“Əgər bu yoxdursa, evlilik dağılacaq...” FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Əgər bu yoxdursa, evlilik dağılacaq...” FOTOLAR

Məşhur rusiyalı aktyor, rejissor və ssenarist Vladimir Menşov:

Mən, ümumiyyətlə, xaraktercə tənbəl insanam. Əgər məni hansısa işi görməyə tələsdirməsələr, mən, sadəcə, bütün günü evdə oturub kitab oxuyacam. Ancaq qazanc məni hərəkət etməyə məcbur edir.

İlk ssenarimi Leninin yüz illiyində onun kitabı əsasında “Sübut etmək lazımdır” filmi üçün yazmışdım. Nəticədə, kifayət qədər qorxulu bir şey alınmışdı. Güzəştin harada bitdiyi və xəyanətin haradan başlaması barədə bir triller idi bu. Kitabda da elə bu haqdadır.
O kitabda bir misal var. 1918-ci ildə Lenin sürücüsü ilə Sokolnikiyə Yeni ili qarşılamağa gedir. Yolda onları quldur dəstəsi saxlayır. Onlar Lenini tanımırlar və maşını ələ keçirirlər. Beləliklə, Lenin bu an soruşur: burada kompromis və xəyanət haradadır? Hansı daha düzgündür – maşını və silahı vermək yoxsa vuruşmaq və həlak olmaq? İndi bunu xatırlamaq çox gülməlidir...

Tarixi idarə edən qüvvələr beynimizin təklif etdiyi gücdən daha ucadır. Tarix prezidentin seçildiyin dörd il ərzində həll olunmur.

Partiya tarixini hamı kimi, mən də, öyrənirdim. Ancaq mən onu belə öyrənirdim: Partiya tarixində dünya tarixini tapmaq olar. Belə deyək, Moskva bədii teatrında dünya modelini də görmək olar. Bütün dünya eyni ssenari ilə inkişaf edir.

İlk sovet nefti xaricə 1960-cı illərin sonundan və ya 1970-ci ilin əvvəlindən çıxmağa başladı. Birdən gördük ki, fantastik dərəcədə varlanmışıq. Ancaq biz neftsiz və qazsız yaşayırdıq, lakin bununla rəğmən, dünyanın güclərindən birinə çevrilmişdik.

Bu gün gündəlik avtomobil qəzalarında həlak olan insanların sayı on illik Əfqanıstan müharibəsi dövründə həlak olan insanların sayından daha çoxdur.

Müxtəlif cür sürülər mövcuddur, ancaq onların hamısı yenə də sürü olaraq qalır.

Əvvəllər yeməklər dadlı idi, bu dəqiqdir. Mənim orqanizmim çox həssasdır. Mən bazardan qidalanmağa məcburam. Bazar günləri gedirəm bazara.

“Moskva göz yaşlarına inanmır” məni raket sürəti ilə qaldırdı. Ancaq məni başgicəllənmədən bir şey xilas idi - mən məşhurlaşdığım zaman artıq kifayət qədər yaşlı idim. Gənc yaşın şöhrəti çox təhlükəlidir: o başı gicəlləndirir və bütün növbəti illəri puç edir.

Uzun müddət mən sadəlövh kəndli olmuşam. Özgə istedadlarla ilhamlanmağıma çoxlu güc sərf etdim.

Mən gənclərə çoxlu komplimentlər edirəm.

Əgər film uğursuz alınıbsa, rejissoru Yerə qaytarmaq çox çətin məsələdir. Siz cəhd edib Mixalkova deyə bilərsiniz ki, filan filmi uğurlu alınmayıb? Bu zaman o, uğursuzluğu min səbəblə bağlayacaq, min bəhanə gətirəcək. Ancaq o əmindir ki, əla film çəkib. Xəstə uşağın olduğu ailə ilə qarşılaşmısınız? İndi görüm, cəhd edib, onlara söyləyə bilərsinizmi ki, uşaqları xəstədir?

Bir-biri üçün maraqlı olmaq nikahın əsas şərtlərindən biridir. Əgər bu yoxdursa, evlilik dağılacaq...

Mən həmişə “Səkkiz yarım” filmi ilə yaşayıram. Yaşayıram, xatırlayıram. Bir də bir sovet filmi var – “Doğma qan”, bu filmi də çox sevirəm və hər dəfə eyni yerində hönkür-hönkür ağlayıram.

Xeyr, mən kompüterdən istifadə etmirəm. Bu işlə on beş yaşın olandan başlamalısan, o zaman bu həyat sənin olur. Mən bunsuz da keçinərəm.

Yaxşı remeykə hələ ki, rast gəlməmişəm. Düşünürəm ki, gec-tez “Moskva göz yaşlarına inanmır” ı da yenidən çəkməyə cəhd göstərəcəklər.

Həyatda tez-tez kiminləsə dalaşmaq məcburiyyətində qalmışam. Təxminən beş dəfə. Münasibətləri sakitcə aydınlaşdırmaq yardım etməyib...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm