"Seks əyləncə deyil..." – VİDEO
Bizi izləyin

Bizim tərcümə

"Seks əyləncə deyil..." – VİDEO

Amerikalı kinorejissor, ssenarist və musiqiçi Devid Linç:

Həmin an zaman mənim üçün öz əhəmiyyətini itirməyə başladı...

Fransada incəsənət hələ də müqəddəs bir şey sayılır.

Məni həmişə köhnə evlərin insanlara necə bənzəməsi heyran edib...

Uşaqlıqda anam mənə heç vaxt rəngləmə kitabları almayıb. Bununla da o, məni, ola bilsin, özü də bilmədən, xilas edib. Rəngləmə kimi uşaq fantaziyasını məhv edən başqa bir şey yoxdur.
Bir arzum var – Elvis doğulmaq.
Daim yeni bir şey öyrənmək həvəsim həyatda daha çox şey öyrənməyimə səbəb olub.
Biz heç fikir vermirik, amma hər gün ağlımıza yüzlərlə ideya gəlir. Ağlımıza aşiq olmağa hazır olduğumuz ideya gəldiyi günü isə əminliklə dahi gün adlandırmaq olar.

Tomas Edisonu (Amerikalı ixtiraçı və sahibkar – red.) sevmirəm. Mənim adamım Nikola Tesladır. (İxtiraçı, fizikaşünas, mühəndis – red.)
Los-Ancelesi sevirəm. İnsanlar daim söhbət etmək istədiyi bir məkan axtarır. Los-Anceles mənim üçün belə bir məkandır.

Amerikadan getməli olsaydım, Fransada yaşayardım. Çünki Fransada incəsənət hələ də müqəddəs bir şey sayılır.
Bütün həyatım boyu Filadelfiya haqda çoxlu xoşagəlməz sözlər söyləmişəm. Hələ də sözlərimi geri götürməyi düşünmürəm.
Böyük şəhər həmişə böyük qorxu deməkdir.
Hollivudda pulları sevmək artıq bir ənənədir. Mən də onları bütün qəlbimlə sevirəm. Ancaq mən heç vaxt kino çəkərkən pul barədə fikirləşmirəm.

Məndən tez-tez “Gucci” üçün çəkdiyim o reklam çarxı barədə soruşurlar. Niyə çəkmişəm? Hər dəfə də cavabım insanları təəccübləndirir: pula görə çəkmişəm.

Yaxşı musiqi, bilirsiniz, nədir? Onu dinləyərkən bəziləri ağlayır, digərləri gülür.
Yadınızda yaxşı-yaxşı saxlayın: rejissor, sadəcə, həyatı göstərir. O, aşpaz kimidir. Aşpaz balığı bişirə bilər, ancaq onu yaratmaq iqtidarında deyil.

Rəssamlıqdan başlamışam. Ona görə kino mənim üçün rəsmləri hərəkətə gətirmək üçün bir vasitədir.
Kino – ideyanı çatdırmaq üçün bir yoldur.
Çanaq və tualet otağının gözəl olmasını arzulamayan insanları heç vaxt başa düşməmişəm.
Məni həvəsə gətirən bir şeylərin axtarışındayam. Onu tapdıqdan sonra bunun başqalarına necə təsir etməsinə tamaşa edirəm.

Gecələr işləməyi sevirəm. Bu vaxt insan düşünür ki, Yer üzü yeganə onun özündən, işi və onu ərsəyə gətirməyə yardım edən insanlardan ibarətdir.
Bəziləri üçün sutkanın iyirmi beş saatdan, digərləri üçün isə on iki saatdan ibarət olduğunu başa düşəndə zaman mənim üçün öz əhəmiyyətini itirməyə başladı.

İnsan ən böyük sirləri təsadüfən öyrənir. Bir neçə il əvvəl bir səs rejissoru ilə söhbət edirdim. O, mənə dedi: “Devid, mənim studiyamda minlərlə insan olub. İnan mənə, Yer üzündə heç kimin öz səsindən xoşu gəlmir”.
İnsanlar qarşısında çıxış etmək – bax buna, həqiqətən, nifrət edirəm. Qırx il bundan qabaq publika qarşısında iki kəlməni yanaşı qoyub danışa bilmirdim. Açığı, o vaxtdan bəri elə də çox şey dəyişməyib.
İnternet bir xüsusiyyəti ilə yaxşıdır o, böyük sayda insanı bir yerə toplamağı bacardı. Fəqət bununla yanaşı, birlik hissi yaratmadı.

Bir şeyə fikir vermişəm: bir insanla bir fincan kofe içməklə daha çox şeyə nail olmaq olar, nəinki bir qədəh şərab içərək.

Həyat çox, çox çətindir. Odur ki, izin verin, film də elə olsun.
Rəqəmsal kameranı daha üstün tuturam. Rəqəmsal kamera hər kəsə kino çəkmək imkanı yaradır.
Kiminsə üçün kamera – Allah vergisi, kiminsə üçün isə lənət...
Kinoya getməyi sevmirəm. Adətən, vaxtım olmadığına görə kinoya getmədiyimi söyləyirəm. Əslində, kinoya getməyi xoşlamıram. Sizə həm də bir şey deyim: orqanizmim popkornu həzm etmir.

Murdar – özümü son vaxtlar məhz belə hiss edirəm.
Heç vaxt çəkmək istəmədiyin filmi çəkmək lazım deyil.
Heç kim gələcəyə hazırlaşa bilmir...
Məni həmişə köhnə evlərin insanlara necə bənzəməsi heyran edib...

Rejissor Roman Polanski:

Ya sağ qalacaqsan, ya həlak olacaqsan...

Mənim günahım Bill Klintonun günahından daha ciddi idi...

Filmdə kölgələri sevirəm, həyatda isə qətiyyən...
İnsanların yaddaşı qısadır. Kosovo məsələsi başlayanda Bosniya yaddan çıxdı, İkinci Dünya müharibəsini isə, ümumiyyətlə, demirəm. Yadımdadır, müharibə bitmişdi və atam düşərgədən yenicə qayıtmışdı. O dedi: “Bilirsən, əlli ildən sonra heç kim bu müharibəni xatırlamayacaq”...

Özünüzə çoxlu sayda sual verməyə çalışmayın. Bu, qırxayaq sindromudur. Qırxayaqdan ayaqlarını hansı istiqamətdə hərəkət etdirdiyini soruşdular və o, daha gəzə bilmədi.
Seks əyləncə deyil. Bu gücdür, stimuldur. O, sizin düşüncə tərzinizi dəyişir.

Şaronun (Polanskinin həyat yoldaşı) ölümündən sonra, həqiqətən, təslim olmaq istəyirdim. Ancaq sağ çıxdım.
Bədbəxtliyin öhdəsindən gəlmək maşının əyləcinə basmaq kimi bir şeydir. Bu, instinktiv olaraq baş verir. Ya sağ qalacaqsan, ya həlak olacaqsan.

Filmlər həmişə düşündüyünüzdən daha baha qiymətə ərsəyə gəlir.

Zənnimcə, hamiləliyin qarşısını alan həblər qadın psixologiyasını dəyişib. Təsəvvür edin, gün ərzində minlərlə qadın hormon qəbul edir. Əminəm ki, həblərsiz feminizm bu qədər absurd olmazdı.

Belə bir qənaətə gəlmişəm ki, Hollivudda kino çəkməyi sevmirlər. Orada müqavilə bağlamağı daha çox sevirlər.
Mənə heç bir tələ qurulmamışdı. Təkcə özüm günahkaram. Özü də mənim günahım Bill Klintonun günahından daha ciddi idi. (Həddi-bulağa çatmamış qızla münasibətdən söhbət gedir- red.)
Həzz – yerköküdür.
Kino – kinodur, həyat isə həyat.

Aktyorlara yalandan xoş söz söyləyin. Onlar bunun qarşısında dayana bilmirlər.
Heç vaxt Fey Danaueyin başından saç qoparmayın, başqasını seçin.
Mən mazoxist deyiləm, ancaq hər səhər soyuq duş qəbul edirəm. Bu səhəri gözəl açmağın ən yaxşı yoludur.
Uşaqlar reallığı olduğu kimi qəbul edirlər. Öz övladım olandan sonra bunu daha yaxşı anlamağa başlamışam.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm