"Kişilər səni bir qadın kimi arzulayırlar..." - VİDEO
Bizi izləyin

Bizim tərcümə

"Kişilər səni bir qadın kimi arzulayırlar..." - VİDEO

Ümumxanadan ədəbiyyata...

"Parisi darmadağın edəcək bir roman yazmalısan..."

- Məşhur yazıçı olacağıma söz verirsən? – bir neçə gün əvvəl qrafinya de Şabrilyan olmuş gözəl Moqador güzgüyə baxa-baxa ərindən soruşur.
- Əzizim, sən pis yazmırsan. Ancaq yazıçı olmaq üçün sən daha çoxunu etməlisən.
Moqadorun əri Parisdə dərc olunan bir neçə qəzetdə müxbir kimi fəaliyyət göstərirdi.
- Nə? Ədəbi zəhmət dərslərinə yazılmalıyam? - Moqador gülümsəyərək soruşdu.
- Pis olmazdı, ancaq bu da əsas deyil. Sən Parisi darmadağın edəcək bir roman yazmalısan. Romanın böyük qalmaqala səbəb olmalıdır. Bunu edə bilsən, sənin romanını dərc etdirəcəm.

Moqador fikrə getdi.

- İndi səni gözəl rəqqasə kimi tanıyırlar. Kişilər səni bir qadın kimi arzulayırlar. Ancaq romanın işıq üzü görsə, sənə qarşı olan hisslər dəyişəcək. Sənə hörmət etməyə başlayacaqlar. Ədəbiyyat – ciddi zəhmətdir. Nə yazmağından asılı olmayaraq, sən insanların hisslərini ələ ala bilsən, hörmət qazanacaqsan. İstedadın var. Amma hələ ki, qapalıdır. Yaz, tədricən istedadın üzə çıxacaq. Mən isə həmişə yanında olacam...

Əri çıxmışdı, Moqador isə düşünürdü. Maraq doğuran roman yazmaq ideyası onun xoşuna gəlirdi. Amma nə haqda yazsın? Bütün dövrlərdə insanları ən yaxşı və ən dəhşətli şeylər cəlb edib. Onun həyatında gözəl şeylər az olub, dəhşətli şeylər isə kifayət qədər. Odur ki, nəsə uydurmağa ehtiyac qalmayacaq...

***

Həyatında kişi olub?...

Qız stolun altında gizlənmişdi.
- Burax onu – ata yorğun səslə söylədi.
- Buraxım? - ana hirslə soruşdu. O yaramaz qızcığazı tapacağam! Onu nəyə görə yedirdirik? Rəftarımızdan xoşu gəlmirsə, cəhənnəm olsun! Bir yeyənimiz az olar. – Ah, yaramaz, burdasan? Yaxşıca kötəkləmək lazımdır səni. Hara yox oldu yenə?
Selest qorxudan hıçqırmağa başladı.
- Əlimə keçdin, yaramaz!

Qadın qızcığazın saçlarından yapışıb, onu stolun altından çıxardı. Artıq müqavimət göstərmək mənasız idi. Qızcığaza yalnız ağlamaq qalırdı...

Bir vaxtlar Selest Venar olmuş gözəl Moqador indi uşaqlığını xatırlayır və heç də yaxşı hisslər keçirmirdi. Onun uşaqlıqda aldığı yaralar heç vaxt sağalmırdı. Ana bütün hirsini qızına tökürdü. Uğursuzluqlar, xəstəliklər, kasıbçılıq... Ata isə həmişə laqeyd idi. O, qızını döymürdü, ancaq müdafiə də etmirdi. Həm də onun gücü yox idi, bütün günü işləyirdi.

Bütün bunlarla yanaşı, Selestin öz dünyası vardı - xəyallar dünyası.
Selest Parisdə çoxlu sayda ümumxanaların olduğunu bilirdi. Onun bir çox tanışları orada “çalışırdı”. Bəziləri razı idilər, digərləri tez bir zamanda xəstələnir və ölürdülər.
Hər növbəti gün evə qayıtmaq daha böyük əzaba çevrilirdi. Ana sərxoşluq edir və özünə nəzarəti itirirdi. Bir dəfə o, əlinə bıçaq alıb yatmış Selestin üstünə cumdu. Qızcığaz güclə canını qurtarmağa nail oldu...

Ümumxanaya “üzv olmaq” istəyini dilə gətirərkən oranın sahibəsi Selesti başdan-ayağa süzür: - Nəyə görə səni götürməliyəm? Nə bacarırsan?

- Mən hər şey bacarıram.
- Həyatında kişi olub?
- Çox. Hamısı da razı qalıb.
- Yaxşı, onda ardımca gəl...

Bir neçə aydan sonra Selest artıq ümumxana sahibsinə yaxşı pullar qazandırırdı. Qızcığaz bir şeyi anlamışdı: heç bir kişi diqqətə layiq deyil, ələlxüsus, qadının göz yaşlarına. Kişilər havayı başa gələcək bir şey görə pul ödəyirdilər...

Çirkli rəqslər...

“Bal Mobil” rəqs zalının sahibi ilə tanışlıq Selestin həyatında yeni səhifə açıq. O, rəqslə məşğul olmağa başlayır. Kirayə mənzil tutur və yatmaq istədiyi kişiləri artıq özü seçir...

Qrafinya şamı yandırdı. Əgər o, həyatındakı bütün kişiləri xatırlamalı olsa, gərək əlavə bir neçə də lələk alsın. Buna isə ethtiyac yox idi. Selest münasibətdə olduğu kişiləri iki hissəyə bölürdü. Bir hissəsi onun ardınca qaçırdı, digər bir hissə isə ona qarşı soyuq davranırdı. Həmin kişiləri ələ almaq üçün Selest dəridən-qabıqdan çıxırdı...

Moqador güzgüyə baxdı. Bu obrazı o, özü yaratmışdı. Gözəl qəhvəyi buruq saçlar, sağ yanağında özünün çəkdiyi xal. Bədən quruluşunu vurğulayan paltar və onun obrazını tamamlayan siqar...
Onun xırıldayan səsini, ucadan gülüşünü hamı tanıyırdı.
“Moqador” adını ona keçmiş sevgilisi yazıçı Alfred de Müsse hədiyyə etmişdi. Selest istəyinə nail oldu – pullar, məşhurluq, bahalı hədiyyələr...

Bu gün əri “hörmət” söhbətini edəndə isə özü də bilmədən, sarı simə toxundu. Selest o hörməti çox arzulayırdı...

Tufan və təzyiq...

Tale ona hədiyyələr etməyə davam edirdi. Selestin ərini Melburnda konsul vəzifəsinə təyin edirlər. Moqador əri ilə Avstraliyaya köçür, bax, burada yeni həyata başlamaq olar!
Onun ərini tanımayanlar onun ciddi bir dövlət qulluqçusu olduğunu zənn edə bilərdilər. Ancaq Moqador ərini yaxşı tanıyırdı. Qrafı Avstraliyaya qızıl həvəsi gətirmişdi. Bicliyi və ədəbiyyat sahəsindəki qabiliyyəti sayəsində, o, müxbir karyerası qurmuşdu. Asan qazanılan pullar onu cəlb edirdi. Pulları asan qazandığı kimi, asan da uduzurdu. Qumarı sevirdi. Bu tam onun həyat tərzinə uyğun gəlirdi. Moqador ona çox bəzəyirdi. Qraf da bunu görürüdü, odur ki, düşünmədən ona evlilik təklifini etmişdi...

Melburnda Moqador öz təxəllüsünü unudub, özünü madam de Lionel kimi təqdim edir. Burada məşğul olacağı bir iş yox idi, ona görə, kitab yazmağa başlayır...

Əri Moqadorun gecə bitirdiyi əlyazmanı oxuyur. Selest həyəcanla ərinin reaksiyasını gözləyir. Ancaq həyəcanını boğa bilmir, gözləməyə səbri çatmayıb alış-veriş etməyə çıxır. Qayıdanda əri onu bu sözlərlə qarşılayır: “Bu qalmaqaldır!”
Başqa cür ola da bilməzdi! Moqador öz həyatı barədə yazmışdı - ümumxanada, sirkdə, teatrda keçən həyatı. Hər şeyi bütün incəliklərinə qədər təsvir etmişdi. Qoy, qalmaqal olsun. O, buna hazırdır! Əri verdiyi sözə əməl edir. Tezliklə əsər kitab mağazalarının rəfini bəzəyir. Kitabın üz qabığında yazılmışdı: “Selest Moqadorun memuarı və ya hamınıza əlvida!”

Qalmaqal baş vermədi, tufan baş verdi. Qrafinya de Lionellə senzura, polis və prokurorluq maraqlanmağa başlayır, qəzetlərdə tənqidi yazılar dərc olunur. Kitabın çapına qadağa qoyulur. Melburnun bütün salonları qapısını Moqadorun üzünə bağlayır...
1856-cı ildə otuz iki yaşlı madam de Lionel Parisə qayıdır. O, hörmət qazanmır, ancaq qalmaqallı yazıçı statusunu qazanır.

Moqador ərinin puluna bahalı mənzil kirayə tutur, onun arzusu təkcə ədəbiyyatda rəğbət qazanmaq deyildi. O, həqiqətən, yazmaq istəyirdi, bunu xoşlayırdı. Bir il sonra kitabını yenidə dərc etməyi qərara alsa da, bu dəfə də senzura onu çapına qadağa qoyur. Amma bütün bunlara baxmayaraq, getdikcə Moqadorun adını kübar cəmiyyətlərdə də çəkməyə başlamışdılar...

1857-1880-ci illər arası Moqador “Safo”, “Miss Pevel”, “O, dəlidir?” , “Ləyaqətli qızın memuarları”, “Mari Bod”, “Taxo gölündə dram” və bir çox digər xırda, yüngül romanlar yazır. Yüngül məhəbbət romanları tez bir zamanda kitab rəflərindən yoxa çıxırdı...

Yüngül əxlaqlı qadın kimi şöhrət qazanan qadın artıq yazıçı kimi də şöhrət qazanmağa başlamışdı. O da elə bunu arzulayırdı. Moqador yalnız bir şeyi nəzərə almamışdı – Zamanın qəddarlığını... O yaşlanırdı, pərəstişkarları daha onu sevindirmirdi. O, əsəbi olmuşdu, bundan özü də əziyyət çəkirdi. Bu arada qraf da vəfat edir. Moqadora qalan isə borclar olur...
1862-ci ildə o, “Avstraliyada” kitabını yazır. Bir ildən sonra Moqador kiçik teatra başçılıq etməyə başlayır və bütün qalan pullarını bura yatırır. Ancaq tez bir zamanda o, müflisləşir və Parisi tərk edir.
Moqador romanlarını dərc etməyə davam edir. Məhz bu ərəfədə o, Jorj Bize ilə rastlaşır. Jorj Bize ona aşiq olur və ölməz “Karmen” operasını ona həsr edir.
1876-cı ildə “Selest Moqadorun memuarları və ya hamınıza əlvida” kitabını dərc etmək cəhdi bu dəfə uğurla nəticələnir. Kitab bütün Fransada məşhurluq qazanır. Bir ildən sonra Moqador daha bir avtobioqrafik kitab yazır. Ancaq bu dəfə onu daha heç kim qınamırdı... İndi Moqadorun arzuladığı hər şeyi vardı!...
Selest Venar ehtiraslı həyat yaşayır və 85 yaşında ikən vəfat edir...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm