Məhəbbətlə məşğul olmasan, günün hədər gedəcək – VİDEO
Bizi izləyin

Bizim tərcümə

Məhəbbətlə məşğul olmasan, günün hədər gedəcək – VİDEO

Keçmişin əsiri olmağa ehtiyac yoxdur...

The Rolling Stones-un Mik Caqqeri...

Tarixin üstümdən xətt çəkdiyini hiss etdim...

Mik Caqqerin həyatındakı 10 məşhur qadın:

Bu qadınların kimliyini nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, hər bir kişi Mik Caqqerin yerində olmağı arzulayar... Beləliklə:

  1. Ancelina Coli.

The Rolling Stones qrupunun rok musiqiçisi Mik Caqqerlə aktrisanın sevgi macərası 1997-ci ilə təsadüf edir.

  1. Karla Bruni. Əgər Mik Caqqerlə Ancelina Colinin münasibətlərində hansısa şübhəli məqamlar varsa da, Karla ilə rok musiqiçinin əlaqələri heç kim üçün sirr deyil... Necə deyərlər, hər şey göz qabağında idi...
  1. Cenis Dikkinson. Ekssentrik Cenis Dikkinson özü musiqiçi ilə münasibətləri barədə hamıya car çəkmişdi...
  1. Cerri Holl. Aktrisa Mik Caqqerin həyat yoldaşına zəng edib Mik Caqqerlə sevgi macərası barədə ona hər şeyi danışır və beləcə, musiqiçinin ailəsini dağıtmağa müvəffəq olur...
  1. Şahzadə Marqaret. Şahzadə Marqaret Karib dənizində yerləşən dəbdəbəli villada rok musiqiçi ilə birgə rok-n-rollun, narkotiklərin və seksin sirlərini öyrənirdi...

  1. Uma Turman.
  1. Tina Törner. Müğənni The Rolling Stones-la birgə turneyə 1966-cı ildə yollanmışdı. Sonralar Mik Caqqer etiraf edirdi: “Mən Tinadan çox şey öyrənmişəm”...
  1. Deril Hanna.
  1. Sofi Dal. Mik Caqqer model Sofi Daldan 27 yaş böyük idi. Onlar 2001-ci ildən görüşməyə başlamışdılar...
  1. Byanka Caqqer. Byanka Mik Caqqerin ilk həyat yoldaşı olub. Onlar The Rolling Stones-un konsertindən sonra baş tutan gecədə tanış olmuşdular. Aktrisa hamilə olduğunu söylədiyi an musiqiçi ona evlilik təklifi etmişdi...

Çox-çox sonralar Byanka etiraf edəcəkdi: “Mənim Miklə evliliyim toy günümüzdəcə başa çatdı”...

İngiltərəli rok musiqiçi, aktyor Mik Caqqer:

Nə vaxta qədər ki, üzümü jurnalın birinci səhifəsində dərc edirlər, on yeddinci səhifədə haqqımda nə yazdıqları qətiyyən vecimə deyil.

Bir neçə il əvvəl Nyu-York restoranlarının birində əyləşmişdim, qonşu masada isə uşaqlı bir ailədə oturmuşdu. Sakit restoran idi, heç kim bir-birinə əhəmiyyət vermirdi. Birdən uşaq atasından soruşdu: “Yaxşı, indi kim daha uğurlu olub – “Bitlz”, yoxsa “Rollinq Stoun” ?”

“Bilmirəm”, – deyə atası cavab verdi. Axı o, oğluna deyə bilərdi ki, məndən soruşsun. O, bunu etmədi. Təsəvvür edirsiniz? Bu zaman tarixin tamamilə üstümdən xətt çəkdiyini hiss etdim...

Keçmiş – pis zaman demək deyil. Onu nə unutmağa cəhd etmək, nə də ona görə təəssüf hissi keçirmək lazımdır. Ancaq keçmişin əsiri olmağa da ehtiyac yoxdur.

İnsanlar çox qəribədir. Onlar səni 1969-cu ildə olduğun kimi görmək istəyirlər. Bilirsiniz, niyə sizi elə görmək istəyirlər? Çünki siz onların bir daha geri qayıtmayacaq gəncliklərində belə olmusunuz... Eqoist yanaşmadır, əlbəttə ki. Ancaq mən onları başa düşürəm.

Keçmişdə ilişib-qalmaq vacib deyil. Bu səbəbdən, öz mahnılarımı unutmağa da çalışıram...

Adamlara elə gəlir ki, mənim haqda hər şeyi bilirlər və düz də fikirləşirlər: Onlar mənim barədə çoxdan unutduğum şeyləri xatırlayırlar...

Anam heç vaxt mənim məşğul olduğum işə görə xoşbəxt olmayıb. O, həyatda öz yerimi tapmağımı arzulayır - bənna olmağımı istəyirdi.

Mən anadangəlmə rok-ulduz deyiləm. Sadəcə, şou-biznes nümayəndəsiyəm. Rok-n-rollu da ona görə seçdim ki, bu janr o vaxt hamını maraqlandırırdı. Əgər mən 1915-ci ildə anadan olsaydım, caz zərbəçisi və ya səssiz kino ulduzu olardım.

Musiqiyə də evə çörək pulu gətirmək üçün baş qoşdum.

Yaxşı tərbiyə almamışam – çayı saat üçdə içirəm.

Narkotik və alkoqol aludəçisi olmaq normaldır, ancaq bu yoldan necə geri qayıtmağı dəqiq bildiyin andan sonra vəziyyət normallığını itirir...

Həyatda hər şey olur. Səhər yuxudan durursan, köhnə qaşığına baxıb öz-özünə söyləyirsən: “Mik, yeni qaşıq almağın tam vaxtıdır”. Belə də edirsən. Yeni qaşıq alırsan.

Solo albom üçün qrup yığmaq qəribədir.

Rok-N-Roll narkotikdir. Odur ki, onunla ehtiyatlı olmalısan. Musiqi ilə də daim məşğul olmaq lazım deyil. Cavanlıqda da bənzər hal olur. Düşünürsən ki, bu gün məhəbbətlə məşğul olmasan, günün hədər gedəcək...

Rəqs, sadəcə, seksin uğursuz əvəzləməsidir.

Mən heç kimin tərəfini saxlamıram. Dünyada tam haqlı olan elə bir güc yoxdur.

Mən mühafizəkaram. Lakin tam da yox. İnanın, vergi məsələlərində mühafizəkar olmaq olar, fəqət mənəviyyat və azad seks məsələlərində asanlıqla liberal olmaq mümkündür.

Altmışıncı illərin dəqiq necə olduğunu xatırlamaq çox çətindir.

Mənə elə gəlir ki, bizim böyüdüyümüz nəsilin indikindən yalnız bir fərqi var: biz etdiyimiz işə inanırdıq...

Altmışıncı illərin ortasında Nyu-York çox gözəl idi, Los-Anceles də heç də pis deyildi. Amma bu iki şəhərdən kənarda amansız respressiyanın hökm sürdüyü mühit vardı. İrqi seqreqasiya mövcud idi, insanlar köhnə düşüncəli idilər. Son otuz ildə isə hər şey kökündən dəyişib. Prinsipcə, bu tip dəyişikliklər demək olar ki, bütün dünyada baş verib...

Amerikalılar İkinci Dünya müharibəsinin dəhşətlərindən az xəbərdardılar. Onlar Rusiya və Avropanın gördüklərini görməyiblər...

Kantri mənə təsir edən yeganə musiqi janrı olub.

Uşaqları sevirəm, çünki onlar səni cavan edir.

Xatirə insanın daşıdığı ən ağır yükdür...

Qaşqabaqlı insanları sevmirəm.

Arzuları kənara qoy, bu zaman ağlın da səni rahat buraxacaq...

Fikirləşirəm ki, bir çox insanlarda olduğu kimi, mənim mənəvi dəyərlərim də kifayət qədər elastikdir...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm