“Qorxmasınlar deyə, erotik səhnəni kəsdik” – VİDEO
Bizi izləyin

Bizim tərcümə

“Qorxmasınlar deyə, erotik səhnəni kəsdik” – VİDEO

Onu qaçılmaz hadisəyə - ölümünə hazırlayır...

Qas Van Sentin ölüm və qadağan olunmuş məhəbbət haqda çəkdiyi 10 film:

Mənim iş istiqamətim belədir: “Özüm də bilmirəm, hara gedirəm” ...

“Pis gecə”, 1986.

Rejissorun debüt filmi.

Rejissor öz filmi haqda: “Pis gecə” mənim üçün sistemdən kənara çıxmaq üçün bir yol idi, çünki mən özüm də sistemdənkənar şəxs idim. Mən bilərəkdən bu mövzunu seçmişdim...

“Aptek kovboyu”, 1989

Film Ceyms Foqlun romanı əsasında çəkilib. Aptekə narkotik tələbatını ödəmək üçün dörd nəfər narkoman basqın edir. Cəmiyyətdən təcrid olunmuş, yaxınları ilə bütün əlaqələri itirmiş dördlük qəribə də olsa, ailənin qanunları ilə yaşayır...

Film bir neçə prestijli kino mükafatlara layiq görülüb.

“Mənim şəxsi Aydaho ştatım”, 1991

Filmdə Kianu Rivz və River Feniks çəkilib.Van Sentin sevimli aktyoru Feniks çəkilişlərdən iki il sonra vəfat edir.

Van Sent bu filmi barədə deyir:

“Mənim şəxsi Aydaho ştatım” filmi, ola bilsin, öz həyatım əks olunan yeganə filmdir. Düzdür, mən bura kifayət qədər Şekspir də qatmışam...

“Xatirinə ölmək”, 1995

Qas Van Senti bir çox yeni aktyorlara yol açdığı üçün kinonun “Xaç atası” da adlandırmaq olar. Bu aktyorlar arasında Mett Deymon, Ben Afflek, Kianu Rivz, Hoakin Feniks, Nikol Kidman var...

Piter Trevers: “Xatirinə ölmək” filminin süjeti adidir, ancaq film öz seksuallığı və Nikol Kidmanın istedadı səbəbindən, sözün əsl mənasında, parlayır...

“Ağıllı Uill Hantinq”, 1997

Film iki “Oskar” alıb: Ən yaxşı ssenari və ikincidərəcəli ən yaxşı kişi rolu.

“Cerri”, 2002

Dram, belə desək, “ölüm haqda trilogiya”nın ilk hissəsidir. Sonrakı iki film “”Fil” və “Son günlər”dir.

Nev Pirs “Cerri” barədə bunu söyləyir: “Siz “Cerri”ni ya sevəcəksiniz, ya nifrət edəcəksiniz”...

“Fil”, 2003

“Ölüm trilogiyası”ndan ikinci film. Bu film özündə müasir filmlərdəki mühazirə xüsusiyyətini daşımır. Rejissor tamaşaçıya filmin mənasını diktə etmir...

“Paranoid Park”, 2007

Film bir yeniyetmənin problemlərindən bəhs edir.

Qas Van Sent filmi barədə deyir: “Mənə elə gəlir ki, bir gəncin həyatına nəzər salmaqla həqiqəti bütün dəhşəti və çılpaqlığı ilə görmək daha asandır...

“Harvi Milk”, 2008

Harvi Milk haqda bioqrafik film.

“Təslim olma”, 2011

Avtomobil qəzası zamanı valideynlərini itirən və klinik ölüm keçirən gənc xəstə qızla tanış olur və onu qaçılmaz hadisəyə - ölümünə hazırlayır...

Amerikalı kinorejissor və ssenarist Qas Van Sent

Özün üçün yemək hazırlamaq nəsə qəribə hissdir.

Atam kommivoyajör olub. O, daim üç ya dörd günlük evdən gedirdi. Yadımdadır, beş yaşım olanda həmişə pəncərənin qabağında bitirdim.

Sahibini gözləyən it kimi boş küçəyə baxır və onun qayıdacağını gözləyirdim.

Atam mənə çox şey öyrədib. Amma dəqiq nə öyrətdiyini xatırlamıram. Sadiqlik adətən detalları dumanlaşdırır.

Həyatda elə bir məqam gəlib çatır ki, insan atasından uzaqlaşır və sən müstəqil kişiyə çevrilirsən. Sonradan yenə ona qayıdırsan.

Gitarada ifa edirəm, sırf sakitləşdirici məqsədlərdə. Bu toxuculuq kimi bir şeydir – mən heç nə öyrənmirəm və heç nə bəstələmirəm. Musiqi çalmıram, sadəcə, hansısa akkordlar...

On altı-on yeddi yaşlarında insanın daxili dünyası ilə ən vacib əlaqələri yaranır. Bu artıq ömürlükdür. 70 yaşlı qocadan ən sevdiyi mahnının hansı olduğunu soruşsaq, 16 yaşında dinlədiyini mahnını göstərəcək.

Bu yaxınlarda özüm üçün dəhşətli bir şeyi aşkarladım: mənim həyatım 12 yaşımdan bəri dəyişməyib və mən daxili dünyamdan ayrılmağa başlamışam.

Gənc yaşlarımda özümü pis hiss edirdim. Özümü 60 yaşımdakı kimi hiss edirdim, indiki yaşımdan daha qoca... Səbəbini isə anlamırdım – bəlkə, gey olduğum üçün... Bəlkə, bunu etiraf etməkdən qorxurdum...

Eynicinsli nikahların qanuniləşdirilməsi bundan sonra hansısa kənar insanın sənin əvəzinə qərar verməyəcəyi deməkdir. Bu – sonuncu qaladır. Heç olmasa, səni homoseksual olduğuna görə işdən çıxarmayacaqlar.

Harvi Milk bir dəfə demişdi: “Əgər bütün geylər homoseksual olduqlarını etiraf etsələr, insanlar, nəhayət, tanışları və qohumları arasında xeyli homoseksualın olduğunu görəcək. Tanıdığın və sevdiyin insana nifrət etmək isə daha çətin olur.

Biz “Milk”in ssenarisini aktyor və prodüserlərə göndərəndə qorxmasınlar və ssenarini sona qədər oxusunlar deyə birinci erotik səhnəni kəsmişdik. İlk böyük görüşümüzdə Şon Pen dedi: “Əvvəl hissələrdə məhəbbət səhnəsinin olması yaxşı olardı”. Biz cavab verdik: “Rahat olun, var”.

Aktyorların işi sadədir: onlar rollarını bilməli və gecikməməlidirlər.

Müasir kino mühazirəyə çevrilib: sən daha fikirləşmirsən, sadəcə, informasiya alırsan.

Mənim filmlərimdə əsas müsbət qəhrəmanlar yoxdur.

Kinoda ölümü köhnə üsullarla çəkmək lazımdır. Ruhun bədəndən ayrılmasını göstərməyin ən yaxşı üsulu hələ tapılmayıb. Ancaq prodüserləriniz yaxşı deyilsə, onlar buna mütləq bir parıltı qatmağa cəhd edəcəklər...

Deyəsən, mən çox sentimental insanam.

Metafizikaya, nə bilim nəyə inanıram, deyəsən, tənlikdir, hə? Hər nə isə... Amma mən insanabənzər müdrik ilahiyə inanmıram. Bu tanrı tipi – insan tərəfindən hazırlanmış layihədir. Odur ki, bütün bunların real dünya ilə heç bir əlaqəsi yoxdur.

Həyatının bir məqamında rəssam yalnız özü haqda fikirləşməməyə başlamalıdır.

Saspensin əsas qaydası: tamaşaçı nəyinsə baş verəcəyini bilməli, fəqət nə zaman baş verəcəyini bilməməlidir.

Bilirsiniz, mən həmişə komediya çəkməyi arzulamışam...

Xərçəng xəstəliyindən əziyyət çəkdiyimi öyrənsəm, yəqin, çox qorxaram. Cavan insan isə yox. Mənə elə gəlir ki, cavanlar ölümlərinin qaçılmaz olması ilə daha asan barışırlar...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm