“Tərcüməçi ilə düz otelin damında...” – VİDEO
Bizi izləyin

Bizim tərcümə

“Tərcüməçi ilə düz otelin damında...” – VİDEO

Britaniyalı ifaçı, bəstəkar Elton Con:

İlk dəfə Rusiyada 1979-cu ildə olmuşam. Bura ayağımı basdığım ilk andaca hər bir hərəkətimin izləndiyini başa düşdüm. Yanıma tərcüməçi də qoşmuşdular, səbəb aydındır. Nəticədə, o tərcüməçi ilə sekslə məşğul olduq – düz otelin damında.

Düşünəndə ki, musiqim məndən çox yaşayacaq, özümü pis hiss edirəm.

Din daha mərhəmət aşılamır, əksinə, insanları qoyun sürüsünə çevirir.

Rok-N-Roll həm də o xüsusiyyəti ilə yaxşıdır ki, mənim kimi insanlar ulduz ola bilirlər.

Məşhurluq ruhi xəstələri özünə cəlb edir. Şahzadə Diana, Canni Versaçe, Con Lennon, Maykl Cekson – bu insanların hamısı vəfat edib, üstəlik, onlardan ikisini güllələyiblər. Heç vaxt cangüdənim olmayıb, bir ruhi xəstə Cannini öldürdüyü vaxta qədər...

Yaradıcılığın bəzi məqamları mənə qorxunc gəlir. Məsələn, düşünəndə ki, musiqim məndən çox yaşayacaq, özümü pis hiss edirəm...

Əvvəllər ölümlə zarafatlaşırdım – müdafiə olunmamış seks, narkotik və alkoqol... Mən hələ səksəninci illərdə QİÇS xəstəliyinə tutulmalı, doxsanıncı illərdə Freddi Merküri, Rok Hadson kimi dostlarım və əzizlərim kimi vəfat etməliydim. Ancaq, görünür, bəxtim əməlli-başlı gətirib...

İlk dəfə sekslə iyirmi üç yaşımda məşğul olmuşam – kişi ilə. Bundan sonra hədər keçən illərim barədə düşünməyə başladım. Təəssüflənirəm ki, on dörd, on beş, on altı yaşlarımda da bununla məşğul olmamışam.

Bəli, mən narkotik istifadə edirəm, tonlarla gül dəstələri alıram, qalmaqal yaradıram, mənasız geyimlər geyinirəm və eynək kolleksiyası toplayıram. Amma mən həmişə niyə burada olduğumun səbəbini bilmişəm. Eyni sualı Lindsi Lohan və ya Castin Biberə də verin, o zaman görəcəksiniz ki, onlar, ümumiyyətlə, nə etdiklərini və niyə etdiklərini bilmirlər. Onlara, sözün əsl mənasında, yazığım gəlir...

Məşhurluqdan zəhləm gedir, həm özümün, həm digərlərinin. Məşhurluq alkoqol kimidir: əgər onunla sərxoş olmusansa, yenə istəyəcəksən.

Heç vaxt əziyyət çəkmədiyim yeganə asılılıq azart oyunlarıdır.

Bir dəfə intihar etmək istədim, ancaq bu intihar Vudiallensayağı intihar idi: qazı açmışdım, aynaları bağlamağı isə unutmuşdum.

Həyatımda unutmaq istədiyim bir çox gözəl anlar olub...

Mənasız dünyadır, hamı hər kəs haqda hər şeyi bilir.

Mən “Twitter”də, “Facebook”da qeydiyyatdan keçməmişəm, mobil telefonum da yoxdur. Əgər sən əlçatan olmağa başlayırsansa, haqqında daha heç bir sirr mövcud olmayacaq...

Musiqiyə gələndə, mən əsl ludditəm, ancaq royal arxasında musiqi bəstələyə bilirəm.

İnternet insanları canlı ünsiyyətdən məhrum edib. Bu gün insanlar daha az bir yerə yığışırlar, yeni bir şey, yeni ideya düşünmürlər. Evdə oturub öz musiqilərini yazırlar. Pis musiqi deyil, amma o musiqi çox yaşamayacaq axı.

Bu barədə demək istədiyim yeganə şey – bir-birinizlə söhbət edin. Sosial şəbəkələrdə oturub vaxt keçirməkdənsə, küçəyə çıxın və heç olmasa, nəsə edin. Ümid edirəm ki, növbəti nəslin musiqiçiləri internetdən ayrılacaq və biz tamamilə ayrı musiqi dinləyəcəyik. Hələlik mən interneti beş il müddətinə bağlayardım ki, görüm nə olacaq...

Həmişə gitaranı kiminsə başına çırpmaq istəmişəm. Heyif, pianino ilə bunu etmək mümkün deyil.

Əvvəllər mən oxuyan pianoçu idim, indi pianoda çalan müğənniyəm.

İnsanlar mənə baxanda nə görürlər? Eynək, homoseksual, “Uotford” (İngilis futbol klubu- red.), daimi isterika və güllər. Mən, ümumiyyətlə, musiqi fenomeniyəm, eşitmisiniz?

Bu gün mənim əsas asılılığım işimdir. Bu il yüz iyirmi konsert versəm, gələn il yüz otuzunu vermək istəyəcəm. Ola bilsin, bu, məni öldürür, lakin ildə iki yüz dəfə təyyarəyə minməyimlə fəxr edirəm.

İstəyirəm ki, övladlarım pula dəyər verməyi öyrənsinlər. Zaxari özünə ilk maşını seçəndə istəyirəm ki, bu bir vaxtlar məndə olan maşına bənzəsin.

İndi Rusiyada söyləyirlər ki, onlarda heç vaxt mavi olmayıb. Görünür, Çaykovski və Nuriyevin adını da xatırlatmaq lazım deyil.

İlk dəfə Rusiyada 1979-cu ildə olmuşam, ayağımı basdığım ilk andaca hər bir hərəkətimin izləndiyini başa düşdüm. Yanıma tərcüməçi də qoşmuşdular, səbəb aydındır. Nəticədə, o tərcüməçi ilə sekslə məşğul olduq – düz otelin damında.

Musiqi şəfaverici gücə malikdir. Bir neçə saat müddətinə özünə kənardan baxa biləsən deyə musiqi səni bədənindən ayıra bilər...

Səhnədə fonoqramla o yana-bu yana qaçan və giriş biletinə görə 75 funt alan insanı düşünmədən güllələmək lazımdır.

Cəhənnəmə və ya cənnətə düşməyimdən asılı olmayaraq, yüz ölkədə konsert verdiyimə görə, məni mükafatlandıracaqlar.

İsa, sadəcə, istəyirdi ki, insanlar sevsinlər və bağışlasınlar.

Təəccüblüdür, ata olandan sonra bir vaxtlar səni uşaqlarda qıcıqlandıran xüsusiyyətlər – qışqırıq və ağlamalar, birdən bütün bunlardan xoşun gəlməyə başlayır, hətta həmin qışqırıqda sakitlik da tapırsan...

Sentimental bir fikir var: sevgi sağaldır. Deyəsən, düzdür...

Bağçaları sevirəm, ancaq uşaqlıqda nənələri bağçada işləməyə məcbur edən bütün insanlar kimi bağda işləməkdən zəhləm gedir.

Altmış altı yaşım var və hələ də sağam.

Liderin neqativ olsa belə, şarmı yoxdursa, heç bir uğur olmayacaq.

İnsanlar getdikcə hirsli olurlar, din daha mərhəmət aşılamır, əksinə, insanları qoyun sürüsünə çevirir...

Xarici görünüşümdən heç vaxt xoşum gəlməyib. Deyəsən, həmişə də belə olacaq.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm