• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Keçmişində fahişə olan məşhur - FOTOLAR

Keçmişində fahişə olan məşhur - FOTOLAR

“Mən çox məşhur olmaq istəmirəm. Bu, mənim üçün əsl dəhşət olardı, çünki gecə əyləncələri və təltifetmə tədbirlərini sevmirəm. Mənə lazım olan yalnız öz işimi görməkdir, çünki yalnız bu, məni xoşbəxt edə bilər.

Görünür, hərənin öz yolu var. Bunu dərk etmək üçün mən iki dəfə ölümlə üz-üzə qalmışam. Bibliyada deyildiyi kimi, Allahın qoyduğunu pozmaq olmaz. Bu, kiminsə ürəyincədir, kiminsə deyil, lakin hərə öz yolunu seçməkdə davam edir.

Gecə saat 2-də yuxudan durmağın əleyhinə deyiləm. Əlinə körpəni alıb deyirsən: “Necəsən, kişi? Sənə nə lazımdırsa, kömək edərəm”. Pis səslənmir... Hə, mənə ev, it, arvad və uşaqlar lazımdır... Yalnız bu qanunauyğunluq olmaq şərti ilə.

...Ən təhlükəli insan öz kölgəsindən qorxandır...

...İnsanların mənə yalan danışmasına nifrət edirəm...

...Mənim üçün ən gözəl qadın Şeron Stoundur. Siz Şeronun bütün bədənini görmüsünüz? Adamın qanı donur. Və Ketrin Zeta Cons da ondan geri qalmır...

Mənim bütün sevgi romanlarım al-əlvan və qısamüddətlidir. Burada pis şey də görmürəm. Axı mən heç kəsə əbədi sevgi barəsində söz də vermirəm”.

Narkobaron ata və rəqqasə ananın ilk övladı...

Kianu Çarlz Rivz 1964-cü il sentyabrın 2-də Livanın paytaxtı Beyrut şəhərində anadan olub. Hollivud aktyoru valideynlərindən maraqlı bir genə sahibdir. Tüfeyli həyat tərzini o, yarıçinli, yarıhavaylı atasından götürüb. Atası vaxtı ikən bütün dünyada narkotik laboratoriyası şəbəkəsini yaratmaqla pul qazanıb.

Anası əslən ingilisdir. Striptiz rəqqasəsi olan anası boş vaxtlarında Mərkəzi Kəşfiyyat İdarəsində də işləyib. Kianu romantik olmağı və Şərq fəlsəfəsinə marağı elə anası Patrisiyadan götürüb. Onun valideynləri kazino klubların birində tanış olublar. Bir ildən sonra ailə quran cütlüyün ilk övladı dünyaya gəlib. Ailə ilk uşağa iki məna verən Havay adı qoyur: Kianu adının bir mənası “dağlar küləyi”, digər mənası isə “iri cinsiyyət orqanı olan oğlan” anlamını verir...

Aktyorun 12 yaşı olarkən atası həbs edilib. O vaxtdan bəri Kianu, bir dəfə də olsun, atası ilə görüşməyib.

Kianunun həyatında yeganə daimi insan olan bacısı Kim leykomiya xəstəliyindən əziyyət çəkir və qardaşı onun ömrünün uzanması üçün mübarizə aparır. Kianu filmlərdən qazandığı pulun 70 faizini bacısına sərf edir.

Özü haqqında belə deyir: “Mən orta təbəqədən olan ağdərili oğlanam. Atasız böyümüş, lakin güclü anası və iki gözəl bacısı olan, burjuaziyanın orta təbəqəsinə məxsus ailədə böyüyən oğlanam”.

Ağıldankəm Kianu

Kianunun anası atasından ayrıldıqdan sonra bir neçə dəfə ailə həyatı qurub. Patrisiya hər dəfə ərə gedəndə ailə yaşayış yerini dəyişməli olub.

Kianu və bacısı Kim dislepsiya xəstəliyindən əziyyət çəkiblər. Elə çoxları Kianunun qapalı xarakterə malik olmasını bu xəstəliklə bağlayırlar. Bəzi sözləri deyə bilməyən bacı və qardaşda getdikcə kompleks yaranır. Lakin Kianu təslim olmayaraq öz nitqi üzərində çalışır.

Xokkeyə marağı olan Kianu qapıçı olur və hətta yaxşı oynadığı üçün ona “Divar” adı da verirlər. Lakin qapalı və sirli xarakterə malik olması onun xokkeydə çox uzağa getməsinə imkan vermir və o, idmandan uzaqlaşır.

“Əvvəlcə xokkeyçi olmaq istəmişəm. Utancaq uşaq olduğumdan özümü yalnız buz üzərində arxayın hiss edirdim. Sonradan bir neçə reklam çarxında çəkilmək mənə əlavə pullar qazandırdı”.

Bir çox reportyorlar Kianudan müsahibə alarkən onun rola girməsini, özünü ağıldankəm adamlar kimi aparmasını, müxtəlif cildə girməsini, qəribə hərəkətlər etməsini müşahidə ediblər. Kianu özünümüdafiə məqsədi ilə özünü belə aparır, əsl simasını göstərməkdən, səmimi olmaqdan qorxur.

Ümumiyyətlə, müsahibələr zamanı o, özünü maymaq kimi aparır. İki sözü bir-birinə calayıb danışa bilmir, uzun müddət səssiz durub sonda deyir: “Növbəti sual”.

İlk dəfə bəkarətini itirdikdə...

Gəncliyində onun iki sevgisi olub: xokkey və Şekspir. Elə dahi Şekspirə görə də o... öz bakirliyini erkən itirib. On dörd yaşı olarkən geyinib-soyunma otağında şairin sonetini ifadəli oxumaqla məşğul ikən yuxarı sinif şagirdi tərəfindən zorlanır...

Kianunun atalığı kino biznesi ilə məşğul olub. Oğlan atalığının yanına gedərək Hamletin məşhur monoloqunu söyləyir. Atalığı Con Allen elə Hamletsayağı gülümsəyərək deyir: “Oğlan, sənin aktyorluq istedadın yoxdur. Yaxşısı budur, xokkeyinə qayıdasan”.

Fahişəliyə gedən yol...

Bütün dərslərdən “2” alan Kianunun yalnız latın dili dərsinə marağı olub. 17 yaşından etibarən zirzəmilərin birində rəfiqəsi ilə yaşayan Kianu müxtəlif sahələrdə çalışır. Onlardan ən çox gəlir gətirəni isə... fahişəlik xidməti olur...

Deyilənlərə görə, Kianu filmlərdə ilk rollarını Hollivud geylərinin cəmiyyətində göstərdiyi xidmətlərinə görə alıb. Sevgilisi milyarder Devid Qeffin ona münasibətlərini rəsmiləşdirməyi təklif edir. Elə onun sayəsində Kianuya “Billi və Tedin maraqlı sərgüzəştləri” filmində baş rol verilir. Beləcə, o, getdikcə kinoda da məşhurlaşır.

“Mən Mikki Maus kimiyəm. Kənardakılar insanı tanımır, yalnız kostyumu görür”.

Lakin şöhrət çox davam etmir. Təsadüfən, bütün Hollivud və Amerikanın seks simvol hesab etdiyi sevimli aktyorun gey toyunu və keçmişdə fahişə olmasını əks etdirən fotoları “Vanity Fair” jurnalının üz qabığında görünür...

“Mən həmişə kişilərdənsə, qadınları sevmişəm. Və sizə mavi olmadığımı sübut edəcəm.

Mən insanlara insan kimi deyil, sadəcə, bir şəxsiyyət kimi maraqlı gələ bilərəm. Yalnız aktyor kimi maraqlıyam. Nə etməli, sənətimiz belədir. Öna görə də yalnız mənim işimlə bağlı öyrənmək istəsinlər. Necə deyərlər, şərhsiz-filansız...”

Kianunun bir çox hobbi və maraqları çəkildiyi filmlərdən qaynaqlanır. Məsələn, “Balaca Budda” filmindən sonra o, bir müddət Şərq fəlsəfəsi ilə maraqlanır.

“Mənim saxta həyatım həqiqi həyatımı təmin edir. Həqiqi həyatım isə personajlarımdan qidalanır”.

“Heç zaman məktubları oxumuram”

O, dəfələrlə öz müsahibələrində kitab oxumağı sevdiyini deyib. Amma pərəstişkarlarından gələn məktubları heç zaman oxumur.

Daha çox Şekspir, Dostoyevski, Mann və Stanislavskini mütaliə etməyə üstünlük verir. Onun fikrincə, hər bir klassik aktyor həyatında bir dəfə Hamleti oynamalıdır.

O, uşaqlıqdan musiqini sevib və 23 yaşından etibarən gitarada ifa etməyə başlayıb. Kianu solaxay olsa da, gitarada sağ əli ilə çalır. Bundan əlavə, o bal rəqslərini və şahmatı da sevir.

“Mahnı bəstələməyi, əsl dostlarla əhatələnməyi, səyahət etməyi, qitarada çalmağı və xüsusilə pulsuz pivəni xoşlayıram”.

Onun heç vaxt kompüteri olmayıb. Əlinə kompüter düşən kimi o, şahmat oynamağa başlayır.

“Dünyanın ən varlı bomju”

Kianu Hollivudun ən yüksək gəlirli insanlarından olsa da, onun davranışlarında hər zaman qəribəlik hiss olunur. Varlı olmasına baxmayaraq, onu hələ də evi yoxdur. Əbəs yerə ona “dünyanın ən varlı bomju” adını verməyiblər. Kianu çox vaxt yol kənarında yerləşən otellərdə və bacısıgildə qalmağa üstünlük verir. Pulun çox olsa da, Kianu özünə ev almağa qıymır.

“Pul puldur. Onunla mənzil almaq və restoranda ödənişləri etmək xoşdur. Belə bir bayağı deyim var: xoşbəxtlik pulda deyil, ona aldığın əşyalarda və azad yaşamağındadır”.

Qırx altı yaşını küçədə bir fincan kofe və üzərində bir ədəd şam olan pirojna ilə təkcə qeyd edib. Yoldan keçənlər isə onun kim olmasından şübhələnməyiblər də. Hətta kimsə ona yaxınlaşıb salam verdikdə Kianu pərəstişkarını pirojna yeməyə dəvət edib.

Bu hələ harasıdır? Metroda əlində qəzet oxuyan Kianu Rivzlə qarşılaşmaq gərək heç kəsi təəccübləndirməsin. Hə, əlbəttə, onun heç cangüdənləri də yoxdur.

“Xoşbəxtlikdən, küçələrdə diqqət cəlb etmədən gəzişə bilirəm. Daha doğrusu, bu, insanların məni tanımamasındna irəli gəlir. Çox nadir hallarda kimsə mənimlə salamlaşar. Aktyorlara diqqət cəlb etməmək vacibdir, bununla da, insanların nə etdiklərini izləmək mümkündür”.

Kianuya niyə belə bədbəxt yaşaması haqda sual verdikdə o, cavab verir: “Sənin yaşamaq üçün xoşbəxtliyə ehtiyacın var, mənim isə yoxdur”.

Kianunun bədbəxtliyi

Kianu qaranlıqdan da çox qorxur...

Kianu ata olmaqdan ehtiyat edir. Bəlkə də, elə buna görə bu dünya ona dar gəlir.

“Bir müddətdir ki, seksə ehtiyatla yanaşıram. Həyəcanlanıram - birdən tərəf müqabilim hamilə qalar”.

Lakin o, dəlicəsinə sevərək hər şeyi unuda biləcəyini güman da edir...

Onun bir çox sevgi romanları olub. Lakin hamısı qeyri-ciddi və kifayət qədər qısa olub. Uzun müddət görüşdüyü Cenniferin hamilə olduğunu öyrəndikdə ona evlilik təklif edib. Lakin ata və ər olmaq Kianuya qismət olmayıb. Qızı ölü doğulduğu gün onun həyatında ən pis günlərdən biri idi. Bundan sonra o, Cenniferdən ayrıldı. O, sadəcə çox kobud davrandı: depressiyada olan qadını təkbaşına buraxaraq əşyalarını götürüb həmişəlik getdi və qayıtmadı.

“Küçə iti tək yaşayır” anlamı ilə oturub-duran Kianu daha heç kimi özünə yaxın buraxmadı. Bir ildən sonra isə Cennifer avtomobil qəzasında həlak oldu. Bədbəxtilik bununla bitmədi. Ardınca o, ən yaxın dostu və istedadlı aktyor River Feniksi də itirdi. Səbəb, əlbəttə ki, dozadan artıq qəbul olunmuş narkotiklər idi...

Müsahibə zamanı ailə qurmaqla bağlı sualı Kianu belə cavablandırıb: “40 yaş artıq çoxdur! Bu vaxta qədər mən nəyə nail olmuşam? Tedi (“Billi və Tedin sərgüzəştləri” filmi) və Neonu (“Matrisa”) oynamışam? Uşağımı itirmişəm, indi isə sevimli bacımı itirəcəm? Yaxşı görək, nəsə mən hər şeyi qara rəngdə görürəm... Ailə qurmaq yaxşı olardı, lakin mənim kimi qara fikirli insanla yaşaya biləcək insan tapılarmı?”

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR