• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Bombalar heç vaxt sülhə gətirib çıxarmayacaq” - FOTOLAR

“Bombalar heç vaxt sülhə gətirib çıxarmayacaq” - FOTOLAR

Meksika mənşəli amerikalı gitaraçı Karlos Santana:

Biz son inqilab - mənəvi inqilab arzusundayıq...

Qadın – melodiya, kişi isə ritmdir...

Düşünürəm ki, Dunlop, Nike, Starbucks – bütün bu neft və tütün şikətlərinə, ümumiyyətlə, insanlara deməliyik: siz dünyanı dəyişmək iqtidarındasınız! Siz nəyisə ürəkdən edə bilər, bununla çoxlu sayda insana yaxşılıq edə bilərsiniz. Bax bu, mənəviyyatdır. Bunu etməsəniz, planet üçün əyləc rolunu oynamış olacaqsınız. Tomas Cefersonun dediklərinə inanıram: zülmkarlar Allahın sözünə baxmırlar, odur ki, biz onlara bundan sonra da planetimizi, insanları, okeanları məhv etmələrinə izin verə bilmərik...

Santana ya Smit, meksikalı və ya yəhudi, katolik və ya buddust. Bu tanrını qətiyyən maraqlandırmır...

Atam gözəl insan olub, ancaq əksəriyyət meksikalılar kimi, o da maço olub və intuisiya, mərhəmət və zərifliyin nə olduğunu bilmək üçün uzun yol keçməli olub.

Musiqi kişi və qadın başlanğıcı arasında bir balansdır. Qadın – melodiya, kişi isə ritmdir. Mənim işim onları hər şeyi təbii və normal yerinə yetirəcəkləri çarpayıya göndərməkdir.

Bir neçə il bundan qabaq atam vəfat edəndə düz dörd gün ərzində heç bir musiqiyə qulaq asmadım. Dörd gün mənim üçün böyük rəqəm idi.

İnsanlara baxan mələklər ağlayır, çünki bizim üçün mümkün olan şeylər onlar üçün əlçatmazdır. Mələklər əbədiyyatda yaşayırlar, onlar hər səhər qəzetin yeni sayı il tanış olmağın, mətbəə rəngini barmaqlarının hiss etməsinin, daha sonra masanın altında ayaqqabılarını soyunub barmaqlarını rahatlamağın necə bir hiss olduğunu anlamırlar...

Anadangəlmə azad iradəyə malik şəxs iblis və mələklərdən daha güclüdür. Çünki iblislər qiyam qaldırmaqdan, mələklər isə tabe olmaqdan savayı bir iş bacarmırlar.

Bütün iblislərə qalib gəlmək vacib deyil, ən əsası, onlarla mübarizə aparmaqdır.

Sənin qırışların çox sərt, hirsli, şıltaq, qoca və ya sadəcə, çox gülümsədiyindən xəbər verə bilər.

Xoşbəxt olmaq məqsəd və ya əldə olunmuş uğur deyil. Bu, qərardır.

Bir çox insanlar gələcək və ya keçmişlə yaşadıqlarına görə, bütün ömürləri boyu əsirlikdə qalmalı olurlar. Onlar indiki zamanı inkar edirlər, hərçənd hər şey elə indiki zamanla başlayır...

Həyat gözləməkdir. İnsan nəyisə gözlədiyi ana qədər yaşayır...

Əgər özümün şəxsi televiziya kanalım olsaydı, burada göstərdiyim ilk şey uşağın dünyaya gəlməsi olardı.

Mikrofon, gitara, qələm – bütün bunlardan ilahi işığın olduğunu sübut etmək üçün istifadə edirəm.

Mənəviyyat heç bir qatışığın olmadığı sudur, din isə pepsi-kola, koka-kola, şərab və ya sadəcə, pivədir. Din sənə səhrada yardımçı ola bilməz.

Daim mətbuat və televiziya ilə problem yaşayıram. Xüsusilə, üç nəfərsiz- siyasətçilər, fahişələr və Roma papası olmadan yaşamaq istədiyimi söyləyəndə...

Pivə, yük maşınları və din bu gün hər yerdə eyni sxemlə satılır...

Zorakılığa inanmıram, amma qarşı hərəkətə inanıram.

Bombalar heç vaxt sülhə gətirib çıxarmayacaq.

Bəzən mənə elə gəlir ki, bəşəriyyətin bir olması üçün bizi gəlmələr işğal etməlidir.

Ümid edirəm, daha heç bir Buşumuz olmayacaq.

Yaxşı musiqi beyinə vurulmuş tatuirovka kimi bir şeydir. Onu dinlədikdən sonra daha ondan xilas ola bilməyəcəksən...

Əgər Afrika və Yaponiyada insanların qəlbini fəth etsən, bir də heç vaxt orada adi turist olmayacaqsan.

Ürəyi yalnız ürək anlaya bilər.

Musiqi bıçaqdan daha dərin kəsir.

Qurbana çevrilmək və faciənin mərkəzində olmağı arzulamıram. Mən triumf – mənəvi triumf istəyirəm; gözəl, incə, kübar və mükəmməl... Bilirsiniz, mən Qandi, Dük Ellinqton, Martin Lüter Kinq və Con Koltreyndən çox şey öyrənmişəm. Mənim dindənkənar dinim belə formalaşıb. Din ayrılığa və ayırmaya yönəlib, mənəviyyat isə birlik, əfv və mərhəmət aşılayır.

Ət və kartofum – bunlar mənim niyyətim, məqsədim və şirkətimdir. Telefonum zəng çalır, zəng edən cənab Desmond Tutu və ya cənab Harri Belafontedir. Onlar bu zəngləri ilə mənə yaxşılıq edirlər, bununla, öyünməyim də normal hissdir. Heç vaxt heç bir mükafat almasam belə, qaydasında olardım. Çünki mənim şirkətim ilham və dəstəkdən ibarətdir. Parlaq insanların ətrafında dolaşmağı xoşlayıram. Mandela, Dezmond Tutu, Harri Belafonte – bu insanları satın almaq mümkün deyil və bir dəfə onlar üçün xırda bir şey etsəniz, onlar daim sizinlə olacaq. Müxtəlif insanlardır, amma mən onların yanında mərkəzdə dayanmaq istəyirəm.

Səni rəqs etməyə və ya ağlamağa təhrik edən inanılmaz bir şey eşidəndə molekkuların dəyişir. İnsan üçün molekullarının dəyişməsi fransız öpüşü və ya kiminsə əlindən tutmaqdır. Bədəninlə izah edə bilməyəcəyin nəsə baş verir... Amma mənəvi prinsiplərini necə təcrübəyə keçirəsən? Mümkün deyil axı...

Sonda demək istəyirəm ki, siz tək deyilsiniz. Məncə, qapılar onu açmaq istədiyimiz zaman açıq olur. Biz son inqilab - mənəvi inqilab arzusundayıq. Bu haqda Bitlz, Marvin Haye, Con Lennon və Con Koltreyn deyirdi. Biz hamımız bunu istəyirik və o, baş verə bilər! Mümkündür. Bundan əlavə, sizi niyyətlərinizi, motiv və məqsədlərinizi şəffaflaşdırmağa çağırıram. Bunu etməsəniz, bütün ömrü başqalarını günahlandıracaqsınız.

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR