“Həyat yoldaşımın zorlanması səhnəsinə baxmadım” - VİDEO
Bizi izləyin

Bizim tərcümə

“Həyat yoldaşımın zorlanması səhnəsinə baxmadım” - VİDEO

Fransalı aktyor, Monika Beluççinin keçmiş həyat yoldaşı Vensan Kassel:

“Monikaya ilk baxışdan aşiq oldum”

“Biz parislilər, ümumiyyətlə, nadir hallarda şəhərimizi tərk edirik...”

Bəli, düz bilirsiniz, mən mənfi rolları sevirəm.

On yeddi yaşımda sirk məktəbinə daxil oldum. Amma tanrıya şükür olsun ki, o sahənin daşını atmağa ağlım çatdı. Əks halda, bu gün qarşınızda kloun əyləşərdi – hirsli, təhlükəli və çox güman ki, məyus edilmiş biri...

Dahi aktyorun oğlu olmağım məni heç vaxt qorxutmayıb. (Jan-Pyer Kassel – məşhur teatr və kino aktyoru – red.)

Əksinə, bu, çox yardım edir. Atam sağ olanda mübahisə edəcəyim kimsə vardı...

Xeyr, mən küçə uşağı deyiləm, qətiyyən. Yaxşı rayonda böyümüşəm, yaxşı məktəbə getmişəm. Amma mən hip-hopu dinləyərək böyümüşəm, hətta qardaşım da bununla məşğuldur.

Lakin düzünü desək, onun “Wu-Tang”ın səviyyəsinə çatmağına hələ çox var.

Şəxsi həyatım barədə danışmağı sevmirəm, amma bəzən edirəm. Edəndən sonra da düşünürəm: lənətə gələsən, bu mənə lazım idi?...

İstədiyin, arzusunda olduğun kinonu çəkməyə, ora dünyanın ən istedadlı kino ulduzlarını dəvət etməyə pulun varsa, xoşbəxtlik elə budur.

Başqalarında öz şəxsiyyətinə qarşı ehtiras hissi oyatmalısan. Bunu instinktiv etdiyin müddətdə, hər şey qaydasında olacaq, ancaq hər addımını saymağa başladığın andan etibarən ikinci Depardye olacaqsan.

Amerikalılar mənə öz filmlərində yalnız əclaf rolu verirlər. Lakin mən də onlardan qisasımı alıram: onlardan fərqli olaraq, daha möhtəşəm əclaf obrazı yaradıram.

İlk dəfə məni ingilis mətbuatında “Fransada Hyu Qrantı dublyaj edən fransız” kimi təqdim etmişdilər. Bu, mənim üçün əsl zərbə idi.

Mənim evim Parisdir. Bütün yaxşı və pis cəhətlərinə rəğmən, yüz faizli parisliyəm. Nə vaxtsa buranı uzun müddətə tərk edəcəyimə inanmıram. Biz parislilər, ümumiyyətlə, nadir hallarda şəhərimizi tərk edirik.

Monika ilə ilk görüşümüz “Mənzillər” filminin çəkilişləri zamanı baş tutdu. Ona ilk baxışdan aşiq oldum. Bir neçə filmdə birgə çəkildik. Bir dəfə Serj Genzbur demişdi: “ Kino çox hissiyyatlı biznesdir, odur ki, burada həyat yoldaşını nəzarətsiz buraxmaq olmaz. Deyəsən, bu fikrə lazım olandan da artıq əhəmiyyət verdim. “Dönməzlik” bizim Monika ilə birgə çəkildiyimiz ən yaxşı filmdir. Monika olmasaydı, belə olmazdı. Qaspar Noe (Filmin rejissoru – red.) səhər saat beşdə mənə yaxınlaşıb “kamera qarşısında Monika ilə həqiqi sekslə məşğul ola bilərəmmi?” – soruşdu. Əlbəttə ki, “yox” cavabı verdim. Sonra Monikaya zəng edib rejissorla baş tutmuş söhbətimiz barədə danışdım. Monika isə: “Gəl, onu nahara dəvət edək. Qoy bizə daha ətraflı danışsın” – dedi.

“Dönməzlik” keçiddə hansısa əclafın Monikani zorlaması ilə başlayır. Bu, şok idi. Filmə baxan hər kəs bu səhnədə yaşadığım dəhşət barədə mülahizələr söyləyirdi. Həqiqət isə çox bəsitdir. Monika həmin aktyoru döyə biləcəyimdən qorxub, məndən getməyimi xahiş etdi. Odur ki, Fransanın cənubuna istirahətə yollandım. Bəziləri isə bu səhnəyə - həyat yoldaşımın zorlandığına necə dözdüyüm barədə məni sorğu-sual etdi. Amma onlar heç nə anlamır. Kamera qarşısında, sadəcə, işindən həzz alan iki aktyor oynayır.

Çox güman ki, ən sevdiyim film “Geniş bağlanmış gözlər” filmidir (Stenli Kubrikin son filmi – red.). İlk dəfə ona tək baxdım. Titrlar gedən kimi Monikaya zəng edib dedim: “Qulaq as, bu filmə bir yerdə baxmalıyıq”. Sonluq yadınızdadır , hə? Filmin sonunda Nikol Kidman söyləyir: “Vəssalam, bizə evə getmək və sevgi ilə məşğul olmaq qalır”. Məncə, bu ən cəsarətli kəlmədir.

Təsəvvür edirsiniz, bu ki Kubrikin son sözləridir, onun bu dünyadakı son sözləri... Oğlan da deyir: “Gəl, sekslə məşğul olaq”. Mən də belə düşünürəm: “məgər dünyaya kiməsə həyat vermək üçün gəlməmişik?

Kinonu elə çəkmək lazımdır ki, ondan sonra axşamı Makdonaldsda keçirməyi arzulamayasan...

Fahişəxana və xəstəxanalarda çəkilməyi sevirəm.

Kinoda çox vaxt həqiqət əks olunur: fahişələri, adətən, fahişələr oynayır, ümumxana sahibələrini ümumxana sahibələri oynayır, bütün homoseksualları da həmişə homoseksuallar oynayır. Amma narkotik əvəzinə nədənsə yalnız laktoza tökməyi bacarırlar.

Hər növbəti səhnədə yeni qız və ya yeni maşının müşayiəti ilə qatıldığım ssenariləri sevirəm.

Heç vaxt Cennifer Anistonla məhəbbətlə məşğul olmaq istəməzdim...

Ömrümün son beş dəqiqəsini nəyə sərf edərdim? Bir çoxları paraşütdən hoppanacaqlarını deyir. Amma mən paraşütdən hoppanmışam və bir çox başqa dəliliklər də etmişəm. Bu gün cavab verirəm ki, həyat yoldaşımla sevgi ilə məşğul olmağı arzulayardım.

Aktyorların reklamlara çəkilib hansısa mənasız şeyi almaq təkliflərindən zəhləm gedir. Hərçənd mən aktyoram və mənim işim pula görə çəkilməkdir. Təkcə hansısa ətriyyatı reklam etmək üçün lüt çəkilmərəm.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm