“İnsan bədəninin ən gözəl və cazibədar hissəsi...” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“İnsan bədəninin ən gözəl və cazibədar hissəsi...” - FOTOLAR

Amerikalı kino və teatr aktrisası Natali Portman:

Valideynlərim böyük, bahalı maşın və evlərə pul xərcləmirdi. Nə olsun? Əvəzində biz bütün teatr premyeralarına gedir və çoxlu səyahət edirdik.

Bəzən edə biləcəyin ən təsirli iş “yox” deməkdir...

“Leon” mənə xüsusi sevinc gətirdi. Bu filmdə çəkildiyimə görə qürur hiss keçirirəm. Amma on iki yaşında özümü seksual istək obyekti kimi hiss etmək də qəribə idi...

Əslində, mən səksən beş yaşlı cırtdanam.

Bir dəfə küçədə gəzirdim, birdən biri qışqırdı: “Aman tanrım, baxın, bu ki Vaynona Rayderdir!” Üzümü bunu deyən kəsə çevirmək istədiyirdim ki, hər kəsin mənə baxdığını anladım.

Kinoda ilk rolumu 11 yaşımda oynamışdım, bu səbəbdən, iyirmi yaşıma yaxın özümə artıq: “kifayətdir” söyləyirdim.

Çəkiliş meydanında uşaq olmaq elə maraqlıdır ki... Çəkilişlər zamanı sən hamı kimi olursan. Fasilə elan olunan kimi bütün aktyorlar yatmaq və ya pivə içmək üçün otaqlarına yollanırlar. Sən isə kitablarını götürüb məktəbə gedirsən.

Əsl ağıllı insanlar beş qiyməti almırlar. Onlar bilirlər ki, qiymətləndirmə, əslində, heç bir əhəmiyyət daşımır.

Həyat yolumdan razıyam. Valideynlərim, prodüserlər, tamaşaçılar məni necə görmək istəyirdilərsə, elə oldum...

Aktrisaların siyahısında mən, deyəsən, axırlardayam. İlə bir neçə filmdə çəkilirəm. Bir çox kolleqalarım, hətta yaşca məndən kiçik olanlar çoxdan artıq qırx filmdə çəkiliblər.

Porno filmlər isə məni, ümumiyyətlə, cəlb etmir...

“Ulduzlar müharibəsi”ndən sonra bütün ömrümü kinoya həsr edəcəyimi qətiləşdirdim. Bu filmdə çəkildikdən sonra nə vəkil, nə həkim, nə də başqa bir sahə ilə məşğul ola bilməzsən. “Ulduzlar müharibəsi” kolleksiyasından olan gəlinciyimə baxır və fikirləşirəm: “Qəribədir, hardasa uzaqlarda balaca uşaqlar mənimlə oynayır”...

Səksəninci illərin uşağıyam. Barbim və balaca ponim vardı, amma mən daim onları korlayırdım – üzlərini yazır, saçlarını kəsirdim. Uşaqlıqda kosmonavt, həkim və baytar həkimi olmaq istəyirdim, ancaq bütün bunlardan öncə su pərisi olmağı arzulayırdım.

Deyəsən, lazım olandan daha tez böyüdüm... Özüməbənzər qızım olmasını istərdim - mənim kimi qəşəng, ağıllı, təhsilli, insanlarla ünsiyyət qurmağı bacaran və ən əsası, çoxlu pul qazanmağı bilən biri...

Atamın pis gündə olan “şevrole”si, anamın eyni vəziyyətdə olan “oldsmobil”i vardı. Valideynlərim böyük, bahalı maşın və evlərə pul xərcləmirdi. Nə olsun? Əvəzində biz bütün teatr premyeralarına gedir və çoxlu səyahət edirdik.

Atam mənə çox sadə bir şeyi öyrətdi: həyatda mümkün olmayan şeylər kinoda da olmamalıdır.

Səkkiz yaşım olanda atam məni özün ilə tibbi konfranslardan birinə aparmışdı. O, toyuğun üzərində lazer cərrahiyyəsini nümayiş etdirirdi. Hamı alqışlayırdı, mən isə şokda idim. O vaxtdan bəri ət yemirəm.

Babam, polşalı yəhudi ən qatı sosialist idi. Otuzuncu illərdə o, Fələstinə getməyə hazırlaşan insanlar üçün düşərgələrin təşkil olunmasında iştirak edirdi. Buradakı insanlara kənd təsərrüfatını öyrədirdilər. İlk kubis məhz bu yolu keçmiş insanlar tərəfindən yaradılmışdı.

Yəhudi dilində pis danışmıram. Israildə olarkən hətta bu dildə düşünməyə başlayıram. İnsanlar yəhudiyə bənzədiyimi söyləyəndə sevinirəm.

Özümü İsraildə daha çox yəhudi hiss edirəm. Orada dinə verilən dəyərdən xoşum gəlir.

Yəhudilər təhsilə çox önəm verirlər. Bu bütün dünyadakı yəhudilər üçün ümumi dəyərdir. Həmin cəmiyyətin bir parçası olduğuma görə, fəxr edirəm.

Şayiələrin necə yarandığını heç vaxt başa düşmürəm. Başimi keçəl edəndə neonasist və ya lesbiyan olmağım barədə şayiələr yayılmağa başladı...

Kinoda yəhudi obrazları canlandırmamağa çalışıram. Hər ay mənə holokost haqda iyirmi ssenari göndərirlər. Amma mən bu janra nifrət edirəm.

Bacardığım qədər komediyalarda çəkilməyə çalışıram, çünki indiyə qədər həqiqi gülməli film görməmişəm.

Həmişə hesab etmişəm ki, əllər insan bədəninin ən gözəl və cazibədar hissəsidir.

İnsanlar qarşısında öz döşlərimi göstərməkdən xoşum gəlmir.

Kişilər elə qəribədirlər ki... Məktəbdə bir oğlanı öpdükdən sonra hamı məni fahişə adlandırmağa başladı.

Deyəsən, hündürdaban ayaqqabılara ilk müharibə elan edən qadın mən olacam. Hamı deyir ki, mən hündürdaban ayaqqabı geyinməliyəm. Lakin heç vaxt bu qəribə konsepsiyanı başa düşməmişəm: ayaqlar uzun olduqca daha cazibədardır olurlar...

Dəhşətli dərəcədə bir şeylə maraqlanıram: Necə oldu ki, bəşəriyyət qadınların qoltuqaltı və ayaqlarını qırxmasının vacib olması qənaətinə gəldi?

Ağıllı qadınlar ağıllı kişiləri çox sevirlər. Amma ağıllı kişilər ağıllı qadınları bir o qədər sevmirlər...

Səsimin tonunu yüksəltməkdən zəhləm gedir. Hirslənəndə, sadəcə, ağlayıram.

Məni “əzizim” deyə çağıranda əsəbiləşirəm. “Əzizim” sözünü pişiyə demək daha məntiqlidir.

Bir dizayner mənə demişdi ki, əgər onun paltarını geyinsəm, markasının satışı birə yüz artacaq. Yadımdadır, buna görə çox məyus olmuşdum. İnsanlara dəbin vasitəsilə təsir göstərmək ən son arzumdur...

Bəzən edə biləcəyin ən təsirli iş “yox” deməkdir.

Yuxunu sevirəm. Bir çox insanlar zəngli telefonun səsinə oyanırlar. Onlar yuxunu vaxt itkisi hesab edirlər. Mən isə əksinə fikirləşirəm. Zənnimcə, yuxu vaxt keçirməyin ən gözəl üsuludur.

Böyüdükcə insanların sənin barədə nə düşünməsi səni daha az qayğılandırmalıdır.

Texniki baxımdan əsl yelbeyinəm. Televizoru yandıranda belə problemlərlə rastlaşıram.

Vudi Allen mənimlə səmimi davranan yeganə insanlardan biri oldu. O dedi: “Aman tanrım, sən necə də dəhşətlisən!”

Uşaqlıqda hamı dünyanı dəyişəcəyinə ümid edir...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm