• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qadınların nə olduğunu gözəl bilirəm” - FOTOLAR

“Qadınların nə olduğunu gözəl bilirəm”  - FOTOLAR

Amerikalı aktyor, rejissor və ssenarist Jan-Klod Van Damm:

Mənə elə gəlir ki, ekranın ilk əsl super qəhrəmanı Çarli Çaplin olub...

Düşmənlərim yoxdur. Həyat bunun üçün çox qısadır.

Heç vaxt “təslim olmaq” sözünün mənasını başa düşməmişəm...

Haqqımda nə yazacaqları məni qətiyyən narahat etmir.

Qırx yaşım olanda başa düşdüm ki, pərəstişkarlarımın da yaşı təxminən o qədərdir.

Günlərin bir günü məni ulduz elan etdilər.

Nədənsə belə bir fikir formalaşıb ki, Slay (Stallone – red.) Arnold və mən səhv edə bilmərik. Ancaq biz səhv edirik, Hollivud isə bağışlayır...

On-on beş il bundan əvvəl əzələlərimizin qayğısına qalmaq, daim idmanla məşğul olmaq və yaxşı ssenari axtarmaq məcburiyyətində idik. Lakin bu gün Mister Biseps olmaq vacib deyil, hətta yaxşı ssenariyə də ehtiyac yoxdur. Sənə, sadəcə, yaxşı rejissor lazımdır.

Mənə elə gəlir ki, ekranın ilk əsl super qəhrəmanı elə Çarli Çaplin olub.

Bu, hər kəslə baş verir. Hansısa bir anda başa düşürsən ki, sən ssenarini yox, ssenari səni idarə edir. Və sən, sadəcə, filmin içində yaşamağa başlayırsan. Məncə, De Niro, ümumiyyətlə, ssenariyə baxmır.

Amerikaya yen-yeni gələndə müxtəlif mənasız işlərlə məşğul olmuşam – limuzin sürmüşəm, massaj salonunda çalışmışam, pizza kuryeri işləmişəm, xalça yumuşam. Bir dəfə limuzinimə iki qadın əyləşmişdi. Qırxa yaxın yaşları vardı, məndən “Sürücü, çeynəməyə bir şeyiniz var?” – deyə soruşdular. - “Bəli, saqqızım var” – cavab verdim. – “Yox, bizə başqa şey lazımdır, özünüz başa düşürsünüz də”. Ərləri qadınları Beverli – Hillzə plastik cərrahın yanına göndərmişdilər, onlar isə məni istəyirdilər. Ancaq heç nə baş vermədi. Onlar çox qorxunc idilər.

Sahibsiz it görəndə başa düşürəm ki, onu özümlə aparmalıyam. Tailandda yeddi it götürmüşdüm. Bəziləri iflic olmuşdu, digərlərinin dörd yox, üç pəncəsi vardı. Biri axsayırdı. Onun üçün təkərləri olan xüsusi qurğu da sifariş etdim. Ancaq itləri asanlıqla o ölkədən bu ölkəyə aparmaq olmur. Bu səbəbdən, şəxsi təyyarə tutdum. İndi evimdə doqquz it var...

Məndə qeyri-adi heç nə yoxdur. Sizinlə danışan insan ən adi ölkədə, ən adi insanların arasında böyüyüb. Mən nə çox ağıllı, nə də səfeh deyiləm. Sadəcə, evi və itləri olan, məşq etməyi sevən və yaşadığına görə sevinən bir insanam.

Bu günə qədər özümdən soruşuram. Həyatım boyu nə etmişəm? Amma mənim cavabım yoxdur...

Nə anam, nə atam məni Brüssel əzələsi adlandırmayıb. Atam Jan-Klod deyə çağıranda isə ondan zəhləm gedirdi.

Düşmənlərim yoxdur. Həyat bunun üçün çox qısadır.

Siyasət məni zərrə qədər də, maraqlandırmır. Məktəbi on üç yaşımda atmışam. Bildiyim odur ki, hadisələr heç də yaxşıya doğru inkişaf etməyib. Ən yaxşısı, prezident seçkilərini müzakirə etməkdənsə, planet haqda, iyirmi il sonra onun başına gələcək hadisələri müzakirə edək. Obama qalib gələcək? Vecimə deyil.

Gözü olmayan şeyləri yeməyə üstünlük verirəm. Gözlər – ruhdur. Ruhu olan bir şeyin çətin ki, bədənə xeyiri olsun.

Mən Fidel Kastro deyiləm. Səkkizsaatlıq nitq mənlik deyil. Altı dəqiqə isə başqa məsələ, bacararam.

Həqiqət həmişə həqiqət olaraq qalır, heç kim onu dinləməsə belə...

Brüssel əzələsi olmaq, Brüssel səfehi olmaqdan qat-qat yaxşıdır.

Bədənim otuz yaşlı insanın bədəninə bənzəyir, üzüm isə 50 yaşlı insanın üzüdür. Neyləyim, cavan görünmək üçün lüt gəzməyəcəm ki!

Əgər tanrı sənə gözəl bədən quruluşu veribsə, o, sənin fiziki məbədinə çevrilir. Sənin borcun o məbəddəki səliqə-sahmanı tənzimləməkdir.

Həyat... sən, sadəcə, pəncərə qapaqlarını açır və həyətdə itlər görürsən. Sola baxırsan, sağa baxırsan və pəncərə qapaqlarını bağlayırsan. Nə qədər vaxt keçdi? Saniyə? Yarım saniyə? Həyat elə budur...

Heç vaxt “təslim olmaq” sözünün mənasını başa düşməmişəm.

Oxuduğum ən müdrik fikri Kano Dziqoro (cüdonun yaradıcısı – red.) deyib: “Əgər yeddi dəfə yıxıldınsa, səkkiz dəfə ayağa qalx”...

Otuz yeddi filmdə çəkildikdən sonra özümə söylədim: “Bir də özümün xoşuma gəlmədiyi filmdə çəkilməyəcəm”.

Karate - çox darıxdırıcıdır. Əvvəl-əvvəl texnikaya əsasən hərəkət edirsən, daha sonra onunla bərabər, irəliyə gedir, bədənini və ağlını oyuna təslim edirsən.

Bir çox kulturistlərin əsas problemi odur ki, onlar məşqə yalnız əzələlərinə görə qatılırlar.

Bəzən cavablar ağlımıza sualdan əvvəl gəlir.

Çox dava edən rinqin nə olduğunu bilir, çox yeyən yeməyin nə olduğunu bilir. Mən beş dəfə evli olmuşam, odur ki, qadınların nə olduğunu gözəl bilirəm...

Çox səfeh sualdır: “məşqlər zamanı nə yeyirsiniz?”. İnsanları yeyirəm, əlbəttə ki...

Həyatda ən vacib olan şey dəyişməsi mümkün olmayan şeyləri qəbul etməkdir.

Mən, həqiqətən gey-ikonayam. Homoseksualların da zövqü var.

İnsanları öldürmək səfehlikdir, axı onlar gözəldirlər...

Narkotik həyatında hər şey olduğu zaman peyda olur. Bütün dünyanı səyahət etdiyin, bütün otellərdə qaldığı vaxt. Hər yeri gəzmisən, ətrafında çoxlu sayda qadın var, hamısını dadmısan, indi artıq başqa bir şey istəyirsən – yeni bir şey. Van Damm da bundan istifadə etdi, zibilə çevrildi – fiziki və mənəvi cəhətdən. Amma bundan qurtulmaq üçün özümdə güc tapdım. Tam qurtulduğuma ümid edirəm..

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR