Beş evlilik, dörd uşaq və dərya qədər cazibə... FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Beş evlilik, dörd uşaq və dərya qədər cazibə... FOTOLAR

Onlarla film, beş evlilik, dörd uşaq və dərya qədər cazibə - fransalı rejissor Roje Vadim... O, həyatı, sözün əsl mənasında, sevirdi...

Onu ulduz istehsalçısı adlandırırdılar. Vadimin, demək olar, bütün sevgililəri gözəl idi – Bridcit Bardo, Katrin Denyov, Ceyn Fonda, onlar adi ulduz deyildilər, onlar öz dövrlərinin seks-simvolları idi...

Bridcit Bardo

Deyirlər, Roje Vadimin filmləri əsrin ruhunu göstərir. Roje tamaşaçılara hansı qəhrəmanın lazım olduğunu hiss edirdi.
Bridcit Bardo Rojenin tamaşaçılara təklif etdiyi ilk aktrisa olur. O, aktrisanı debüt filmi olan “Və Tanrı qadını yaratdı” filminə çəkir. Elə bu dövrdən Bridcitin ulduzu parlayır.
Baxmayaraq ki, onlar bir yerdə dörd ildir ki, yaşayırdılar, “Və Tanrı qadını yaratdı” filmində Bridcit tərəf müqabili Jan-Lui Tretinyana aşiq olur və Rojeni ataraq Tretinyanın yanına gedir. Lakin, bu onların münasibətlərinə təsir etmir - Bardo ilə Roje ömürlük dost olaraq qalırlar.

Annet Stroyberq

Rojenin ikinci həyat yoldaşı daniyalı maneken Annett Stroyberq olur. O, Fransaya rejissoru görmək üçün gəlir. Annet Rojenin yanına San-Tropeyə gəlir və Rojeyə hədiyyə almaq uçun yeganə paltarını satır. Bu mavigözlü sarışın Rojenin “Təhlükəli münasibətlər” və “Həzzdən ölmək” filmlərində çəkilir və ona Natali adlı qız dünyaya gətirir...
Onlar 1960-cı ildə boşanırlar.

Katrin Denyov

***

Roje gənc aktrisa Katrin Dorleakla da maraqlanırdı. Katrin Vadimin Enqr avenyuda yerləşən mənzilinə köçür. Katrin Vadimin qızı Natalinin də qayğısına qalır. Lakin az keçmir ki, Katrinlə Rojenin Kristyan adlı övladları dünyaya gəlir.
Katrin Denyov və Roje Vadim heç vaxt ailəli olmurlar. Bir dəfə Rojenin keçmiş həyat yoldaşı Anet onun qarşısında belə bir şərt qoyur: Əgər Vadim Katrinlə evlənsə, Natalini onun əlindən alacaq. Odur ki, nə Katrin, nə Roje bu mövzuya qayıtmırlar.

Ceyn Fonda

Roje Vadimin növbəti nikahı amerikalı Ceyn Fonda ilə baş tutur. Bu evlilik səkkiz il davam edir. Vadim Ceyni Hollivud ulduzuna çevirir, o isə əvəzində Vadimə Vanessa adlı qız dünyaya gətirir.
Ceynin siyasət və ictimai fəaliyyətə marağı yarandığı an Vadimə marağı itir. Aktrisa ABŞ-a qayıdır və burada ölkənin ən tanınmış qadın siyasıtçilərindən birinə çevrilir. O, iki “Oskar” alır və nəhayət, Vadimin onda gördüyü brilyanta çevrilir.

Katrin Şnayder

Vadim dördüncü dəfə maqnat qızı Katrin Şnayderlə evlənir. Katrin Vadimin aktrisa olmayan yeganə həyat yoldaşı olur.

Mari-Kristin Barro

Şnayderlə boşandıqdan bir neçə il sonra Roje Vadim tək yaşayır. 1990-cı ildə 67 yaşlı Vadim 46 yaşlı teatr aktrisası Mari Kristin Barro ilə evlənir. Bu qadın Vadimin sonuncu sevimli qadını olur.
Onlar 1990-cı ildə evlənirlər və 2000-ci ilə qədər, Roje xərçəng xəstəliyindən vəfat edənə qədər birgə yaşayırlar.
Dəfn mərasimi zamanı Rojenin bütün məşhur həyat yoldaşları bir yerdə, əl-ələ tutaraq dayanmışdılar. Demək olar ki, bütün həyat yoldaşları ilə Roje Vadim dost qalmağı bacarmışdı.
Katrin Denyov, Mari Kristin Barro, Ceyn Fonda Roje indi həyatda olmasa da, dostluq edirlər. Vadimin dörd uşağı da bir-birilərinə bacı-qardaş deyə müraciət edirlər...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm