Ən gözəl öpüşən aktrisa: “Məni həyasız hesab edənlər az deyil” – FOTOLAR/ VİDEO
Bizi izləyin

Bizim tərcümə

Ən gözəl öpüşən aktrisa: “Məni həyasız hesab edənlər az deyil” – FOTOLAR/ VİDEO

“Valideynlərim gözəl olmadığımı mənə tez-tez xatırladardılar. Acıdil və amansız uşaq böyütmək üçün bundan asan yol ola bilməzdi.

Mənə hər zaman adi qız olduğumu deyiblər. Mənsə adi qızların da uğur qazana biləcəyini sübut etməyə çalışmışam”

Amerikalı aktrisa Demetriya Qaynes (Demi Mur) 1962-ci il noyabrın 11-də Nyu-Meksiko ştatında uğursuz bir ailədə dünyaya gəlib. Anası Şimali Amerikada yaşayan hindularının çeroki qrupundan idi. Narkoman atası Demetriya doğulmazdan əvvəl ailəni tərk edib. Aktrisa atalığının öhdəsində yaşayıb və onun soyadını daşıyıb. Onun həqiqi atası olmadığından xəbər tutanda isə Demi uzun müddət özünə gələ bilməyib.

Demi Mur öz uşaqlıq illərini xatırlamağı heç sevmir. Anası və atalığı içki düşkünü olub, hər yerdə dava salıblar. Elə buna görə də ailə tez-tez yaşayış yerini dəyişməli olub. Hətta qızcığazın valideynləri həbsxanaya da düşüblər. 14 yaşınadək Demi yaşayış yerini 30 dəfə dəyişməli olub. Buna görə zavallı qızcığaz özünə rəfiqə tapa və ünsiyyət qura bilməyib. Atalığı istədiyi var-dövlətə sahib ola bilmədiyindən avtomobilindəcə intihar edib.

Əsəbi, hay-küylü ananın himayəsindən çıxmaq üçün Demi Murun 17 yaşı olarkən özündən 12 yaş böyük rok musiqiçi Freddi Mura ərə gedir. Daim ərini qısqanan Demi sonda boşanma qərarını verir. Ailə xoşbəxtliyi uzun sürməsə də, ərindən boşanan qız onun soyadını saxlayır.

Onu da qeyd etmək lazımdır ki, Demi Murun xarici görkəmi də heç də ürəkaçan olmayıb. Aktrisa doğularkən gözləri çəp olub. Lakin keçirilmiş iki əməliyyatdan sonra bu problem həllinin tapıb. Bundan əlavə, Hollivuda gəlməzdən əvvəl Demetriya bir neçə əyri dişini də düzəltməli olub və cərrahi əməliyyat yolu ilə burnunun formasını dəyişib.

Onun sol gözü yaşıl, sağ gözü şabalıdı rəngdədir. Deminin özünəməxsus xırıltılı səsi var. O, vegeterian həyat tərzi sürür. Gənc qalmaq üçün tez-tez zəli terapiyasına müraciət edir.

“People” jurnalına əsasən, 1996-cı ildə “Dünyanın ən gözəl 50 insanı” siyahısına düşüb.

Dağınıq seks və kokain

Çəkiliş meydanına Demi Mur anasının sayəsində düşüb. Qadının televiziya ilə əlaqəsi vardı və o, qızına ilk rolu qazanmaqda yardım etdi. Başqa bir fərziyyəyə görə, Demi Murun səhnəyə gəlməsinə qonşuluqda yaşayan aktrisa Nastasya Kinski kömək edib. Aktrisanın debütü “Ümumi xəstəxana” televiziya serialında olur. Çəkilişlər zamanı Demi kokainə qurşanır. Üç il ərzində Demi Hollivud əyləncə gecələrinin daimi qonağı olub. Bu ziyafətlər daim seks və narkotiklərdən bol olub.

1985-ci ildə aktrisanı “Müqəddəs Elmanın alovları” adlı filmə dəvət edirlər. Lakin filmin rejissoru aktrisanı yalnız bir halda çəkməyə razılıq verdi: o, narkotiklərdən əl çəkməli idi. Demi narkotik maddələrdən asılılığa görə müalicə alır və aktrisa əmin edir ki, o vaxtdan bu yana onlardan istifadə etməyib.

1987-ci ildə Demetriya məşhur Hollivud aktyoru Brüs Uillisə ərə gedir. Bir ildən sonra cütlüyün qızı dünyaya gəlir. Demi qızı Rumerin dünyaya gəlişini lentə almaq üçün 3 operator dəvət edir. Aktrisa uşaqla məşğulkən tədricən unudulmağa doğru gedirdi. Lakin Demi Mur təkcə arvad və ana olmağı arzulamırdı. Çünki bilirdi ki, bir gün uşaqları böyüyüb öz həyatını yaşayacaq, lakin o, öz karyerasını qura bilməyəcək. İlk övladını dünyaya gətirdikdən sonra Demi ekranlara möhtəşəm bir filmlə qayıdır. 1990-cı ildə o, “Ruh” filmində çəkilir. Demi ikinci dərəcəli rol oynasa da, melodramatik aksenti və uğurlu obrazına görə tamaşaçılar onun adını yadda saxlamağa başladılar.

Soyunmaqdan keçən məşhurluq

Demi Mura əsl şöhrəti “Vanity Fair” jurnalında dərc olunan fotoları gətirdi. Fotolarda aktrisa tamamilə çılpaq idi. Onlar aktrisanın hamiləliyinin 7-ci ayında çəkilmişdi və Demi əlləri ilə iri sinəsini və qarnını tutmuşdu. 1992-ci ildə Demi analoji fotosessiyada iştirak etdi. Bu dəfə o, kişi pencəyi və şlyapasında yarıçılpaq çəkildi. 1995-ci ildə Hollivud Demini ən çox gəlirli aktrisa elan edir.

Elə Demi Muru da ictimaiyyətə təqdim edən qalmaqallı fotolar olur. 1993-cü ildə “Ədəbsiz təklif” filmində Demi milyarder Keyclə yatan ərli qadın obrazını canlandırır. Əlbəttə, Demi bu rolu ərinin razılığı ilə oynayır. Bu filmdən sonra Demi “MTV Movie Awards”-ın ən gözəl öpüş mükafatına layiq görülür.

Demi Mur özünü və yaradıcılığını yüksək qiymətləndirir. 1996-cı ildə çəkilmiş “Striptiz” filminə görə o, 12 milyon qonorar tələb edib. Bu vaxtadək heç bir aktrisa belə məbləğ istəməmişdi. “Striptiz” filmindən əvvəl Demi şou proqramların birində soyunaraq təkcə bikinidə qalıb.

Demi “ Striptiz” filminin çəkilişləri üçün əsaslı surətdə hazırlaşıb: kürək, qarın və baldırdakı artıq piyin kəsilməsi üçün cərrah bıçağı altına uzanıb, həmçinin sinəsinin formasını dəyişib. O, öz gözəlliyinin sirrini heç kimdən gizlətmirdi. Bundan əlavə, Deminin yeni imici tez-tez reklam olunurdu.

Nəticədə, Demi Mur ekranda özünü yaxşı müdafiə edə bilən məftunedici, seksual həmçinin də, ağıllı və qərarlı rəqqasə rolunu canlandıra bilib. Lakin Demi kinodakı qəhrəmanı ilə tamaşaçıları feyziyab edə bilmədi. “Striptiz” filminə görə aktrisa “1996-cı ilin ən pis aktrisası” adına layiq görüldü.

Uğursuz rolu Demini heç də narahat etmirdi. O, rejissorlardan bir daha özünü müdafiə edə bilən qadın rollarını canlandırmağı tələb edirdi. Bununla da, Demi kişilərlə mübarizə aparan müasir qadının timsalında feminizm simvoluna çevrildi.

Aktrisaya şöhrət gətirən “Əsgər Ceyn” filmində hərbiçi olmaq üçün bütün çətinlikləri aşan qadın rolunu oynadı. Mur bununla da, qadının hərbidə heç bir işinin olmadığını sübut etdi. Yeri gəlmişkən qeyd edək ki, Demi Mur filmə görə saçını tamamilə keçəl qırxdırıb. Film böyük ekranlara buraxıldığı vaxt Demi əri Brüs Uillislə boşanmalarını elan edir. Bu zaman 13 il birgə yaşayan cütlüyün artıq 3 qızı vardı. Onların boşanması heç də Hollivudsayağı olmadı: Demi və Brüs çox sakit şəkildə boşandılar. O, keçmiş əri Brüslə indiyədək dost kimi qalıb. Bundan sonra Demi Mur bir neçə il diqqət mərkəzindən qeyb olur.

Demi Mur: “...mən Brüsdə yadlaşma hiss edirdim. Əvvəllər də, o, ailədə sadiq ər rolunu oynamırdı, lakin indi... Bundan sonra boşanma qərarını verdim. Lakin mən onu günahlandırmaq istəmirəm: bəlkə də, öz laqeydliyi ilə hər şeyin yaxşı olduğunu və pis bir şeyin baş vermədiyini sübut etmək istəyib”.

Demi Mur yalnız 2003-cü ildə kinoya triumfal qayıdış etdi. Aktrisa “Çarlinin mələkləri” filmində “pis mələk” rolunda efirlərə qayıtdı. Demi pərəstişkarları qarşısında bikində çıxaraq öz əsrarəngiz bədənini nümayiş etdirdi. Əlbəttə, Demi kino çəkilişlərindən əvvəl bir daha cərrahi əməliyyat etdirməli olub. Yenidən cavanlaşan və seksuallaşan aktrisanı bir neçə reklam şirkəti əməkdaşlığa dəvət edir. Özünə əmin Demi “qayıdışından” sonra bir neçə gənc oğlanla roman yaşayır.

1991-ci illərdə Demi Mur “Moving Pictures” şəxsi şirkətinin əsasını qoymaqla ən varlı insanlardan birinə çevrilir.

2005-ci ildə Demi Mur üçüncü dəfə ərə gedir. Hollivud divasının budəfəki seçimi komediya aktyoru Eşton Kutçer olur. Aktrisanın əri ondan 16 yaş cavan idi. Yaş fərqinin çox olması onların arasında fikir ayrılığı yaranırdı. Problemləri çözmək üçün daim psixoloqa müraciət edirdilər. Eşton, Demi kimi kabbalaya inanmırdı və övlad sahibi olmağı arzulayırdı. Lakin Demi bədən formasını korlamaq istəmirdi.

Nikah mərasimi də məxfi keçirildi. Şahidlərin sözlərinə görə, toyda hətta aktrisanın keçmiş əri Brüs Uillis də iştirak edib. Hollivudda bu toya şübhə ilə yanaşdılar. Lakin zaman Eşton və Demi cütlüyünün xoşbəxt olduğunu sübut etdi. Hətta evlilikdən 2 il sonra aktrisa soyadını Kutçerə dəyişdi. Lakin Eşton arvadına 23 yaşlı qızla xəyanət etdikdən sonra onlar boşandılar. Boşanma aktrisaya pis təsir etdi. O, spirtli içkiyə qurşandı. Demi həb və energetik içkilərdən istifadə etməklə sürətlə arıqlayırdı. Həkimlər ona anoreksiya diaqnozunu qoyurlar. Nifrət və kin hissləri ilə aşıb daşan aktrisa Eştonla boşanma ərizəsinə imza atmaq da istəmirdi. O, hər şeyin günahını özündən başqa hər kəsdə - Eştonda, Brüsdə və qızlarında axtarırdı...

Sevgi həyatı eniş və yoxuşlardan ibarət olan aktrisa hazırda kukla muzeyi açmaq niyyətindədir, çünki aktrisa kukla kolleksiyası toplamaqla məşğuldur. Onun evində 2000-dən artıq kukla var.

2014-cü ildə aktrisanın eyni zamanda iki sevgili ilə görüşməsi haqda şayiələr yayılıb.

“Hesab edirəm ki, məni həyasız hesab edən insanlar az deyil” (Demi Moore).

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm