• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Şahzadə Hamlet, ətriyyatçı Qrenuy və “mavi” Ben

Şahzadə Hamlet, ətriyyatçı Qrenuy və “mavi” Ben

Onun androgin gözəlliyi və fenomenal arıqlığı İntibah dövrünün italyan rəssamlarının çəkdiyi mələyi xatırladır.

O, hətta görkəmindən kənd çobanlarına da bənzəyir. Hələ 23 yaşında Hamleti oynayan ingilis əsilli aktyoru “Ətriyyatçı: Bir qatilin hekayəsi” (“Perfume: The Story of a Murderer”) filmindəki dahiyanə rolu dünyaya tanıtdı. O, öz rollarını həm də füsunkar oynayır. Lakin onun kadrlarda susması daha möhtəşəm görünür. Bu səhnəni təsviri üçün sözlər kifayət etmir. O, sanki, bu planetin sakini deyil...

Ben Uişou təpədən dırnağa ingilisdir. Ben, elə vətəni dumanlı Albionun xatırladır, şəxsi həyatı sirlərlə doludur.

O, əkiz qardaşı Ceyms Uişou qardaşından tam fərqlənir. Məsələn, Ben məktəbdə utancaq və qapalı olub, lakin elə 3 yaşından aktyor olmağı arzulayıb. Ceyms isə heç zaman özünü ictimaiyyət qarşısında görmək istəməyib. O, iqtisadiyyat fakültəsini oxuyaraq həyatını maliyyə sferasına həsr edib.

Benjamin Con Uişou 1980-cı il oktyabrın 14-də Böyük Britaniyanın Berdforşir əyalətində dünyaya göz açıb. Boya-başa çatdığı ailə incəsənətlə bağlı olmasa da, o, hələ erkən yaşlarından aktyorluğa meyl edib. Uşaqlıq illərini xatırlayan Ben deyir:

“Uşaqlıqda anamla köhnə fotolara nəzər salırdıq. Şəkillərdə haradasa 2 yaşım olardı və hamısında əynimdə kostyum vardı, kiməsə bənzədilmişdim. Elə bir foto tapmadım ki, orada kostyumsuz olum. Hətta gənc yaşımda belə mən kimsə olmağa can atırdım”.

İyirmi üç yaşında Hamlet rolunu oynamaq çox az aktyora müyəssər oldu. 2004-cü illərdə ekranlarda peyda olan aktyoru tənqidçilərdən biri yöndəmsiz kənd çobanı ilə müqayisə edib; onun bədən dili dəbdəbəli, dəyişkən və dolaşıqdır. O, sanki, öz bədəninin içərisində gizlənib.

Ərköyünlük... Bundan əlavə, onun dahiyanə duruşu, qaməti, əzmi, yüngüllüyü onun hərəkət və davranışı ilə tarazlaşır. Ona rolları haqda sual verdikdə öz kreslosunda qurdalanmağa başlayır. Ben müsahibə verməyi sevmir. Amma pərəstişkarları ilə şəkil çəkdirməkdən də imtina etmir.

Bir çox rolları ona uğur və şöhrət gətirib. “Ətriyyatçı” filmi onun karyerasının dönüş nöqtəsi olub. Patrik Züskindin əsər əsasında çəkilmiş filmin baş qəhrəmanı Ben Uişonu kino industriyası ilə yanaşı, bütün dünya kəşf etdi. Klassik janrda çəkilmiş “Ətriyyatçı” filmində baş rolu canlandıran Ben Uişou etiraf edib ki, onun Dastin Hoffmanla bir arada oynaması həyəcana səbəb olub. Möhtəşəm aktyorla birgə oynamaq o dərəcədə həyəcan yaradıb ki, Ben tez-tez qarnı ağrıyıb, ürəyi bulanıb. Filmin ilk səhnəsində o, qapını döyməli, Dastin isə qapını açmalı idi. Lakin bu səhnənin çəkilişləri zamanı o, nitqinin quruduğunu və danışa bilmədiyini etiraf edib. Yaşanmış həyəcana rəğmən, Jan Batist Qrenuy roluna görə Ben “Bambi Awards” və Avropa kino premyerasının “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Ben “Skayfoll” (Skayfall) filmində yaratdığı obraz ona şöhrətini qoruyub saxlamağa yardım edib. Film milyonlarla tamaşaçı topladı. Həyatın ironiyasına bax ki, filmdə casus rolunu oynayan Benin babası da gənclikdə casus olub.

Ben Uişou nəinki istedadlı aktyor, hətta belə demək olarsa, çoxşaxəli insandır. O, rəqs, musiqi, incəsənət, bağbanlıq, rəssamlıqla fəal məşğul olur, oxumağı və səyahət etməyi çox sevir.

Ben tanınmış və məşhur adam olsa da, ictimaiyyət qarşısına nadir hallarda çıxır. Siz ona nə, jurnalın üz qabığında, nə də sarı mətbuatda rast gələ bilərsiniz. Müsahibə zamanı öz şəxsi həyatı ilə bağlı kəlmə də kəsmir. O, ya mövzunu dəyişir, ya da utandığından başını aşağı əyib susur. Axı onun qeyri-ənənəvi seksual oriyentasıyası haqda çox söz-söhbət gəzişir.

Ben ən çox pişiklərlə maraqlanır. Həyatı boyu aktyorun onlarla pişiyi olub və hələ də evində 13 pişik saxlamaqdadır. Maraqlısı odur ki, Uişounun texniki avadanlıqlarla “arası heç yaxşı deyil”. Öz etirafına görə, o qədər geridə qalıb ki, evində heç kompüter də saxlamır.

Aktyorun geyim üslubu da fərqlidir. Həmişə film premyerasına ekssentrik görkəmdə gəlir. Məsələn, boz şalvar, səliqəsiz jilet geyir, köynəyi isə tam fərqli rəngdə olur.

Bütün bunlara onun pinti görünüşünü və qırxılmamış saç düzümünü də əlavə etmək olar. Bütün bunlar Beni təkrarolunmaz, fərqli aktyor və insana çevirib. Aktyor heç zaman qalstuklu zərif kostyumlara qaçmır.

İstedadlı aktyorun yaxşı opera səsi var. “Parlaq ulduz” (Bright Star) filmində Uişou baş rolda oynamaqla yanaşı, öz tenor səsi ilə bir neçə kompozisiyanı ifa edib. O, hətta film üçün mürəkkəblə yazmağı da öyrənib. Kadrlarda göstərilən mürəkkəblə yazılmış məktublar məhz onun tərəfindən yazılıb.

“Mən hər hansı bir kilsəyə məxsus deyiləm. Ümumiyyətlə, din adamı deyiləm. Heç bilmirəm, sizə bunu nəyə görə deyirəm. Bu dünyada qətilik və əminlik qiymətləndirilir”.

Ben təbiətən introvertdir. O, tamamilə rolu canına çəkmək və film çəkilişləri zamanı onu kənara buraxmaq istəyir. İntrovert, qapalı və özü haqda danışmağı sevməyən Ben tənqidləri hər zaman adi qarşılayır. O, heç zaman əks fikirləri və resenziyaları oxumur: bu, sadəcə, onu maraqlandırmır.

“İnsanlar sizin haqda nə düşündüklərini danışırlar. Onlar sizi ya ciddi, ya da qeyri-ciddi qəbul edir. Bunu siz heç zaman nizamlaya bilməzsiniz”.

Ben bir çox qadınların sevimlisi olsa da, 3 il bundan qabaq onları məyus edib. Məsələ burasındadır ki, o, geydir və bunu açıq elan edib. İkincisi isə, o artıq bəstəkar sevgilisi Mark Bredşou ilə evlidir.

Benin təmsilçisi deyib: “Ben heç zaman öz seksual oriyentasiyasını gizlətməyib. Lakin bir çox aktyorlar kimi o, şəxsi həyatını və ailəsini müzakirə etməyi sevmir. Təkcə onu deyə bilərəm ki, Ben və Mark 2012-ci ilin avqustunda vətəndaş nikahına daxil olub. Onlar bir-birini sevir və xoşbəxtdirlər”.

Ben 2011-ci ildə seksual oriyentasiyasını ictimaiyyətə açıq şəkildə bildirib. Bundan sonra o, teatr səhnəciklərində gey rollarını canlandırmağa başlayır. Ben bu vaxtadək öz şəxsi həyatını mükəmməl şəkildə ört-basdır edə bilib. Lakin “Ətriyyatçı” filminin çəkiliş meydanında onun həmkarı ilə intim münasibət yaranması haqda şayiələr yayılıb. Onun əks cinsin nümayəndələri ilə sevgi macəraları uzun çəkməyib. Görünür, aktyor özünün kim olmasını gizlədə bilməyib və son anda, əsil Beni göstərməyin vaxtı çatdığını hiss edib.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR