"Rejissorla gecəni keçirmək gözəl hissdir..." – VİDEO
Bizi izləyin

Bizim tərcümə

"Rejissorla gecəni keçirmək gözəl hissdir..." – VİDEO

Amerikalı aktyor, rejissor və ssenarist Mel Gibson:

Kağız üzərinə yazılmış arzular həmişə aciz görünür...

Məgər həyatımızın müəyyən anları ölümün mərhələləri deyil?

Əgər hər hansı bir ağrı hiss etmirsənsə, deməli, heç bir dəyişiklik baş verməyib...

Mənim ən böyük zəifliyim səbirsiz olmağımdır. Allaha şükür, indi bir az düzəlmişəm.
Heç kimi öldürməmişəm.

Jurnalistlər səni diri-diri yeməyə hazır olan yeganə insan cinsidir.

Özümdə heç vaxt Allahın nifrətini hiss etməmişəm.

Mənə nifrət edənləri sevirəmmi? Onlardan xoşum gəlmir, lakin onları sevirəm.
Bax qadınları, həqiqətən, sevirəm. Çünki qadın Tanrının yaratdığı ən gözəl məxluqdur... Ancaq qadınlar kişi kimi olmağı və bununla bir pillə aşağı düşməyi arzulayırlarsa, neyləmək olar, olsun...

Ata olmaqdan xoşum gəlir. Bu zaman sən gənc olursan. Bununla yanaşı, ata olmaq həyatı yenidən başlamaq imkanı deməkdir.

Böyüklər uşaqlardan daha çox şey öyrənir, nəinki uşaqlar onlardan.
İlk dəfə rejissor olmaq arzum on altı yaşımda yaranmışdı. Mən vikinqlər haqqında film çəkməyi arzulayırdım. Gülməli ideyadır, düz deyil? Amma məhz buna görə mən bu gün rejissoram.

Oynamaq – yalan danışmaq deməkdir. Aktyorluq incəsənəti – incə yalan sənəti deməkdir. Uzun müddət mənə kamera qarşısındakı yalanıma görə yaxşı pullar veriblər...

Hamı Hollivudun fabrik olduğunu iddia edir. Bununla bərabər, bizim bu fabrikin yalnız kiçik bir hissəsi olduğumuzu qeyd etməyi unudurlar. Hansımız sınırıqsa, dərhal əvəzləyirlər.

İnsan tədricən ölür. Məgər həyatımızın müəyyən anları ölümün mərhələləri deyil? Məgər həyat bizi hissələrlə tərk etmir?..

Bir neçə müxtəlif qorxum var. Məsələn, südüm qurtara bilər, beləcə, səhər yeməksiz qala bilərəm.

Pislik üzə çıxdıqca daha qorxulu olmağa başlayır. İblisin üzərində “iblisdir” yazısı olmur axı...
Pislik, şər hər birimizə yol tapır, ancaq ümumi bir cəhət var: Şər ilk növbədə səni mövcud olmadığına inandırmağa çalışır...

Düşmənlərinizə dondurma hədiyyə edin.
Başa düşmürəm, Codi Fosterlə necə dostluq etməmək olar?
“Ölümcül silah – 4” dən sonra etdiyim hər şey “Ölümcül silah – 4”-ə görə üzrxahlıq xarakteri daşıyırdı...

Yaxşı kino insana necə təsir edir? Əyləndirir? Bəlkə, nəsə öyrədir? Və ya göylərə qaldırır? Yaxşı kino bunların hamısını eyni zamanda edir. Əks halda, siz, sadəcə, vaxtınızı hədər keçirmiş olursunuz...

Ekrandakı və həyatdakı insan – tamamilə ayrı-ayrı insanlardır. Yadınızdadır, Keri Qrant nə demişdi? Ondan soruşmuşdular ki, Keri Qrant kimi olmaq nə deməkdir? O isə cavab vermişdi: “O, oğlan kimdir ki?” ...

İstənilən dəyişikliklər ağrı ilə müşayiət olunur. Əgər hər hansı bir ağrı hiss etmirsənsə, deməli, heç bir dəyişiklik baş verməyib...

Bəzən mənə elə gəlir ki, insan şüurunun ən böyük qabiliyyəti unutmağı bacarmaq qabiliyyətidir.

Səfeh sualın ən yaxşı cavabı sükutdur.
Kağız üzərinə yazılmış arzular həmişə aciz görünür...
Heç vaxt əlimdə silah ölmək istədiyimi söyləməmişəm.

Nədənsə, bir çoxları respublikaçı olduğumu düşünür, ancaq bu, belə deyil. Məsələn, keçən seçkilərdə kimə səs verəcəyimi belə bilmirdim...

Müstəqil namizədə səs verəndə heç vaxt vicdan əzabı çəkmirsən.

Hələ də öz şansımı gözləyirəm.
Özümü nə avstraliyalı, nə amerikalı hiss edirəm. Mən hibridəm, beləcə, yaxşı yaşayıram. Həm Avstraliya, həm Amerika yaşamaq üçün gözəl məkanlardır.
Amerikalı avstraliyalılarla söhbət etməyi xoşlayıram. Onlar ünsiyyətdə daha ehtiyatlı olurlar. Nəticədə, onlarla ünsiyyət tamam ayrı effekt verir.

Politkorrektlik intellektual terrorizmdir. Həmişə hamını sevmək mümkün deyil.
Nə etmisənsə, artıq etmisən, boynuna almalısan, məcbursan... Əks halda, gülünc görünəcəksən.

Amerikalı aktrisa Helen Mirren:

Çəkilişlərdən sonra rejissorla gecəni keçirmək gözəl hissdir...

Bacardıqca təəccübləndirməyə çalışın. İlk növbədə özünüzü.

Bütün aktyorlar – fırıldaqçı və avaradır. Hər halda, elə olmağa məcburdurlar.
Aktyor Şekspirin əsəri əsasında səhnəyə qoyulmuş tamaşada oynayırsa, hamı həmin aktyorun təhsilli biri olduğunu zənn edir. İnsanlar təsəvvürünə belə gətirmirlər ki, aktyor tamaşada söylədiyinin yarısını başa düşmür.

Şekspir qəddar senzuranın mövcud olduğu zamanda yaşayıb. Əgər yanlış nəsə söyləyirdinsə, başını kəsirdilər. Amma baxın görün, bu qədər qadağaların içində o, necə azadlıq tapıb?...

Siyasətçilərin sözləri heç zaman məni kövrəltməyib. Siyasətçilər kompromis və praqmatizmin olduğu həyatda yaşayırlar – bu isə mənim sentimentallıq idealizmimə tamamilə əksdir.

Ölüm haqda düşünməməyə çalışıram. Böyüdükcə insanın ölüm barədə sualları azalmağa başlayır...
Zaman nədənsə daha sürətlə keçməyə başlayıb. Fikir vermisiniz?

– Siz mənə bu rolu “Oskar” aldığıma görə verirsiniz? Bu sualı heç zaman, heç kimə vermək lazım deyil. Sənə, əlbəttə, cavab verəcəklər ki: “Yox, nə danışırsınız?”... Lakin bu ən iyrənc yalan olacaq.

Öz ərinin filminə çəkilmək asan məsələ deyil. Amma çəkilişlərdən sonra rejissorla gecəni keçirmək gözəl hissdir...

Evlənməmişdən qabaq ərimlə uzun illər boyu birgə yaşadıq, fəqət tezliklə anladım ki, toy insanlar arasındakı hissləri dəyişmək gücündə deyil.

Bədən – ən yaxşı satıcıdır. İnsanlara kilsə şəkli lazım deyil, onları lüt döşlər maraqlandırır...
Kamera qarşısında soyunmaqdan zəhləm gedir, əksinə, geyinmək daha yaxşı olardı...

İndi Londondayam – küləyin köhnə ağacların yarpaqlarını tərpətməsinə tamaşa edirəm. Sizcə, bundan daha gözəl mənzərə ola bilər?
Uğurlu ziyafətə nə zəmanət verir? Hamı bilir: çoxlu alkoqol. Lakin insanlar alkoqolun ziyafəti dəhşətə çevirə biləcəyini unudurlar.

Bacardıqca təəccübləndirməyə çalışın. İlk növbədə - özünüzü...

Həyatın ən çətin məqamı onunla birgə yaşamağı öyrənməkdir.
Biz, həqiqətən, şüursuzuq. Düzdür, cavan olarkən bunun fərqinə varmırıq. Ancaq yəqin, elə belə də olmalıdır.
Zamanı öldürməyin ən yaxşı üsulunu bilmirəm. Zamanı öldürmək – cinayətdir.

Bəzi aktyorlar ölüm səhnəsini çox gözəl oynayırlar. Bu axı çox çətindir – nəfəsini saxlamaq. Bəs birdən burnun qaşındı? Mən səhnədə ölərkən divanda və ya qaranlıqda ölməyi üstün tuturam.
Taksiçi qızı olduğuma görə həmişə ən qısa yolları sevmişəm...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm