Kinoda sevişdiyi qadın arvadı oldu - Məşhur aktyorun faciəli həyatı
Bizi izləyin

Bizim tərcümə

Kinoda sevişdiyi qadın arvadı oldu - Məşhur aktyorun faciəli həyatı

“Mənim qadın gözəlliyi haqda olan kriteriyalarım çox sadədir. Bu, at almağa bənzəyir: mənim nazik boyun və qısa ayaqlardan xoşum gəlmir.

Qadınlara gəldikdə isə, səhər onunla yuxudan oyanmaq istəmədiyin və gecəni onunla keçirdiyin üçün özünü güllələmək istədiyin dövrü artıq çoxdan keçmişəm. Beləsini bir daha özümə icazə verməyəcəm. İndi mənim evim sanki nümunəvi monastırdır.

Boks mənim yaşlı bədənimdə gizlənmiş uşaq qəlbini ört-basdır edir. Boks həmçinin mənə ip üzərində idarə edilən kukla kimi oynadıldığımı unutdurur. Onun köməkliyi ilə mən içimdəki nifrəti tökürəm.

İnsanlar sükutdan qorxur. Mən isə sükutu çox sevirəm. Deyərdim ki, sükut bəzi insanların xeyrinədir.

Hollivudda aktyor olmaq istəklərə uyğun olaraq gözlərini bağlayıb şalvarını aşağı çəkməkdir.

Allahın mənimlə bağlı tam başqa planları olub. Mənim özümün də ayrı planlarım vardı, lakin hamısı zibil olub. Buna görə də geriyə qayıtmaqla ikinci şans almağıma xoşbəxtəm”.

Filip Andre “Mikki” Rurk 1952-ci ilin 16 sentyabr tarixində Nyu-York şəhərində anadan olub. O, Hollivudin ən məşhur simalarından biridir. Mikki xeyir və şərin simbiozudur. Karyerası dövründə onun uğurlu və uğursuz filmləri də olub.

“Mən heç zaman mülayim olmayacam, danışdıq? Mülayim olmaqdansa, gəbərməyim yaxşıdır”.

Mikki yalanı, ikiüzlülüyü, zəiflik və düşüncəsizliyi qəbul edə bilmir. Bəlkə də, elə bu səbəbdən Hollivudun seks simvolu itləri insanlardan çox sevir. Onun "çixuaxua" cinsli iti Lori öldükdən sonra Mikki uzun müddət özünə gələ bilməyib. Hətta “Oskar” (“Restler” filminə görə Oskara-a namizəd olub) mükafatının təltifi zamanı itinin şəkli həkk olunmuş boyunbağı ilə gəlib.

Aktyor kimi fəaliyyətə başlayan Mikki bir sıra filmlərdən sonra məşhurluq qazansa da, “Vəhşi Orxideya” filmindən sonra “Ən pis aktyor” namizədinə layiq görüldü. Rurk özü də aktyorluğun darıxdırıcı olduğunu bildirərək, boksa başlayıb və peşəkar boks üzrə 3-4 il döyüşüb.

Dediyinə görə, onu nə pul, nə də rollar maraqlandırır. O, sadəcə qəlbindəki boşluğu doldurmaq üçün fərqli bir şey etmək arzusundadır.

Onun rol seçimində də özünəməxsus kriteriyaları var. Yalnız hörmət etdiyi və layiq bildiyi rejissor və aktyorlarla iş birliyinə daxil olur. Sevib-seçdiyi rejissorlar siyahısına Tonni Skot, Robert Rodrigez, Kventin Tarantino kimi nəhənglər daxildir.

“Xərçəng xəstəliyindən vəfat edən qardaşım Co, bu vaxta qədər rastlaşdığım ən cəsur və qoçaq oğlan olub. Mən onun üçün dəhşətli dərəcədə darıxıram. Onun indi harada olmasını bilmək istərdim və nə zaman onu görə biləcəyim məni maraqlandırır. Mən hər gecə onun haqqında düşünürəm və bilirəm ki, o, bu dünyanı tərk etmək istəmədiyi üçün əziyyət çəkir”.

Mikki Ruruk necə varsa, eləcə də yaşayır, ona kiminsə məsləhəti və fikirləri lazım olmur. Onu nədəsə təmin etmək olmur, əksinə o, bununla daha da əsəbiləşir.

Məlum məsələdir ki, Mikki boksla məşğul olub. Elə professional boksla məşğul olmaq Hollivudun ən yaraşıqlı kişisinin simasını eybəcərləşdirdi. Aldığı çoxsaylı zədələrdən sonra o, dəfələrlə plastik əməliyyat etdirib. Nəticədə, onun siması büsbütün dəyişib.

Bundan sonra Rurukun karyerası ikinci dərəcəli oldu. Bu müddət ərzində o, sevdiyi insanları - xərçəng xəstəsi olan kiçik qardaşı, nənəsi və arvadını itirdi. Rurkun sözlərinə görə onu bir butulka şərab, siqaret və italyan əsilli keşişlə söhbət xilas edib. O, əgər bunlar olmasaydı, çoxdan atəşi başına açacağını etiraf edib.

“Mən rinqdə ağır zədələr almışdım. Pis göstəricilərə görə həkimlər rinqə qayıtmağa qoymurdu. Mənim beynim hər an fəaliyyətini dayandıra bilərdi. Bu dəhşət idi - həkimin nə etdiklərini də xatırlamıram. Bir dəfə rinqə çıxmazdan qabaq həkimlərdən biri dedi: “Mikki, onlar döyüşə görə sənə nə qədər ödəyirlər? Öz testinin nəticələrinə bir bax! Sən bir azdan heç pulları da hesablaya bilməyəcəksən”.

Hər filmdən sonra Mikki füsunkarlığı, enerjisi, ehtirası, daxili sirli aləmi ilə milyonlarla pərəstişkar qazanırdı. Lakin kənarda Mikki bildiyini edirdi. O, ətraf aləmdən və özündən narazı idi. Spirtli içkilər, narkotika, qadınlarla münasibət, tüfeyli həyatı ondan yan keçmirdi.

“Mən 12 il tamamilə tənha olmuşam. Hər şeyimi itirmişdim. Evimi, arvadımı, pulumu, yaşamaq istəyimi. Mən unudulmaq istəyirdim və tanışlardan kiminsə məni görməsini yaxşı qarşılamazdım. Mənə yaxın olan 3 insan-qardaşım, nənəm və arvadım bu dünyanı tərk etmişdi. Mənim dostlarım da yox idi. Mən vaxtımı rus striptiz rəqqasları ilə keçirirdim. Mənə sevməyə qadın da lazım deyildi.

Yadımdadır, güzgüyə baxaraq deyirdim: “Bax, gör sən nəyə çevrilmisən! Sən hamını həyatından qovmusan”. O zaman vəziyyətdən çıxmağın yeganə yolunu aktyorluğa qayıtmaqda gördüm”.

Onun ən yaxın dostlarından biri də Amerikada yaşayan italyan mənşəli mafioz olub.

Onun şəxsi həyatına gəldikdə isə hər iki izdivacı uğursuz alınıb. İkinci boşanmadan sonra o, özünə gələ bilmədi. O, tamamilə tərki dünya oldu. Kinematoqrafiya onu maraqlandırmırdı. Mikki sanki dərin bir quyuya tərəf yuvarlanırdı.

Lakin Mikki həyatında yaranmış çətinliklərə üstün gələrək bir daha ekranlara çıxmağa başladı. Bundan sonra Mikkini pis oğlan rollarına dəvət etməyə başladılar. 2008-ci ildə Darren Aranofskinin “Restler” filmindən sonra Mikkinin şöhrəti yenidən özünə qayıtdı.

““Restler” filmindən sonra mənə çoxsaylı məkublar gəlməyə başladı. Mənə hətta, 20 il görüşmədiyim Kim Bessincer də yazmışdı. “Oskarı” ala bilməməyimə gəldikdə isə mükafatdan daha 2 il imtina edərək onu əllərimdə ölən itim Loriyə verərdim”.

“Vəhşi Orxideya” filmininin çəkilişləri üçün sınağa gələn 21 yaşlı Karre Otis aktyorun gözünü tutur. Rurk yalnız onunla işləmək istəyini dilə gətirib. Beləcə, kino çəkilişləri zamanı onlar həqiqi sevgi ilə məşğul olub. Bu, isə Hollivudda böyük qalmaqala səbəb oldu.

Mikki elə həyatı qalmaqallara görə daima gündəmdə qalıb. 1989-cu ildə Mikki model Karre ilə evlənir. Lakin qısqanclığa görə evində daima söz söhbət, dava dalaş səngimək bilməyib. Buna görə, bu evlilik çox da uzun sürmədi. Karre 2008-ci ildə elm adamına ərə gedənə kimi Mikki onun qayıtmasını gözləyib. Lakin heç də həmişə insanın istədiyi kimi olmur. Deyilənlərə görə, uzun illər keçməsinə baxmayaraq Mikki günü bu günədək keçmiş arvadını unuda bilmir. O, həmişə Karreni “ölüncəyə qədər” sevib və onu “uyğunsuz vaxtın ən uyğun qadını” hesab edib.

“Mən dəbdən geri qalmış oğlanam. Münasibətlərdə mənim üçün əsası inamdır. əgər inam itdisə, qalan şeylər də cəhənnəm olur”.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm