Ən sərt və ən gözəl ayaqlara malik qadın siyasətçi - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Ən sərt və ən gözəl ayaqlara malik qadın siyasətçi - FOTOLAR

Dünyanın ən sərt qadın siyasətçilərindən biri... Amma gözəl ayaqları var... Yaşa dolmuş israilli baş nazir, Raysın gözəl ayaqlarını görüb başını itirmişdi!..

“Kondoliza Raysın dünyaya daha incə, daha gözəl yanaşması üçün kiməsə aşiq olması gərəkdir”...

Müasir zoluşkalar haqqında nağılların başlanğıcı müxtəlif olsa da, sonluq hamısında eyni olur. Qız onun üçün bütün qurbanlara hazır olan gözəl kişinin qəlbini fəth edir və...

ABŞ-ın keçmiş dövlət katibi, dünyanın ən tanınmış və nüfuzlu qadını Kondoliza Rays da istisna deyil... Xanım Raysın həyatında bir qadına lazım olan hər şey var. Bu, tipik hekayədir – yalnız ABŞ-da baş verə biləcək real hekayə...

Alabama ştatından olan adi qız öz istedadından, inadından, intizamından istifadə edərək, siyasi karyerası üçün mümkün hər şeyi etdi. Kondoliza üç yaşında fortepianoda çalmağı öyrəndi.

Xanım Raysın qeyri-adi adı italyan musiqi termini “dolcezza”dan götürülüb, tərcümədə “incəliklə” mənasını verir.

Gələcək siyasətçi dörd yaşında kilsə xorunda ifa etməyə başlayır, beş yaşında sərbəst oxumağı öyrənir. Qızcığaz saat 4:30-da yuxudan durur, səhər gimnastikasını edir, sonra isə çox sevdiyi musiqi dərslərinə hazırlaşırdı.

Xanım Rays uşaqlıqdan ölçüb-biçilmiş həyata adət etmişdi. O, növbəti gün, növbəti ay və hətta bir il qabaq nə edəcəyini əvvəlcədən planlaşdırırdı.

Gənc yaşlarında Kondoliza siyasətdən kənar dayanmağa məcbur idi. Valideynləri ABŞ-dakı irqi ayrı-seçkiliyə göz yummağı üstün tuturdu.

Afrikamənşəli amerikalıların səsvermə hüququ yox idi, buna baxmayaraq, ata Rays qızına təkrar etməkdən yorulmurdu: “İnad və istəyin nəticəsində, ABŞ-ın prezidenti ola bilərsən”... Kondoliza Raysın babası yığdığı pulları təhsilə xərcləməyi qərar vermişdi.

Kondoliza həmişə bir şeyi dəqiq bilib: Bilik insanın həyatda qazandığı ən əsas şeydir.

On beş yaşında kolleci, on doqquz yaşında isə Denver universitetini bitirir. Əvvəlcə musiqi kafedrasının tələbəsi olsa da, bir il sonra planları kökündən dəyişir. Belə ki, Kondoliza siyasət kafedrasında təhsilini davam etdirərək ən nadir ölkələrin, o cümlədən, SSRİ tarixinin tədqiqinə başlayır.

Rays söyləyir ki, SSRİ ilə münasibətlərin ABŞ üçün mühüm olmasını hələ 16 yaşında başa düşmüşdü.

Siyasətçi xanımın arzuları həyata keçir... İyirmi altı yaşında o, SSRİ ilə Çexoslovakiya münasibətləri haqda dissertasiya müdafiə edir, hətta bu məlumatların əsasında kitab da yazır. Kitab Ağ evin diqqətini cəlb etməyə bilməzdi. ABŞ rəsmiləri Kondolizanın SSRİ prezidenti Mixail Qorbaçov haqda yazdığı kitabı da diqqətdən qoymurlar.

Amerika rəsmilərinin diqqətini iki şey cəlb etmişdi: Qaradərili Kondoliza Rays Respublika partiyasının üzvü olmuşdu. İkincisi, digər amerikalı sovet mütəxəssisləri rusca yalnız “çox sağ ol” və “buyurun” sözünü bildiyi halda, xanım Rays rusca gözəl danışırdı.

Kondolizadan başqa heç kim iş gününü “Pravda”nın yeni nömrəsi ilə açmırdı.

1989-cu il Mixail Qorbaçovun Vaşinqtona rəsmi səfəri zamanı Corc Buş SSRİ liderinə Kondolizanı təqdim edir və söyləyir: “Etiraf edirəm ki, SSRİ haqda nə öyrənmişəmsə, hamısını xanım Raysdan öyrənmişəm”...

Amerika və digər ölkələrin vətəndaşı kimi, Kondoliza Rays da Mixail Qorbaçova böyük hörmət bəsləyirdi.

Keçmiş dövlət katibinin dostları siyahısına ünsiyyətdə olduğu bütün prezidentlər, baş nazirlər, kral və şeyxlər daxil olub. Amerikalı jurnalistlər bunun səbəbinin soruşanda xanım Rays sualdan yayınaraq, hökümət başçıları ilə dostluğuna görə tanınmaq istəmədiyi söyləmişdi.

Yeri gəlmişkən, indiyə qədər heç kim Kondoliza Raysın qadınlarla dostluğu barədə heç nə eşitməyib.

İsrailin baş naziri Ariel Şaron bir dəfə demişdi ki, Kondolizanın iştirak etdiyi danışıqlarda ciddi müzakirələr apara bilmir. Yaşa dolmuş israilli baş nazir Raysın gözəl ayaqlarını görüb başını itirir!

Kondoliza Raysın Corc Buşa təsir etmək bacarığı indiyə qədər bir çox amerikalılar üçün sirr olaraq qalır... İlk baxışdan insana elə gəlir ki, afrikamənşəli kasıb ailədən çıxmış varlı ağdərili insan arasına ümumi heç nə ola bilməz...

Xanım Rays dərs oxuduğu zaman Corc Buş barlarda sərxoşluq edirdi. Kondoliza Rays beş dil bildiyi bir vaxt, Corc Buş bəyənatları ilə bir nömrəli komik reputasiyasını qazanıb...

Kondoliza bütün istirahət günlərini Buşun ailəsi ilə keçirirdi. Onlar birgə futbola baxır, qolf oynayır, qaçışla məşğul olur, toyuq bişirirdi.

Tənha Rays... bax bu, görünür, məşhur siyasətçi xanımın yeganə çatışmazlığıdır. O, heç vaxt evli olmayıb. Ailə olmadan heç bir sosial uğurdan söhbət gedə bilməz fikri əsl nonsens imiş!

Bu gün Kondolizanın əllidən çox yaşı var, bir çoxları onun ümumiyyətlə, şəxsi həyatının olmamasını düşünür. Hətta ən peşəkar jurnalist belə siyasətçi xanımın yalnız bir sevgi epizodunu öyrənməyə nail olub. Məlum olub ki, Kondoliza məktəb yaşlarında bir futbolçuya aşiq olub. Qızcığaz valideynlərinə deyibmiş: “Nə vaxtsa ərə getməli olsam, yalnız futbolçuya gedərəm”...

Heç kim xanım Raysın yanında zarafat etmir, o, hansısa bir məsələyə dair fikrini dilə gətirəndə hamı sakitcə dinləyir. Kondoliza Rays ideal qadın reputasiyasına malikdir.

ABŞ-dan olan karikaturçu bir dəfə demişdi: “Kondoliza Raysın dünyaya daha incə, gözəl yanaşması üçün kiməsə aşiq olması gərəkdir”. Amerika kütləvi informasiya vasitələri sonradan karikaturçunun işlərini yaymaqdan imtina etdi.

Bir çoxlarının onu “yubka geyinmiş kişi” adlandırmasına rəğmən, köməkçiləri bu fikri təkzib edir: “Xanım Rays həmişə gözəl görünməyə can atır. O, Armani, Oskar de la Rentadan geyinir...” ABŞ-da Kondoliza Raysın dodaq boyasının “Yves Saint Laurent”dan olması, hündürdaban ayaqqabıları və Led Zeppelin qrupunun musiqilərini sevməsini hər kəs bilir.

Xanım Raysı “Vogue”, “Glamour” kimi dəb jurnallarında da görmək mümkündür...

Siyasətçi xanımın Vogue üçün poz etməsini çox güman ki, öz səbəbləri olub... 59 yaşı olmasına baxmayaraq, Kondoliza Raysın ideal bədən quruluşu ilə fəxr etməyə əsası var...!

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm