• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Lənətə gəlsin, Allahdan kömək istəməyi ağlına gətirmə!” FOTOLAR

“Lənətə gəlsin, Allahdan kömək istəməyi ağlına gətirmə!” FOTOLAR

Amerikalı aktrisa Coan Kroufordun həyatının bir çox məqamları hələ də müəmmalı olaraq qalır. Paradokslarla zəngin həyat sürən aktrisa barədə bilmədiyiniz bir neçə faktı təqdim edirik:

Vəfat etdiyi gün Coan Krouford qulluqçusu və bir gecəlik onun evində qalan pərəstişkarı üçün özü yemək hazırlayacağını söyləyir. Bundan sonra o, yatağına qayıdır və elə həmin saat vəfat edir. Bəziləri ehtimal edir ki, Coan intihar edərək həyatına son qoyur. (1977-ci ildə.)

Coan Kroufford bir dəfə etiraf edir ki, Klark Qeybl onun yeganə məhəbbəti olub.

1933-cü ildə aktrisa “Coca-Cola”nın reklamında çəkilir. 1955-ci ildə isə o, “Pepsi” şirkətinin rəhbəri Alfred Stilə ərə gedir.

Coan övladlığa dörd uşaq götürür. Onlardan ikisinin adını - Kristina və Kristoferi vəsiyyatnamədən silir.

Kroufordun keçmiş rəqibi Bett Devis Coanın da rol aldığı “Bebi Ceynlə” nə baş verib?” (1962) filminə görə “Oskar” mükafatına namizəd görülür. Devis bu dəfə də qalib gəlsəydi, aldığı mükafatların sayına görə rekord vuracaqdı. Krouford Bettin mükafatı almaması üçün hər şeyə gedir. O, hətta “Möcüzə yaradan” filmindəki roluna görə “Oskar”a ikinci namizəd Enn Benkforta hər-hansı bir səbəbə görə gələ bilmədiyi halda onun adından mükafatı götürə biləcəyi təklifini də edir.
Şon Konsidaynın “Bett və Coan – böyük qalmaqal” adlı kitabında bu epizod barədə bunlar yazılıb: “Bett Devis artıq pərdə arxasında qalib elan olunacağı anı gözləyirdi. Qalib kimi Enn Benkroftun adı elan edildiyi an, Devis çiynində Kroufordun buz kimi əllərini hiss edir. Coan soyuqqanlı səslə ona: “Üzr istəyirəm, əzizim, ancaq mən öz heykəlimi almalıyam!”.

Hətta aktrisanın əri öldükdən sonra da, Coan nahar zamanı masada onun əvəzinə boşqab qoyurdu.

Coan “Metro Qoldvin Mayer” şirkəti ilə müqavilə bağlayandan sonra naməlum insanlar şirkətdən pul qoparmağa cəhd edirlər. Quldurlar iddia edirdilər ki, onlarda Coanın çəkildiyi porno filmin yazıları var. Lakin şantaj cəhdi uğursuz başa çatır. Belə ki, studiyanın başçıları aydın elan edirlər ki, şantajçılar bunu heç vaxt təsdiq edə bilməyəcəklər.

Aktrisanın əsl adı Lyusill Le Süerdir. Aktrisa bunu “Coan Krouford”la əvəz etdiyi andan məşhurluğu daha da artır.

Coan Krouford bütün pərəstişkarlarının məktublarına bir-bir cavab verirdi və hər birinə avtoqraf göndərirdi. Bu məşğuliyyət bir ara bütün onun boş vaxtını alırdı. İstisnanı yalnız onu məktəb illərində ələ salan məktəb yoldaşları təşkil edirdi. Coan onların məktubunu cavabsız qoyurdu...

Aktrisa təmizlik dəlisi idi: O, daim əllərini yuyurdu. Evə gələn qonaqların ardınca gəzərək, onların toxunduğu hər şeyi silirdi. Ancaq öz siqaretini çəkirdi. Qaldığı hər otelin vanna otağını da özü təmizləyirdi.

“Lənətə gəlsin, Allahdan kömək istəməyi ağlına gətirmə!” – bu aktrisanın ona görə dua etməyə başlayan qulluqçuya dediyi son sözlər olur...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR