• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Gəl yenidən başlayaq” - VİDEO

“Gəl yenidən başlayaq” - VİDEO

Fransalı aktrisa gözəl Katrin Denyov:

Bəzən özümü çox xoşbəxt və ya əksinə, çox bədbəxt hiss etdiyim anlar olur. Sanki anlayıram ki, xoşbəxtliyimə görə cavab verməli olacam...

Əgər bir kişi: “Gəl hər şeyi yenidən başlayaq” söyləyirsə, əslində, bunu demək istəyir: “Təəssüf ki, səndən daha yaxşısını tapa bilmədim”...

Başqalarının ərini oğurlayan sarışınlardan deyiləm...

Heç zaman başqasının fikrindən asılı olmayın...!

Həmişə hesab etmişəm ki, “madam” ifadəsi insanın üstünə birdən-birə on yaş əlavə edir.

Kiminsə arzusu olmaq heç də gözəl hiss deyil...

Bu yaxınlarda internetdə Chanel No.5 – in qırx il əvvəl çəkildiyim reklamını gördüm. Sən demə, əsl incəsənət nümunəsi imiş! Orada qara paltar geyinmişən , yalnız dizlərim görünür. Əyləşib, sevgilim haqda danışıram. Bütün bunlar gördüklərinizə görə yox, eşitdiklərinizə görə, seksualdır. İndi isə hər şey əksinədir: sizə hər şey göstərməyə hazırdılar, ancaq siz heç nə eşitməyəcəksiniz...

Gəncliyimi geri qaytarıb, hər şeyi yenidən yaşamaq istəməzdim. Aktrisalara daha individual olmaq imkanını yaratmırlar.

Məşhurluq işimə yarayanda xoşuma gəlir. Qalan vaxtlar kütlənin arasında tanınmaz qalmağa üstünlük verirəm.

Paparazzi ilə nadir hallarda rastlaşıram – ancaq festivallarda. Vəssalam, mən daha onlara maraqlı deyiləm. Küçədəki insanlara isə hələ maraqlıyam. Tez-tez mənə yaxınlaşıb onlarla şəkil çəkdirməyi xahiş edirlər. Adətən, bu istəyə “yox” cavabı verirəm.

Mən əsəbi, fikirli və kefsiz ola bilərəm. Amma mən heç vaxt darıxmıram.

Çaxnaşma, qaç-qov çox olan filmləri sevmirəm. O dəqiqə aktyorları fikirləşirəm: yazıqlar yəqin, çox yorulurlar...

Mənim ən böyük vergim: İstənilən zaman, istənilən şəraitdə yuxulaya bilərəm. Başımda parik olsa belə...

Geyimi sevirəmmi? Məncə, bu çox güclü söz oldu. Sadəcə, deyim ki, geyimi xoşlayıram. Amma ayaqqabını, həqiqətən, sevirəm. İnsanın geyindikləri arasında ən böyük yük məhz ayaqqabıya düşür.

Bəxtim gətirib: Sevdiyim rejissorlar mənimlə bərabər qocalırlar.

Həyatda fiziki işdən daha xeyirli bir şey yoxdur.

İlk dəfə Hollivudda 1968-ci ildə oldum. Bu artıq başqa Hollivud idi. Ancaq mən amerika rejissorlarını sevirəm. Koppola və ya Skorseze ilə işləmək istərdim. Lakin onlara avropalı aktrisalar lazım deyil. Cud Lou ilə çəkilməyi arzulayıram. İngilis aktyorlarından xoşum gəlir.

Kino vizual incəsənətdir. Kinoda yaxşı görünməlisən. Fikir verin, mən “yaxşı” dedim, “qəşəng” yox.

Həyatımın ən gözəl on ili – qırx yaşımdan əlli yaşına qədər olan aradır. Qırx yaşımda özüm barədə hər şeyi anladım.

Qocalıqdan qorxmuram. Cavanlığın bir şeyi pisdir ki, insan yalnız qocalmamaq barədə düşünür.

Anam həmişə hesab edirdi ki, gözəl olmaq istəyən günəş altında az gəzməli və çox su içməlidir.

Bu yaxınlarda anamın 102 yaşı tamam oldu. O, Parisdə yaşayır - mənim yanımda, lakin tək-tənha, çünki müstəqil olmağı sevir.

Anam qeyri-adi qadındır. Bizim ailənin üzvləri uzunömürlülüyü ilə fərqlənir. Fəqət yüz yaşıma çatacağımı fikirləşmirəm, çünki mən anama bənzəmirəm. Anam heç vaxt siqaret çəkməyib...

Siqaret çəkmək gözəldir. Siqaret çəkməyimlə fəxr etmirəm, ancaq bundan utanmıram da. Təəssüf edirəm ki, Avropada bu məsələ getdikcə qəlizləşir. Bəzən küçədə siqaret çəkirəm, dərhal bütün kameralar bu anı tutmağa çalışır.

Yaxşı yeməyi sevdiyimə görə, heç vaxt model ola bilməzdim.

Ünsiyyət zamanı elə də xoş insan təsiri bağışlamıram. Aktrisa olduğumu çox tez unuduram. İnsanlar məni soyuq biri kimi təsvir edəndə heç xoşum gəlmir.

Boşanmaların mövcud olduğu müddətdə nikahlar heç bir önəm daşımayacaq.

Əsl qadının malik olduğu keyfiyyətlər - ağıl, mehribanlıq və yumor hissidir. Bu keyfiyyətlərin kişidə də olmasını gözləyirəm.

Seks - hər bir kəsin beyninə həkk olunmuş əbədi sual işarəsidir. Odur ki, bu haqda daim danışacaqlar.

Heç vaxt qadınlar üçün təhlükə mənbəyi olmamışam. Başqalarının ərini oğurlayan sarışınlardan deyiləm.

Xoşbəxt olduğum çox anlar olub, bax belə...

Vaxtımın çox hissəsini nəvələrimə həsr edirəm. Əlbəttə ki, onlar məni “nənə” deyə çağırmırlar. Gizli adla çağırırlar, o adı sizə deməyəcəyəm...

Bir incəsənət növü kimi, kino hələ çox-çox cavandır. Ola bilsin, məhz buna görə, filmdə nadir hallarda əsl insan ruhunu görə bilirik. Amma ümid edirəm ki, biz nəhayət, məna ilə texnika arasında bir balans tapa biləcəyik.

Çalışın, tez-tez mahnı oxuyun. İfa ruha hüzur bəxş edir.

Qapıdan alınmadısa, aynadan keçməyi yoxla...

Mən anayam, ana isə heç vaxt tənha olmur.

Kişinin sevgisini qorumağın ən yaxşı yolu ona ərə getməməkdir. Əgər bir kişi: “Gəl, hər şeyi yenidən başlayaq” söyləyirsə, əslində, bunu demək istəyir: “Təəssüf ki, səndən daha yaxşısını tapa bilmədim”...

Ətir reklamı məni filmlərimdən daha çox məşhur etdi.

Mən həzz almıram, mən həzzdən əzab çəkirəm. Bu, xristyansayağıdır.

Gənc qalmağımın səbəbi nədir? Su. Yuxu. Sevgi...

Qadınla intim həyatın mümkünlüyünü təsəvvürümə gətirmirəm. Heç vaxt bunu etməmişəm. Amma qadınları çox sevirəm.

Sevgi, yoldançıxarma – bunlar mənim üçün qeyri-ciddi kəlmələrdir...
Zənnimcə, məhəbbət və nifrət eyni şeydir. Bunu çoxdan başa düşmüşəm və bu fikirlə tamamilə də razıyam. Sadəcə, zamanla hər şeyi anlayır, hiss edirsən...

Kişilər yaxşı xalqdırlar. Amma qadınlar da magiyaya bələddirlər...

Bəzən özümü çox xoşbəxt və ya əksinə, çox bədbəxt hiss etdiyim anlar olur. Sanki anlayıram ki, xoşbəxtliyimə görə cavab verməli olacam. Hətta hesabı əvvəlcədən ödədiyim anlar da olur...

İtaliyalının ağlında iki fikir var. İkinci fikir mütləq spagetti ilə bağlıdır...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR