“Bred Pitlə öpüşdüyümə görə peşmanam” – VIDEO
Bizi izləyin

Bizim tərcümə

“Bred Pitlə öpüşdüyümə görə peşmanam” – VIDEO

“Bred Pitlə öpüşdüyümə görə peşmanam” – VIDEO

Amerikalı aktrisa və model Kirsten Danst:

Aktyor canlandırdığı obrazları sevmək məcburiyyətindədir...

Səni ağlamağa məcbur edən insana görə niyə göz yaşları axıdasan ki?

Mənim idealım anamdır...

Məni indi dayandırmaq bütün ömrü boyu arzuladıqlarımdan məhrum etmək deməkdir.

Jurnallarda yazılanlara əhəmiyyət verməyin, uşaqlığım olub.

Bir çox insanlar öz idealları kimi Madonna, Culiya Roberts və ya başqa birini göstərir. Ancaq mənim idealım anamdır. Məhz o, üç yaşımdan etibarən hər gün məni Nyu-Cersidən Nyu-Yorka reklam çəkilişlərinə aparıb. Bütün uğurlarıma anamın sayəsində nail olmuşam.

Atam müharibədən sonrakı Almaniyada böyüyüb və ola bilsin, məhz buna görə çox ciddi idi: “Beş çıx?” - niyə “beş üstəgəl yox?”...

Uşaqlıqda tez-tez ağlayırdım. Səbəb böyük dünyada kiçik bir qız olmağım idi...

Depressiyanı sevmirəm. Depressiya yaşayan insan tənbəl olur və adi duş qəbul etməyə belə ərinir.

Rejissor Fon Trierin ən bəyəndiyim xüsusiyyəti apokalipsis mövzusunda yaxşı zarafatlar etməyi bacarmasıdır.

Dünyanın axırına yaxın özümü tənha və övladsız biri kimi görsəydim, kefim pozulardı.

Bəşəriyyətin məhv olmasına görə, narahat olmaq lazım deyil. Məncə, televizorda dünyanın sonu olduğu elan olunsa, insanlar şən halda bara gedəcək və dostlarının sağlığına içəcəklər.

Mən siqaret çəkmirəm və əgər ssenariyə əsasən siqaret çəkməliyəmsə, mənə süni siqaret vermələrini xahiş edirəm. Narkotiklə isə vəziyyət daha asandır, çünki əsl narkotiki sənə onsuz da heç kim təklif etmir.

Müğənnilik karyerası barədə arzular quran aktrisa çox gülüncdür...

Kannda güldüyüm qədər heç yerdə gülməmişəm.

Bütün mükafatlar arasında ən çox sevdiyim “MTV Movie Awards” mükafatıdır. Popkorn üçün qızıl vedrə - bundan başqa daha nə arzulamaq olar?

Ən gözəl vaxtım on bir yaşımda olub. (1994-cü ildə “Vampirlə müsahibə” filminə görə, Kirsten Danst “Qızıl Qlobus” mükafatına namizəd görülmüşdü – red.)

“Vampirlə müsahibə” filmi ilə bağlı yeganə peşman olduğum məqam Bred Pittlə öpüşməyim idi.

Heç vaxt heç bir kişiyə görə ağlamamışam. Səni ağlamağa məcbur edən insana görə niyə göz yaşları axıdasan ki?...

Mənimlə eyni işi görən kişi ilə evlənmək istəməzdim. Hər bir insanın mütləq öz həyatı olmalıdır.

Bilirsiniz, necə olur? Tezdən yuxudan durursan və bütün gün ərzində müxtəlif işlərlə məşğul olacağını anlayırsan. Bax, mən həmişə buna can atmışam.

Mən daim işləyirəm, hətta bir əlimdə peçenye, digər əlimdə bir fincan kofe tutanda belə.

Ən maraqlısı ətrafındakı hamı: “sənin başına hava gəlib” söyləyəndən sonra başlayır...

Hamı səhv edir. Bir daha səhv etməyəcəkləri barədə söz versələr də...

Seksual olmağa çalışmıram. Əgər təbiətcə seksualsansa, o sən istəmədən belə görünəcək.

Qlamur həyat haqda təsəvvürlərim indiyə qədər məhduddur. Anam bir vaxtlar “Lyüftqanza”dakı sərnişilərə qara kürü təklif edən xidmətçi olub...

Uzun müddətdir ki, pulla bağlı heç bir problem yaşamıram. Ancaq mən hələ də alış-verişə üstümdə qəpik-quruşla çıxa bilərəm.

Lon-Ancelesi sevirəm, ancaq Nyu-Yorka köçdüyümə görə peşman deyiləm. Bura insana anonimlik hissi yaşadır. Nyu-Yorkda sənin aktyor olub-olmamağın insanların vecinə deyil, bu onları qətiyyən maraqlandırmır.

Vampirlər şəhəri – bax, bu Los-Ancelesin ən yaxşı təsviridir.

Təyyarədə uçmaqdan qorxan insanlara paxıllıq edirəm. Bu aviabiletlərə qənaət etməyin ən yaxşı üsuludur...

Bəzən nəzakətsiz olmaq insanın işinə elə yaxşı yarayır ki... Özümlə kimsəsiz adaya isə birmənalı olaraq, pişiyimi aparardım.

İnsan heç kimi sevməyə bilmir. Ən pis halda, o, özünü sevir.

Mənə həmişə maraqlı idi, görəsən, Hörümçək-adam ölsə, nə baş verəcək?

Superqəhrəman rolunu canlandırmaq istərdim. Nəhayət ki, özümə tam əks olan obrazı oynamağa hazıram...

Canlandırdığın obrazları sevmək məcburiyyətindəsən.

Ssenarinin birinci səhifəsindən onun yaxşı olub-olmamasını müəyyənləşdirməyin mümkün olmadığını düşünürəm. Mən bunu müəyyənləşdirmək üçün azı iyirmi səhifəsini oxumalıyam.

Bilirsiniz, adama toxunur – kamera qarşısında bütün günü, ekranda isə bir dəqiqə...

Şans insana elə də tez-tez verilmir.

Heç vaxt artıq suallar vermirəm...

Amerikalı aktrisa və müğənni Rozario Douson:

Üç insana görə məsuliyyət daşıdığımı anlayırdım...

Rejissorlar orta hesabla 52 yaşlarında vəfat edirlər.

Əsl Nyu-Yorksayağı film çəkmək çox çətindir.

Hollivudda insanlar sekslə o qədər də tez-tez məşğul olmurlar, hər halda, mən...

Atamı, qardaşımı və həyatımda olan bir çox insanları sevirəm. Ancaq ürəyim bir anama , bir nənəmə görə döyünür. Yadımdadır, onlar evimə qonaq gəlmişdilər. Mənim maşınıma mindilər. İlk dəfə. Uşaqlarım yoxdur, ancaq mənə elə gəlir ki, övladların olan maşını məhz belə idarə edirsən: yolda axmaqların olub-olmadığını yoxlayırsan və gözün daim güzgülərdə olur. Maşın tısbağa kimi gedir. O vaxt hətta nənəm də maşının niyə ölü kimi getdiyi ilə maraqlanmışdı. O an içimdə qəribə bir hiss vardı: üç insana görə məsuliyyət daşıdığımı anlayırdım...

Uill Smitt həyatda çox utancaq imiş. Bizim öpüş səhnələrimizi hər vəchlə təxirə salmağa çalışırdı. Bəzən bu cəhd həftələrlə davam edirdi. Bir an hətta ağzımdan iy gəlir deyə narahat olmağa başladım. Bir sözlə, qərib idi. Uill dəhşətli dərəcədə həyəcanlanırdı, odur ki, olduqca incə olmağa məcbur idim.

Kobud görünmək istəməzdim, ancaq müsahibə yalnız vaxt itkisidir. Siz məni bir neçə dəqiqə ərzində tanımağı planlaşdırırsınız? Ən yaxın insanlarımın belə cavabını bilmədiyi suallar verirsiniz.

Çəkildiyim film haqda danışmaq istəyirsinizsə, əlbəttə ki, buyurun. Ancaq daha dərilərə baş burmaq tamamilə mənasızdır. Onsuz da heç nə başa düşməyəcəksiniz. Stiven Hokinqi çox sevirəm. Deyilənə görə, o sevmədiyi sual eşidən kimi jurnalistə qapını göstərir...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm