“Hərbi yürüşlər zamanı beynimdə ancaq qızlar idi” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Hərbi yürüşlər zamanı beynimdə ancaq qızlar idi” - FOTOLAR

Amerikalı kinorejissor və ssenarist Robert Oltmen:

Və sən başa düşürsən ki, bütün bu publika, bütün bu rəssamlar ancaq özlərini bəyənir...

Qapı cırıldayırsa, hərə o qapını bir cür təsəvvür edir...

Heç vaxt dəqiq nə istədiyimi bilməmişəm.

Sözlərlə fikri anlamağa çalışmaq olmaz. İnsanlar nadir hallarda düşündüklərini dilə gətirir. Biz sözlərdən kimisə aldatmaq və ya öz tərəfimizə çəkmək üçün, üstəgəl necə yaxşı insan olduğumuzu sübut etmək üçün istifadə edirik. Bütün bunlar yalandır.

Məhəbbət və müdrikliyin ümumi heç bir cəhətləri yoxdur. Müdriklik sağ qalmaq üçün lazımdır. Barmağını rozetkaya soxmursansa, demək, müdriksən. Məhəbbət isə... burada barmağını hara gəldi soxa bilərsən...

Balıq tutmağı sevirəm. Tilovu suya atırsan, sonrasından isə xəbərin olmur. Sənin fikrin haradasa aşağıda olur.

Düşə biləcəyin ən böyük tələ özünü yamsılamağa başlamağındır.

Özünəəminsizliyin necə bir hiss olduğunu bilmirəm.

Həmişə radio tamaşaları sevmişəm. Bütün dinləyicilər səhnəni beyinlərində qura bilirlər. Qapı cırıldayırsa, hərə o qapını bir cür təsəvvür edir.

Bir dəfə Santa-Feyə getməyə hazırlaşırdım, onda mənə dedilər: “Bilirsən, ora əladır. Əsl rəssamlar koloniyasıdır”. Yadımdadır, cavab verdim: “Onların koloniya halında yaşadıqlarından xəbərsiz idim”. Əlbəttə, yaşamırlar. Rəssamların sevmədikləri ilk şey, bəlkə də, elə budur...

Əgər bir insan sizdən məsləhət istəyirsə, əslində, sizdən kömək istəyir.

Övladlarıma verdiyim məsləhəti sizə də verirəm: heç vaxt başqalarının məsləhətinə baxmayın.

Hər şeydən agah olmaq qeyri-mümkündür. Buna, sadəcə, vaxt çatmaz.

Pul məsələləri üzrə mütəxəssis deyiləm. Əlbəttə ki, onları yığıb saxlamıram da. Ola bilsin, gələcəkdə buna görə peşman olacam – amma mənə elə gəlir, yox, olmayacağam.

Hərbi məktəbə qarşı heç bir pretenziyam yox idi, hətta xoşum da gəlirdi. Hərbi məktəbi maraqlı macəra kimi qəbul edirdim.

Mən pilot idim. В-24-lə Sakit okeanın üzərindən uçurdum. Qırx altıya yaxın hərbi yürüşdə iştirak etmişəm. Bizə tez-tez atəş açırdılar, bu dəhşətli bir şey idi. Amma adam cavan olanda hər şeyi başqa cür qəbul edir. Mənim isə on doqquz – iyirmi yaşım vardı, bu yaşda oğlanın beynində ancaq qızlar dolaşır.

Caz ölməyib, çünki onun nə əvvəli, nə başlanğıcı yoxdur. O, anidir.

Elə də gözəl qolf oynamırdım, tədricən bu ehtirasa çevrildi. Amma mən elə də yaxşı oynamırdım axı! Çünki işim vardı və daha hər gün bununla məşğul ola bilmirdim – ancaq bazar günləri. Sonda fikirləşdim: “Oyundan heç bir zövq almıram! Bu əzabdan başqa bir şey deyil, təhqirdir! Odur ki, bu işin qulpunu buraxdım.

Vernisajları sevirəm. Hamı əlində inək sidiyinə bənzər ağ şərablı qədəh tutur, rəsm əsərlərinə baxmağa isə ümumiyyətlə, dəymir. Və sən başa düşürsən ki, bütün bu publika, bütün bu rəssamlar ancaq özlərini bəyənir, onlar başqalarının yaratdıqlarına gözlərinin ucu ilə də baxmırlar.

Sem Pekinpanı az-maz tanıyırdım. (Amerikalı kinorejissor və ssenarist – red.) Uzun müddət eyni redaktorla çalışmışdıq. Bir-birimizi qısqanırdıq. Biz uğur qazanan hər kəsə paxıllıq edirdik. Mən həmişə açıq-aşkar Avropa və Asiya rejissorları ilə qürur duyduğumu dilə gətirmişəm. Ola bilsin, ona görə ki, onlar mənim üçün maneə olmayıblar...

Həmişə son sözü özüm deməyə çalışıram.

Rusiyalı teatr və kino rejissoru Vladimir Mirzoyev:

Dənizi sevirəm, dəniz ruhlandırır...

Yuxudan tez qalxmağı uşaqlıqdan sevməmişəm.

Mən uşaq olanda kinonu axşam saat onun yarısında verirdilər. Düz saat onda isə yatmalı idim. Filmə yarım saat baxdıqdan sonra çarpayıda uzanırdım – amma yatmırdım, dialoqları dinləyir və filmin ardını beynimdə canlandırırdım. Görünür, bu səbəbdən, rejissor oldum.

Mənim ilk ixtisasım oliqofrenopedaqoqika idi. Defektologiya fakültəsində oxuyurdum və əqli cəhətdən geri qalan uşaqlarla işləməli idim. Bu sahədə təcrübə keçməsəm də, deyəsən, bu biliklərim insan barədə geniş bilgi almağıma yardımçı oldu.

Dənizi sevirəm, dəniz ruhlandırır.

1989-cu ildə Kanadaya mühacirət etdim, amma dərhal da geri döndüm. 1991-ci ildə SSRİ Rusiyaya çevrildi və mən ölkədə nələrin baş verdiyini öyrənməklə yanaşı, burada iştirak etmək istədim.

Mənə elə gəlir ki, bizim nəsil indi ölkədə baş verənlərə görə məsuliyyət daşıyır. Sadəcə, bunu dərk etmirik.

Mühacirət adrenalin mənbəyidir. Xaricdə beş-altı il yaşamaq xeyirlidir, bu insana vətənində baş verənləri daha ayıq başla müşahidə etməyə yardımçı olur.

Kanadada olarkən ən çox Moskva üçün darıxırdım. Tez-tez yuxuma girirdi Moskva. Tarixin yeganə dərsi onun bizə heç nə öyrətməməsidir.

Mən Puşkin və Mandelştamın səksən yaşına qədər yaşadığı, Brodski və Nabokovun Amerikaya yollanmadıqları Moskvada yaşamaq istərdim.

Aktyorla dostluq etmək çətindir, çünki aktyorluq peşəsinin özü dəyişkənlik deməkdir. Bu gün insanın bir prioritetləri, sabah bir başqası var. Bu gün siz yaxınsınız, sabah bir-birinizə təəccüblə süzürsünüz...

Kişinin də yumşaq olması vacibdir.

Ailə ikinci bədənimdir.

Anam bütün premyeralarıma qatılır və hər şeyi bəyəndiyini söyləyir.

Əks təsiri olmayan dərman mövcud deyil.

Rejissorlar çox nadir hallarda təqaüdə çıxırlar.

Roma sevdiyim şəhərdir. O, dənizə bənzəyir: küçəyə çıxanda özünü yaxşı hiss etməyə başlayırsan...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm