dağıtmaq istəmirdi. Lakin Jerar hələ də ona qarşı biganə deyildi...

Onun üçün çox gözəldir

Sevgililərin növbəti görüşü 1989-cu ildə, yenə də Blienin “Sənin üçün çox gözəldir” filmində baş tutur. Bu zaman Karol Chanel-in siması idi. Deperdye inanmırdı ki, onunla bir vaxtlar sevgili olan yumşaq Karol indi əlçatmaz kraliçaya çevrilib. Jerar, açığı, Karol üçün çox darıxmışdı və onunla görüşmək üçün məqam axtarırdı. Lakin Karolla görüşmədiyi müddətdə Jerar sineqallı modellə ehtiraslı eşq yaşamışdı və bu nəticədə, ondan bir qızı da dünyaya gəlmişdi.
Karol isə Depardyenin qanuni həyat yoldaşı kimi, buna görə əzab çəkirdi. Amma onlar heç nəyə baxmadan, yenidən gizli eşq yaşamağa başlayırlar. Birgə planlar qururlar, lakin bir yerdə yaşamağa əvvəlki kimi ürək etmirlər...

Hollivudsayağı ehtiras

1994-cü ildə Depardyeni Hollivuda dəvət edirlər. “Sirano de Berjerak”dan sonra o Yeni dünyada da məşhurluq qazanır. Bu film “Oskar”, “Sezar”, “Qızıl palma budağını” və “Qızıl qlobus” mükafatlarını alır.
Hollivudda aktyor çox işləyirdi və buradan tez-tez Karola zəng edirdi.
Lakin həmişə soyuqqanlı olmağa öyrəşən Karol dözmür və Hollivuda gəlir. Buna görə o, hətta hansısa bir filmdə kiçik rol almağa da razı olur. Onun kimi aktrisa üçün bu yolverilməz idi, lakin Karol üçün indi vacib olan hissləri idi...

Məhəbbət və razılıq... nikahsız

Onlar şəxsi həyatları haqda heç bir sulları cavablandırmırdılar. Jerar və Karol sadəcə bir yerdə idilər və bir-birilərini sevirdilər.
Depardye Karolda şərabçılığa maraq oyadır və onunla filmdə çəkilməklə yanaşı, birgə yeni şərablar istehsal etməyə başlayırlar. Ancaq toy hər dəfə bir səbəbdən təxirə salınırdı...

Ayrılıq

Onlar bir neçə il bir yerdə yaşayırlar. Lakin günlərin bir günü Jerar gözlənilmədən birgə istirahəti pozub təkbaşına Parisə uçur. Karol isə malikanədə tək qalır. Depardye gedəndən sonra Karol da Parisə yollanır. Elə həmin gün Karol Jerarın çox sevdiyi şabalıdı saçlarını kəsdirir.

Sadəcə dost qalmaq

2005-ci ildə Jerar Deperdye və Karol Buke rəsmi olaraq ayrıldıqlarını elan edirlər:
“Mən onu çox sevirdim, ancaq biz ayrıldıq” – aktrisa söyləyir. Ayrılığın səbəbləri barədə isə heç nə demirlər. Lakin Jerar bir cümlə işlədir: “Karolun yalnız bir çatışmazlığı var – qısqanclıq”.
Nəticədə, onlar dost olaraq qalırlar.

Çox ağır dad, ancaq zərif qoxu

Ayrılıqlarından bir il sonra Jerar Depardye “Karol Buke La Krua de Peyroli” adlı şərabını buraxır.
“Mən təəssüflənmirəm, nişan şən idi, baxmayaraq ki, münasibətlər çox gərgin idi. Depardye yöndəmsiz ayıdır. Görünür, təbiətdən qaçmaq olmaz – kobud kişilər məni cəlb edir. – Karol müsahibələrinin birində keçmiş sevgilisi barədə deyir.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm