“Həyat moteldə sevgi ilə məşğul olmaq yox...”
Bizi izləyin

Bizim tərcümə

“Həyat moteldə sevgi ilə məşğul olmaq yox...”

Amerikalı musiqiçi Bek:

Nostalgiya pəncərəsi ildən-ilə böyüyür...

Hansı xüsusiyyətim yaxşıdır? Deyilənə görə, inadkaram.

Səksəninci illərin sonunda doğma Los-Ancelesi tərk etdim və Nyu-Yorka yollandım. Əvvəlcə dost-tanışlarımın evində yaşasam da, sonradan ev tutmağı qərara aldım. Məni əlində açar tutan qadın qarşıladı. Hansı yolla bilmirəm, amma qadın ona pulu əvvəlcədən verməyimə razı saldı və açarın dalınca iki sonra gəlməyi tapşırdı. Daha onu görmədim... Los-Ancelesə qayıtmalı oldum. “Loser” i də bundan sonra yazdım.

İnanılmaz dövrdə yaşayırıq – bu dövrdə nə əsl dəlisovluq, nə əsl müqəddəs dəyər mövcud deyil.

İyirmi yaşımda qırx beş yaşdakı kimi göründüyümü deyirdilər. Amma mən özümü altmış yaşındakı kimi hiss edirdim.

Elektron poçtdan istifadə etməməyə çalışıram – insanlarla telefon vasitəsilə danışıram. Otuz dollarlıq telefonum var, kompyuteri də on il bundan qabaq almışam. Amma 2002-ci ilə qədər yazı makinasından istifadə etmişəm.

Musiqi dəyişir, lakin insanların dinləmək üsulu da dəyişir.

Uşaqlığımda mp3-ün olmadığına görə, xoşbəxtəm. Bütün dahi mahnıları orijinal variantda dinləmişəm. Təsəvvür edin, hansısa məqalə yazmısınız; onu əlinizdən alırlar, müəyyən sözləri çıxarırlar, qalan hissəni isə mənasız şriftlərlə yığırlar. Məncə, mp3 belə bir şeydir. Bu böyük problemdir...

Böyüdüyüm dönəmdə Sprinqstin, “Rollinq stoun”, Dilan və “Bitlz” musiqidə hələ də əsas simalar sayılırdı.

Nostalgiya pəncərəsi ildən-ilə böyüyür.

Son iyirmi ildə mən və bir neçə digər musiqiçilər əllinci, altmışıncı və yetmişinci illərin musiqisində yeniliklər etməyə cəhd edirik. Bir vaxtlar bacardığımız, sonradan unutduğumuz şeyləri geri qaytarmaq çox vacibdir...

Bugünkü səhnədə müğənnini ifaçı edən - səs gücləndiricilər, işıq və digər ləvazimatlardır. Konsertlərimin bir neçəsində işıq sönüb və həmin anlar necə böyük bir qüvvənin məni səhnədə saxladığını hiss etmişəm. Amma Cimmi Rocers, ümumiyyətlə, heç nədən istifadə etmirdi. Sadəcə, səhnədə dayanır və bacardığı qədər uca səslə oxuyurdu.

Uzaq keçmişdə mahnının adının nə olması ilə maraqlanmırdılar, sadəcə, ifa edirdilər...

Seçim dəli olmağın ən effektli yoludur.

Bəzi insanlar bütün ömürləri boyu özlərini uğura hazırlayır və yaşlı vaxtlarında həmin uğurla özlərini ovudurlar. Mən isə, sadəcə, musiqi ilə məşğul oluram.

Meksika restoranlarında məni az tanıyırlar.

Heç kim yaradıcılığıma özüm qədər tənqidi yanaşmır.

İdeyanı satmaq olmaz.

İnsanlar “bu onun qanındadır” ifadəsini çox sevirlər. Amma incəsənət boşluqdan, dəhşətdən, qaranlıqdan yaranır...

Amerikalı musiqiçi, yazıçı Maykl Cira:

Həyat tantra seksi kimi bir şeydir – sən tamamilə əriməli və yox olmalısan ki, hansısa bir anda gözlənilmədən özünü tapasan...

Zaman qədər ideyanı məhv edən başqa bir şey yoxdur...

Los-Ancelesdə böyüsəm də, bu şəhərə nifrət edirəm. Məhz burada Amerika mədəniyyətinin ən iyrənc tərəflərini görmək olar.

Los-Ancelesdə mövcudluq televizor, nəhəng maşında gəzinti və çimərlikdə vaxt öldürmək deməkdir.

Cavanlığımda dəhşətli hippi olmuşam. Amma atamın yanından qaçdığıma görə, olmuşam. O, biznesmen idi və məni İsveçrə Alplarındakı məktəblərin birinə oxumağa göndərmək istəyirdi. Atam dedi: “Ya məktəbə gedirsən, ya zavodda işləməyə başlayırsan”. O vaxt səfeh idim, zavodu seçdim. Təzə-təzə dözsə də, atam birdən coşdu: “Yox, bu axmaqlıqdır, məktəbə get”. Elə o vaxt mən ondan qaçdım və hippiyə çevrildim.

Həyatda ən nifrət etdiyim ehtiyat edən qiyamçılardır.

Zaman qədər ideyanı məhv edən başqa bir şey yoxdur...

Yaradıcılıq üçün ən uyğun narkotik hansı olduğunu soruşmayın. Çünki yaradıcılığa narkotik, ümumiyyətlə, lazım deyil. Mənim aramın necə olduğuna gəldikdə... - Hə vaxtında kifayət qədər istifadə etmişəm, amma iyirmi ildir ki, narkotikdən tamamilə uzaqlaşmışam.

Hər bir insanın həyatı xilaskar axtarışında keçir. Amma xilaskarı hərə bir cür görür.

Həyat “Motel 6”da (ABŞ-da yerləşən ucuz motel şəbəkəsi) fahişə ilə tez-bazar sekslə məşğul olub, özünüzü itirməkdən ibarət deyil. Həyat tantra seksi kimi bir şeydir – sən tamamilə əriməli və yox olmalısan ki, hansısa bir anda gözlənilmədən özünü tapasan.

Səhnədə dayanarkən insanların əlindəki telefonları görüb dəhşətə gəlirəm. Onlar həyatlarının hər dəqiqəsini çəkməyə can atırlar. Mənim fikrimcə isə bu, öz həyatını əvəzləməyin bir yoludur. Ümid edirəm, onlar sekslə məşğul olanda da özlərini çəkmirlər.

Bir çox müasir musiqiçilər musiqiyə geyim kimi yanaşırlar. Onlar dinləyicilərin qarşısında həmin mahnını geyinir, evdə isə soyunurlar.

Musiqi canlı olmalıdır. Bu yara kimi bir şeydir, musiqi yaradan çıxan qandır...

Hər bir incəsənət növü iki kriteriyə uyğun olmalıdır: sa sual verməli, ya onu cavablandırmalıdır...

Musiqi yaralamağı bacarmalıdır. Məsələn, bir dəfə dişim mikrofona dəyib sınmışdı.

Ən yaxşı incəsənət insan tələbatından doğan incəsənətdir...

Ölümümdən qabaq nə etmək istəyirəm? Elə də cavan deyiləm, odur ki, çıxışa dəvət edilməmişdən öncə bacardığım qədər yaxşılıq etmək istəyirəm...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm