Həyatında minə yaxın qadın olan məşhurun sirləri... – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Həyatında minə yaxın qadın olan məşhurun sirləri... – FOTOLAR

“İrlandiyalılar xanımdan pul almır!”...

Yer üzündəki milyonlarla kişi onun uğuruna paxıllıq edir. Kolleqaları isə hörmət edir: “Kluni? O, əsl kişidir!”

Hər özünə hörmət edən supermenin isə öz qaydaları var... Bu da Corc Klunin qaydaları:

  1. Heç vaxt təslim olmamaq...

Corc Kluninin həyat tarixçəsi məşhur Amerika mifinin həqiqət olduğunu bir daha sübut edir: “Azad Amerikada sən hər şey edə bilərsən, bir arzun yetər...”

Ancaq Corc hazırın naziri olmayıb. Uşaqlıqda Bell iflici adlı ağır xəstəlik keçirib.

Çox-çox illər sonra Kluni xatırlayırdı:

“Biz o vaxt başqa şəhərə yenicə köçmüşdük. Bir neçə aydan sonra xəstələndim. Məktəb illərində fiziki çatışmazlığın olması dözülməzdir, həmyaşıdların sənə gülür. Sinif yoldaşlarım mənə “Frankenşteyn” ləqəbini vermişdilər. Amma mən təslim olmamağa çalışırdım, daim zarafat etməyin gərək olduğunu tez öyrəndim. Bu, qarşındakı insanı silahsızlaşdırmağın ən yaxşı yoludur. Odur ki, iflic olmuş üzümə özüm də gülməyə başladım. Bu dəfə artıq yoldaşlarım daha az gülməyə başladılar...”

Xəstəlik Corcu möhkəm insana çevirdi və ən əsası, o, özünəəminlik hissini itirmədi. Sağaldıqdan sonra o artıq bir şeyi bilirdi: Bütün həyatı boyu qulpundan yapışdığı istənilən işin öhdəsindən gələcək...

  1. İnadkar olmaq...

Ondan başlayaq ki, Corc aktyor olmağı düşünmürdü. İlk dəfə beş yaşında ikən atasının apardığı tok-şouda iştirak etdikdən sonra o, jurnalist olacağını qətiləşdirmişdi. Böyüdükcə Corcun jurnalistikadakı uğurlarını atası ilə bağlamağa başladılar, bu isə gələcək aktyorun ürəyincə olmadı. Daha sonra o, keşiş olmaq fikrinə düşdü, ancaq bu yolda alkoqol və qadınların mövcudluğu qadağan olunduğundan Corc bu fikirdən də daşındı.

Əmisi oğlu Migel ona maraq xatirinə öz filmində çəkilməyi təklif edir. Corc razılaşır, düzdür, film ekranlara çıxmasa da, çəkiliş meydançası, buranın ab-havası Klunini ovsunlayır. Bundan sonra o artıq bir şeyi arzulayırdı: Kinoda çəkilmək...

1982-ci ildə Corc xalası Rozmarinin yaşadığı Los-Ancelesə köçür. Rozmari məşhur müğənni idi və Robert Kennedi ilə dostluq edirdi. Bir çox sınaq çəkilişlərinə qatılan Corca “yox” cavabı gəlirdi, tezliklə Kluni xalasının evindən də köçür. Dostlarının evində gecələyən gələcək aktyor gündə bir dəfə yemək yeyirdi, lakin təslim də olmurdu.

Onun inadkarlığı, nəhayət, bəhrəsini verdi: 1994-cü ildə onu “Təcili yardım” serialındakı həkim Daq Ross roluna təsdiqlədilər.

Öz xəstəsinə görə hər şeyini qurban verməyə hazır olan obraz bütün Amerikanı silkələdi. Bu uğur idi. Lakin zaman keçdikcə Kluni rejissorlardan eynitipli rol təklifi almağa başlayır, bu isə onu qıcıqlandırırdı. Amma Kluni səbr etməyi bacarırdı... Günlərin bir günü Tarantino Corca zəng edir və onu “Qürubdan şəfəqə” filminə dəvət edir. Bu film Klunini super ulduza çevirir və hər kəs onun çox şaxəli aktyor olduğuna əmin olur. Onun istəyi də elə bu idi...

  1. İşindən həzz almaq...

Corc Kluni artıq çoxdandır ki, çəkilmək istədiyi filmləri özü seçir. Xoşuna gəldiyi rollara görə, aktyor istənilən qurbanı verməyə hazırdır. “Siriana” filmindəki Mərkəzi Kəşfiyyat İdarəsinin cəsusu roluna görə, o, başını keçəl qırxmağa, saqqal uzatmağa razılıq vermişdi, bununla yanaşı, hər gün pizza, hamburger yeməyə və hətta obrazına tam uyğun olmaq üçün seks həyatına müvəqqəti ara verməyə belə razı olub...

  1. Şəxsi həyatı gizli saxlamaq...

Corc Kluninin şəxsi həyatı haqda əfsanələr gəzir. Deyilənə görə, aktyorun həyatında 1000-ə yaxın qadın olub və bu hələ son deyil... Kluni isə bu mövzudan qaçmağa can atır: “Şəxsi həyatı üzə çıxaranda, o daha şəxsi həyat olmur”. Onun bir dəfə evli olduğu məlumdur. Həyat yoldaşı aktrisa Taliya Belsam ilə üç il birgə həyatdan sonra, 1992-ci ildə boşanıb.

“Düşünürəm ki, bir daha evlənməyəcəm. Bu nikah mənə baha başa gəldi. Həm də ailə həyatı mənlik deyil”.

Müxtəlif dövrlərdə aktyor Culiya Roberts, Rene Zelveqer, Sindi Krouford və Yoma Daykite ilə görüşüb. 2009-cu ildə isə məşhur italiyalı teleaparıcı və model Elizabetta Kanalis ilə görüşməyə başladıqda KİV sevinclə Kluninin sözündən geri döndüyünü car çəkdi, ancaq yox... Kluni evlilik məsələsinin şişirdildiyini bəyan etdi. Bununla yanaşı, Corc daim ən adi romantik olduğunu etiraf edir: “Qadın sevildiyini hiss etməlidir. Üstəlik qədəhi həmişə şampanla dolu olmalıdır”.

Necə deyərlər, tünd içki həvəskarlarından narahat etməmələri xahiş olunur...

  1. Pullarla ayrılmaq asandır

Kluni “ulduz” xəstəliyindən əziyyət çəkmir. Bir çox amerikalı super ulduzlar kimi, şəxsi adası yoxdur, əvəzində İtalyanın Laqo di Komo gölündə gözəl villası var. Aktyorun dediyinə görə, onun özünə orada bir otaq çatır. Qalan bütün otaqlar dostları Bred Pitt və Mett Deymon üçün nəzərdə tutulub.

Corc Kluni son illər xeyriyyəçiliklə də məşğuldur: “Mən uzun müddət kasıb olmuşam, buna görə, bu gün varlı olmağımdan utanıram. Bu səbəbdən, bütün gəlirlərimin 25 faizini xeyriyyəçiliyə sərf etməyi qərara almışam.

  1. Yumor hissini itirməmək...

Kluni Holivudda zarafatları ilə tanınan yeganə aktyorlardandır. Düzdür, onun yumor hissi bir az özünəməxsusdur.

Bir vaxtlar Kelli Prestona aşiq olan gənc Kluni ona Maks adlı donuz balası hədiyyə etmişdi.

Kelli isə donuz balasını yiyəsinə qaytarmaqla yanaşı, “yox” cavabı da verir. Amma Corc heç də məyus olmur, Maksı özünə götürür və onunla düz 18 il birgə xoşbəxt ömür sürür.

Bir dəfə Nikol Kidman və Mişel Pfayffer hərəsi 10 min dollardan Corc Klunin 40 yaşında evlənəcəyi və uşaqlarının olacağı barədə mərcə girirlər.

Uduzan aktrisalar aktyorun 40 yaşında ona pul çekini göndərirlər, ancaq alicənab Corc ikisinin də pulunu geri qaytardı: “İrlandiyalılar xanımdan pul almır!”...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm