“Həyat yoldaşınız düşünür ki, mən seksualam?” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Həyat yoldaşınız düşünür ki, mən seksualam?” - FOTOLAR

“Hətta ən dözümlü insan belə bəzən hisslərinə təslim olmalıdır”

“Kişi olun və həmişə qarşınıza çıxan məsələni həll edin”

Bir neçə il bundan qabaq, daha dəqiq desək, 2006-cı ildə dünyanın ən yaxşı arbitrlərindən biri sayılan Pyer Luici Kollina karyerasına son qoydu. Bundan sonra bir çox qəzet manşetlərində məşhur referinin “Latsio” futbol klubunun azarkeşi olması barədə yazılar dərc olunmağa başladı.

Əlbəttə ki, futbolla maraqlanmayan italiyalı tapmaq çətin məsələdir. Amma Kollina ilə bağlı bu xəbər onun obyektivliyinə şübhə yaratdı. Keçmiş futbol hakimi bütün bu şayiə və şübhələrə “The Times”-da aydınlıq gətirdi:

“Mən bu mövzuya aydınlıq gətirməliyəm. Əgər siz birindən uşaqlıqda hansı yığmaya azarkeşlik etdiyini soruşsanız, cavabında konkret yığma adı söyləyəcək, sözsüz, həmsöhbətiniz səmimidirsə. On yaşımda gələcək taleyimdən agah ola bilməzdim. Hansı yığmaya azarkeşlik edirdim sualına nə cavab verməliyəm? Deyim ki, heç kimə azarkeşlik etməmişəm? İnsanların cavabıma reaksiyaları necə olacaq? Səfeh olduğumu və ya Marsdan gəldiyimi zənn edəcəklər. Bu səbəbdən, uşaqlıqda Latsioya azarkeşlik etdiyimi söylədim. Vurğulayıram – uşaqlıqda. Amma jurnalistlər bu detala laqeyd yanaşdılar və sadəcə, Latsioya azarkeşlik etdiyimi yazdılar”.

Arbitr olmaq şübhə mərkəzində olmaq deməkdir, xüsusən, italiyalısansa. On yeddi yaşında Kollina futbol hakimliyi kurslarına baş çəkməyi qərara alır. Qərəzsizlik və dürüstlük onu dünyanın ən yaxşı futbol hakimlərindən birinə çevirir.

Karyerasına son qoysa da, Pyerluici Kollina bu gün də gündəmdədir. Sorğuya əsasən, o, İtaliyanın ən seksual kişisi seçilib.

Beləliklə, sizə məşhur İtaliyalının fikirlərini təqdim edirik:

Hər matç – finaldır. Ən vacib matçıma necə hazırlaşıramsa, digərlərinə də elə hazırlaşıram. Xüsusi matçlar olmur. Hansı yığma oyunu asan hesab edirsə, bədbəxtlər, uduzacaqlar!

Hazırlıq – mənəvi hazırlıq deməkdir. 2002-ci ildə Almaniya ilə Braziliya arasında keçiriləcək oyunu idarə etmək üçün digər hakim kolleqalarımla iki gün oteldə istirahət etdik. Almaniya və Braziliyanın əvvəlki oyunlarını izləyirdik. Yanımızdakı yazı taxtasına yığmanın özəlliklərini qeyd edirdik. Bu onlarla necə danışmaq lazım olduğumuza yardımçı olacaqdı. Çox ciddi hazırlıq idi, çünki dünya çempionatı nəinki oyunçu üçün, həmçinin, hakim üçün də zirvə deməkdir.

Düzgün yemək seçin. Dəqiq nə yemək lazım olduğu matçın başlanma vaxtından asılıdır. İtaliyada oyunlar günorta saat üçdə başlayır, ona görə mən saat 11.15-də yeyirəm. Adətən, tomat souslu makaron və şəkər əvəzinə cemli piroq. Əgər matç axşamdırsa, 12.30-da yeyirəm - əlbəttə ki, makaron – həmişə...

Öz hərəkətlərini ürəyində ölçüb-biçmək daha yaxşıdır. Mənim üçün nəyi düzgün, nəyi yanlış etməyimi bilmək çox vacibdir.

Bəli, hakimlər də səhv edir. Matça yaxşı hazırlaşmısınızsa, amma yenə də hər hansısa səhv baş veribsə, bu, normaldır. Hazırlığınız sizə növbəti matçda yardım edəcək.

Təzyiq – sizin dostunuzdur. Hakim işlədiyim vaxtlar çətin anda təzyiq altında verilən qərarın necə vacib olduğunu anladım. Anında qərar verir və irəliyə getməyi öyrənirsiniz.

Qaydaların məğzi vacib deyil. Mən mövcud qaydalardan heç birini dəyişmək istəməzdim. Onları dəyişmək məcburiyyətində qalmadığıma görə, çox şadam.

Oyuna nəzarət etmək və eyni anda ondan həzz almaq mümkün deyil. Oyunu fraqmentlərlə görürsən. Bəzən qolu kimin vurduğunu görməyi belə, çatdırmıram, çünki həmin vaxt başqa yerdə hansısa xırda məqamı izləyirəm.

Beynəlxalq hakimlərin xarici dildə çoxlu sayda söyüş öyrənmələrini düşünmək xoşdur, amma bu düzgün deyil. Mən elə də çox dil bilmirəm, ona görə, matç ərzində oyunçuların haqqımda nə danışdıqlarını başa düşmürəm. Hakimin xarici dilləri bilməsi vacib amil deyil - əsas odur, səni düzgün anlasınlar, dialoq qurmağı bacarmaq önəmli deyil. Bəzən adi jestlər hər şeyi həll edir...

Mən kofe içmirəm. Ola bilsin, bütün İtaliyada yeganə belə insanam.

Hakimi düşmənin hesab etmək lazım deyil. Bəzən iki uşaq yığması bir-biri ilə oynayır, valideynlər isə hakimə qışqırır. Şəxsən mən bu münasibəti başa düşmürəm. Axı onlar uşaqlara çox şey öyrədir – qaydalar çərçivəsində nəticəyə nail olmağı, yığmada necə oynamağı və s...

Ən yaxşı hakim oyun vaxtı gözə çarpmayan hakim deyil, ən yaxşı hakim ən çətin məqamda düzgün qərar verməyi bacarandır. Əgər hakim oyun ərzində üç penalti verirsə, siz onu görürsünüz. Amma o yenə də yaxşı hakim sayılır. Qərar qəbul etməkdən yayınmaq, onu qəbul etməkdən daha asandır. Lakin siz həll etməyi bacarmalısınız və bundan qorxmamalısınız.

Hətta ən dözümlü insan belə bəzən hisslərinə təslim olmalıdır. ( 2002-ci Kollina dövlət kanalında yayılmanan “Futbol Oskarları” veriliş zamanı aparıcılardan biri onun keçəl başına sataşır. Referi elə həmin an mükafatını sındırıb qəzəb içində studiyanı tərk edir. –red.)

Saçlarim keçirdiyim xəstəlik ucbatından töküldü. Amma bir çox uşaqlar da bu xəstəlikdən əziyyət çəkir. Çox güman ki, o uşaqların valideynləri məni misal kimi göstərirdilər: alopesiya elə də dəhşətli xəstəlik deyil. O vaxt eşitdiyim məni incitməyə bilərdi, amma uşaqlar başqa məsələdir. Çox incidim. İnsanları belə təhqir etmək olmaz.

Xarici görünüş elə də çox şeyi həll etmir. Mən iyirmi dörd yaşımda xəstələndim. Ancaq mənim bəxtim gətirdi, çünki həmin yaşda şəxsiyyət artıq formalaşmış olur. Dəhşətli xarici görünüşümün olduğu barədə eşitmişəm, amma meydanda bu mənə təsir etmir. Sizin həyat yoldaşınız düşünür ki, mən seksualam? Onda ona yazığım gəlir. Onun korreksiyaya, daha doğrusu, eynəyə ehtiyacı var.

Gənc hakimlərə üç məsləhət verə bilərəm: Hazırlığa güc sərf etməyə çəkinməyin. Kişi olun və həmişə qarşınıza çıxan məsələni həll edin.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm