“Atam qorxudur, əmim zorlayırdı...” - VİDEO
Bizi izləyin

Bizim tərcümə

“Atam qorxudur, əmim zorlayırdı...” - VİDEO

Amerikalı müğənni, kinoaktrisa, model Greys Cons:

Əslində, ölüm - qorxulu deyil. Hamı qaranlıqdan çıxır, yarıqaranlıqda yaşayır və ən nəhayətdə, işığa doğru yollanır.

Hər dəfə: “Tanrım, üzr istəyirəm, döşlərinin balaca olduğunu unutmuşam” – söyləyir və məni geri qaytarırdı. Buna baxmayaraq, yenə də birgə işləməyə davam edirdik. Çünki elə bir vaxt gəlib çatdı ki, döşlərimin ölçüsü daha onu maraqlandırmadı. Sadəcə, ayaqlarıma aşiq oldu...

Bəzi mahnılar başdan, digərləri boğazdan, bir başqaları ruhdan gəlir...

Təəssüf ki, dindar ailədə dünyaya gəlmişəm.

İnanın, Yamayka Yer üzünün ən gözəl məkanıdır. İstirahət etmək istəyən insan üçün bura əsl cənnətdir. Ancaq sizin atanız yepiskopdursa, buradakı həyat düşündüyünüz kimi maraqlı olmayacaq.

Uşaqlığım şən keçməyib. Heç bir yüngül hərəkətə, şıltaqlığa yol verə bilməzdim, əsla... Açıq-saçıq paltar geyinmək, populyar mahnılar ifa etmək, sevgi romanları oxumaq qadağan idi. Mən hətta qonşu uşaqlarla da oynaya bilməzdim. Şalvarı geyinməyi isə yalnız xəyal edə bilərdim...

Atam məni müxtəlif şeylərlə qorxutmağı sevirdi. Bu “tərbiyə” üsulu işə yaramışdı da. Bir şeydən qorxan kimi çarpayını altında gizlənib bildiyim bütün duaları oxumağa başlayırdım.

Yadımdadır, bir dəfə himayəsində yaşadığımız əmimiz qardaşımla məni işığı icazə olmadan yandırdığımıza görə, yaxşı-yaxşı döydü. Elektrik məftili ilə qan gələnə qədər döyur və sonra da zorlayırdı. Həmin gün mən başqa dərs də aldım: bizim qışqırıq səsimiz mətbəxə çatdı, doxsan üç yaşlı nənəm məftili əmimin əlindən alıb onu döyməyə başladı. O, isə heç nə demədən sakitcə durub baxdı, dözdü – əlbəttə, axı anası idi...

Atam təhsilimi davam etdirməyimin də əleyhinə idi, bununla razılaşmaq fikrim isə yox idi. Evdən qaçdım və Teatr universitetinə daxil oldum.

Sonradan Parisə köçdüm. Burada üç nəfərlik mənzil kirayə tutmuşduq: Mən, Cerri Holl və Cessika Lanj. Oranı mənzil adlandırmaq da çətindir, daxma idi desək, daha düzgün olar... Amma qazandıqlarımız bu daxmanın kirayə haqqına gedirdi. Olsun, özümüzü dünyanın mərkəzində hiss edirdik...

Tanrım, mən necə də qorxuncam. Bəzən elə anlar olur ki, özüm-özümdən qorxmağa başlayıram.

Metro vaqonuna minəndə ora anındaca boşalır. Ancaq bir nəfər – ən cəsarətlisi vaqonu tərk etmir. O da elə-belə yox, mənasız sual vermək üçün qalır.

Neçə yaşım olduğunu bilmək istəyirsiniz? İstintaq idarəsinin əməkdaşlarını çağırın, onlar çox güman ki, bilirlər.

Uşaqlıqda atam Yamaykadan Amerikaya köçəndə mən babamla qalmışdım. O, mənimlə sərt davranır, hər bir xırda şeyə görə danlayırdı...

Anam və atam mənimlə fəxr edirdi. Ancaq bu nəticəyə nail olmaq üçün illərimi sərf etmişəm...

Modellər elə maneken olmaq üçün dünyaya gəliblər, canlı görünmək üçün yox...

Axı hər bir incəsənət növü həyatın əvəzedicisidir...

Helmut Nyutonun mənə neçə dəfə zəng etməsi artıq yadımda deyil, ancaq hər dəfə onun yanına gedəndə məni görüb deyirdi: “Tanrım, üzr istəyirəm, sənin döşlərinin balaca olduğunu unutmuşam” – söyləyir və məni geri qaytarırdı. Buna baxmayaraq, yenə də birgə işləməyə davam edirdik. Çünki elə bir vaxt gəlib çatdı ki, döşlərimin ölçüsü daha onu maraqlandırmadı. Sadəcə, ayaqlarıma aşiq oldu.

Bir şeyi dəqiq bilirəm: yararlan, amma istifadə etmə...

Sevdiyin insanlara öz pis cəhətlərini söyləməkdən çəkinmə. Əgər onlar səni belə qəbul edirlərsə, deməli, əbəs yerə onların yanında deyilsən...

Bəzən mənə elə gəlir ki, mən hələ çox gözələm. Xüsusən, ayın bədirlənməsi zamanı...

Mətbəxdə olmaqdan zəhləm gedir. Amma, deyəsən, yeddi növ yemək bişirə bilirəm. Həftənin bir gününə bir ədəd yetir.

Daha klublara getmirəm, evdə otururam. Evdar qadın olmuşam? Özüm müxtəlif gecələr təşkil edirəm, heç kim də özünü orada necə aparmasını bilmir. İnanılmaz gözəl mahnı səslənir, ancaq heç kim rəqs etmir. Hamıya deyirəm ki, rəqssiz gecə - biznes görüşə bənzəyir, çifayda, heç kim dinləmir...

Nə məndə yaxşı alınır? Özüm haqda yeni bir şey öyrənmək, etdiyim şeylərə insanların diqqətini cəlb etmək...

Ölüm - qorxulu deyil. Hamı qaranlıqdan çıxır, yarıqaranlıqda yaşayır və ən nəhayətdə, işığa doğru yollanır.

Hansısa mahnılar başdan, digərləri boğazdan, bir başqaları ruhdan gəlir. Bu qədər sadə, düz deyil?...

Mənim oxu müəllimim Hitlerdən bir az yaxşı idi. Nəyə gülürsünüz, siz almansınız?

Hər birimizin qanından gəlmələrin qanı axır. Bu, mənim həyatımı daha anlaşıqlı edir.

Həmişə ən yaxşı dinləyicilərim homoseksuallar olub.

Mən son vaxtlar çox dəyişmişəm. Əvvəllər xoşuma gəlməyən söz deyən insanları döyürdüm. İndi mən, sadəcə, susuram.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm