“Quyruğumuzu tapdalasanız, şəhərinizi bombalayacağıq” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Quyruğumuzu tapdalasanız, şəhərinizi bombalayacağıq” - FOTOLAR

Ölümə məhkum olmağımızda bir məqsəd var...

Sözlər və ideyalar dünyanı dəyişmək iqtidarında deyil.

- Avtoqraf verə bilərsiniz?

- Olar, amma əvvəlcə avtomatınızı aşağı salın...

Uşaqlarım dünyaya gələndən sonra içməyin daşını atdım...

Amerikalı aktyor və prodüser Robin Uilyams:

Əllidən çox yaşım var, buna baxmayaraq, özümü əla hiss edirəm. Bütün qara ləkələr ruhumu otuz yaşımda ikən tərk edib. İndi isə hər şey gözəldir.

Hər birimizə yalnız kiçik dəlisovluq qığılcımı verilir. Çalışın, onu söndürməyin.

Narkotiklər yardım edir. Amma səhnəyə çıxmamışdan öncə ondan heç vaxt istifadə etməmişəm, yalnız ondan sonra. Enerjini lazımı səviyyədə saxlamaq üçün vodka və kokainin qarışığından istifadə edirəm.

Lenni Brüsün stilindən xoşum gəlir. Onun Kennedi haqda fikirləri maraqlıdır. O iddia edirdi ki, Jaklin Kennedi yoldaşının qətli zamanı heç kimi yardıma çağırmayıb və yalnız öz canını qurtarmağa çalışıb. O, bunları qətlin sabahısı günü danışıb. Siz axı bilirsiniz, komediya – faciə, üstəgəl müəyyən zaman deməkdir. Kiçik distansiya həmişə lazımdır.

Cim Kerrini çox xoşlayıram. Maykl Cekson haqda nə deyə bilərəm? Dostum, sən əvvəl irqini müəyyənləşdir. Əvvəl zənci oldun, sonra Dayana Ross, sonda isə Odri Hepbernə çevrildin. Bir dəfə səndə saqqalabənzər bir şey də görmüşdüm!

San-Fransiskoda yaşayıram. Burada yaşamaq nüvə müharibəsi zamanı İsveçrədə yaşamaq kimi bir şeydir.

Biz amerikalılar sadə uşaqlarıq. Amma quyruğumuzu tapdalasanız, şəhərinizi bombalayacağıq.

Prezidentimiz ingiliscə elə də yaxşı danışmır. O deyir: “Biz, sadəcə, dünyanı diktatorlardan xilas etmək məcburiyyətindəyik”. Axı o özü onlardan biridir...

İnanın mənə, satira yaşayır və o, günü-gündən Ağ Evdə çiçəklənir...

Gələcəyə gülmək çox asandır.

“Siyasət” sözü latın dilindən əmələ gəlib. “Poli” – “çoxluq”, “tika” isə “qaniçən əclaflar” mənasını verir.

Heç vaxt gözəl olmayan insanlarla dalaşmayın. Onların itirəcəkləri heç nələri yoxdur...

İnsanların sizə nə söyləmələrindən asılı olmayaraq, sözlər və ideyalar dünyanı dəyişmək iqtidarında deyil.

Ağzın yerfındığı yağı ilə dolu olanda insanları cihada çağırmaq çox çətin məsələdir.

Bir neçə il bundan qabaq İraqa getmişdim. (Uilyam bir neçə dəfə Əfqanıstan və İraqda olub, əsgərlər qarşısında çıxış edib – red.) Hamı dəbilqə və mundirdə idi. Bir qrup avstraliyalılardan savayı hamı. Onlar benzindaşıyan maşının yanında yarıçılpaq oturub siqaret çəkirdilər. Çaşıb qaldım. Onlar isə: “Bu sudur, dostum. Hə, Robin, davam et!”

İraqı işğal edən Qərb koalisiyası dağılmayana qədər orada dünyanın hər tərəfindən əsgərlər vardı. Orada avstraliyalılar, ingilislər, siqaret çəkən həmin o uşaqlar da vardı. Sonra getdikcə azaldılar. Bir dəfə qarşıma Estoniyadan olan oğlan da çıxmışdı, ondan: “Aman tanrın, sən burada neyləyirsən?” – soruşdum.

İraqda insanlar mənə yaxınlaşaraq avtoqraf istəyirdilər: “Avtoqraf verə bilərsiniz?”. Mən isə: “Olar, amma əvvəlcə avtomatınızı aşağı salın”.

Kokainin vasitəsilə Tanrı sizə həddindən çox pul qazanmağınızı söyləmək istəyir.

Düşünürsünüz ki, Allah heç siqaret çəkməyib? Ördəkburuna baxın.

Reallıq narkotikdən xilas olmağı bacarmayanlar üçün bir dayaqdır.

Əgər altmışıncı illəri xatırlayırsınızsa, deməli, yaşamamısınız.

Hətta Kubrik maşınların pis şey olduğunu söyləyirdi.

Uşaqlarım dünyaya gələndən sonra içməyin daşını atdım, çünki həmişə ayıq olmaq istəyirdim. Uşaqlarımın etdiyi və söylədiyi heç bir sözü buraxmaq istəmirdim. Bu mənim üçün çox vacibdir.

Atam təqaüdə çıxanda, nəhayət, mənim hansısa uğura nail olacağımı hiss etdi və dedi: “Mənə bir şey olsa, ananın qayğısına qal”. Bu böyük an idi, əslində, o demək istəyirdi: “Bax indi sənin növbəndir”.

Deməliyəm ki, Fillipin qadınları çox ehtiraslıdır. Lənətə gələsən!

Məncə, ruslar Bruk Şildzi ona görə çox sevirlər ki, Brukun qaşları onlara Brejnev illərini xatırladır.

Kişilər baletdə o qədər dar triko geyinirlər ki, onların hansı dinə qulluq etdiklərini asanlıqla müəyyən etmək olar.

Bütün rejissorlar komediya aktyorları ilə işləməyin daha rahat olduğunu söyləyirlər. Bu zaman onlar istənilən səhnəni sınaqdan keçirməkdən çəkinmirlər. Axı onlar insanların üzündə gülüş yaratmaq üçün hər şeyə hazırdılar.

Rejissor olmaq istəmirəm. Piter Uir (avstraliyalı rejissor – red.) bir dəfə əla bir zarafat etmişdi: “Film çəkən insanlar və “mən çəkməyi bacarıram” söyləyən su kəməri işçiləri var”. Çox güman ki, bir çox aktyorlar yaxşı kino çəkə bilər, amma mən onların arasında yoxam.

Heç vaxt heç nədən qorxmayın. Heç olmasa, izn verin qorxu ilhamınıza çevrilsin.

Ölümə məhkum olmağımızda bir məqsəd var...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm