• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Hər dəfə buna baxdıqdan sonra sekslə məşğul oluruq” - FOTOLAR

“Hər dəfə buna baxdıqdan sonra sekslə məşğul oluruq” - FOTOLAR

“Bütün arzularım kiçik idi, bax, bu yumruq boyda. Amma Birləşmiş Ştatlara gələndə anladım ki, burada hamı böyük arzular qurur. Yumruğumu cibimə qoyub, böyük xəyallar qurmağa başladım...”

“Müşahidə qabiliyyəti olan istənilən insan aktyor ola bilər...”

İngiltərəli aktrisa və fotomodel Sienna Miller

Ümid edirəm ki, filmlərin qiyamətdən sağ çıxacaq...

Məni tez-tez Keyt Mossla müqayisə edirlər. Mən isə onun təkcə xarici görünüşünü bəyənirəm, vəssalam.

Dözümlü və möhkəm olmaq, həmişə formada qalmaq, üstəlik idman zalına yazılmaq istəyirəm...

Siqaret çəkirəm, bundan xoşum gəlir. Mənə elə gəlir ki, siqaretə nə qədər yüngül yanaşsan, bir o qədər o sənə az zərər vuracaq.

Şərabla da çox yaxşı münasibətim var. Biz artıq on ildir ki, bir yerdəyik və bir-birimizi çox gözəl başa düşürük.
Salatlara nifrət edirəm, kofeni isə həmişə südlə içirəm. Görəsən, nə vaxt kökələcəm və arxam yerə dəyəcək?

Heç vaxt Bondun sevgilisi ola bilmərəm. Siz heç təsəvvür etmirsiniz, selyulitim bikinidə necə görünər!...

Amerikalı kişilər daim əks cinsə xoş təsir bağışlamaq istəyir, bu da insanı yorur. Amma onlar sənə yaxınlaşıb, asanlıqla: “Bəlkə, harasa çıxaq?” deyə bilərlər. İngilislər isə bu addımı gözləməyə dəyməz, heç vaxt etməzlər...

Hollandiyalı və amerikalı aktrisa Famke Yanssen

Hollandiyada yaşadığım müddətdə aktyor karyerası barədə düşünmürdüm. Bütün arzularım kiçik idi, bax bu yumruq boyda. Amma Birləşmiş Ştatlara gələndə anladım ki, burada hamı böyük arzular qurur. Yumruğumu cibimə qoyub böyük xəyallar qurmağa başladım.

Biz hollandlar çox təcrübəli insanlarıq. Həmişə qadın super qəhrəmanları canlandırmaq istəmişəm. Bu, uğurlu roldur: qadınlar qadın olmaq, kişilər də onlarla eşqlə məşğul olmaq istəyirlər.

Nədənsə superqəhrəmanlar həmişə plaşda olurlar.

Nə deyirsiniz deyin, romanlar komiksdən daha yaxşıdır. Çarpayıda kitab oxumağı sevmirəm. Çarpayı başqa məqsədlər üçün nəzərdə tutulub.

Mənim ən böyük arzum – hər gecə mənə yeni nağıl danışan bir kişi tapmaq...

Heç vaxt insanlardan yaxşı bir şey gözləmirəm. İnsanlar mənimlə pis davrananda: “həmişəki kimi”, yaxşı davrananda isə: “maraqlıdır, çox gözlənilməz oldu” - deyirəm.

İnsan daim özündə nəyisə pulsuz etmək üçün güc tapmalıdır.

Amerikalı kinoaktrisa Kristina Hendriks

Yalnız bir problemim var - ağzımı yumulu saxlaya bilmirəm.

Özünəəmin qadın rollarını oynamaqdan xoşum gəlir.

Məktəb illərində əsl qot idim. Ağ kirşan və qara dodaq boyası elə də gözəl görünmürdü. Anam eybəcər və dəhşətli göründüyümü söyləyirdi. Ətrafdakıların üzündə də şok vardı...

Mən dəb fanatıyam. Bu sevdiyim, ancaq özümə icazə verə bilmədiyim sahədir. Axı mən yastıqcaları, korsetləri, kirşanlı simaları və qırmızı dodaq boyasını sevirəm; Maria Antuanetta obrazı və s...

Mənə gözəl olmaq yaraşır. Çünki mən həmişə kostyumda səhnə ilə addımlamağı və insanların mənə tamaşa etmələrinə baxmağı sevmişəm.

Ən əsası, kamera qarşısında səfeh kimi görünməməkdir. Müşahidə qabiliyyəti olan istənilən insan aktyor ola bilər.

Böyük döşlərin yüngül atletika ilə məşğul olmaq arzularını darmadağın edə bilər. Bu səbəbdən, tez-tez fikirləşirəm - nə yaxşı ki, qaçışla məşğul olmaq kimi bir arzum olmayıb.

Küçədə günü-gündən daha çox tanınıram, buna öyrəşə bilmirəm. Qışqırırlar: “Hey, Kristina!” , mən isə: “Nə olub, nə lazımdır?” - soruşuram.

Mənə elə gəlir ki, nəyəsə nail olmuşam. Bir çox qadınlar “Dəlilər”dəki rolum sayəsində, böyük döşlərinə başqa cür yanaşmağa başladıqlarını söyləyirlər. Artıq böyük döşlərini gizlətməyə çalışmırlar.

Döşlərinə gözünü zilləyən insanla çətin ki xoşbəxt olasan...

“Gözəl” sözündən daha qəşəng sözlər var. Məsələn, “parlayan”. Qəribə və az istifadə olunan söz - “sən parlayırsan”...

Evlilik az şey dəyişir. Ağıl, yumor hissi və sənin ətrin. Bu, hər iki tərəfi ta əvvəldən cəlb edən xüsusiyyətlərdir. Axı həyatda ən seksual şey – səni tanımaqdır.

Görünür, insanlarda hansısa hissi oyatmağa qadirəm. Bir dəfə bir qadın mənə demişdi: “Hər dəfə ərimlə sizin seriala baxdıqdan sonra sekslə məşğul oluruq”...

Qəribə adətim var, məndən “hər şey yaxşıdır?” soruşanda düşünmədən “yox” cavabı verirəm.

Məncə, insanlara kimliyini açmaq lazım deyil. Belə hamıya maraqlı olur – həm özünə, həm başqalarına.

Mənimlə ilk görüşdə: “Aman tanrım, siz belə cavan imişsiniz?” söyləyən insanları sevirəm.

Romantik komediyada, epik vesterndə çəkilmək istəyirəm. Ümid edirəm, vaxtım olacaq...

Qadınların şotland viskisi sifariş edən kişilərdən xoşu gəlir. Bu, ən təsirli seçimdir. Bu klassikadır və bu seksualdır. Heç bir meyvə şirəsi yoxdur, sadəcə, şüşə və ətir... Viski - sənin sifariş etdiyin viski...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR