• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Çoxları mənim həyasız olduğumu düşünür” - FOTOLAR

“Çoxları mənim həyasız olduğumu düşünür” - FOTOLAR

Kinoda çəkilmək ispan aktrisası Penelopa Kruzun uşaqlıq arzusu olub.

Penelopa ilk rolunu 16 yaşında oynayıb. Film premyerasından sonra isə xəstəxanaya düşüb, həkimlər ona əsəb sisteminin pozulması və depressiya diaqnozu qoyublar.

Balaca Penelopa şan-şöhrətə asanlıqla nail olmasa da, ciddi-cəhdlə işləyirdi. İndi - ömrünün 40-cı ilində isə o, onlarla uğurlu filmi və “Oskar” mükafatı ilə fəxr edə bilər.

Ehtiraslı ispan gözəlinin şəxsi həyatı da uğurlu keçib. O, Hollivudun bir sıra yaraşıqlı kişilərini cəlb edə bilib. Onun sevgi siyahısında Mett Deymon, Tom Kruz və Metyu Makkonaxi kimi məşhurların adı durur. Lakin Penelopa son anda seçimini ispan aktyoru Xaviyer Bardemin üzərində saxlayıb. Onlar 2010-cu ildə ailə həyatı qurublar. Cütlüyün 2 övladı var.

İki gün bundan öncə isə 40 yaşlı Penelopa Kruz “Esquire” jurnalının 2014-cü ilin ən seksual qadını tituluna layiq görülüb. Görəsən, Penelopa Kruz daha nələr arzulayır?

“Bizim tərcümə” layihəsi Penelopa Kruzun fikirlərini təqdim edir.

“Uşaqlıqda heç zaman şöhrət haqda düşünməmişəm. Məncə, şöhrət müasir anlayışdır. İndiki gənclər bizim gənc vaxtımızdakı kimi düşünmürlər. Bizim dövrdə nə internet, nə də sosial şəbəkələr vardı. Etiraf edirəm ki, mənim “twitter” və “Facebook” səhifəm də yoxdur. İnsanların bir-birinə məktub yazdığı dövr üçün darıxıram. Bu çox kədərlidir, lakin mən başqa nəslin nümayəndəsiyəm...

Uşaqlıqda valideynlərim mənim adımı rəqs məktəbinə yazdırdılar. Çünki enerjim dolub daşırdı. Bu, mənim incəsənətlə ilk təmasım idi, rəqs yolu ilə sən emosiyalarını sözsüz ifadə edirsən. Rəqs edərkən mən sanki ekstaz halında olurdum, ancaq 2 saat məşqdən sonra fiziki ağrı hiss edir və mənən çökürdüm. Lakin qazandığım qançır və döyənəklər xoşuma gəlirdi, mən hətta indi də onlar üçün darıxıram...

Rəqsdən sonra dincələrkən filmlərə baxmağı sevərdim. Film artıq mənim üçün narkotikə çevrilirdi və rəqs zamanı kimisə təqlid etməyə çalışırdım. 11 yaşımda aktrisa olmaq istədiyimi dedim. Lakin bu, mənim Aya uçmaq istəməyimi dilə gətirmək kimi bir şey idi...

Əgər mən nəyisə dəyişə bilsəydim, 17 yaşımda vaxtımın çoxunu dincəlməyə sərf edərdim. Həmin dövrdə həyatım dəhşətli dərəcədə darıxdırıcı idi: klublara getmirdim, içmirdim, axşam saat 9-da yatırdım. Vaxtımın çoxunu filmlərə baxmaqla keçirirdim. Sanki, filmlərlə yaşayırdım. Valideynlərim həyatımda dəyişiklik etməyi tövsiyə etdilər, ancaq mən onlara da qulaq asmırdım. İndi isə mən həyatımı hər dəqiqəsini qiymətləndirirəm...

Əgər aktrisa olmasam, balerina olardım. Mən rəqsi, sadəcə, sevirdim və sanki, barmaqlarımı hiss etmədən göylərdə uçurdum. Milad bayramında həyatımın ən qiymətli hədiyyəsini aldım: balet oynamaq üçün çəhrayı tutu (qat-qat tül ətəkdən olan balet geyimi). Mən hətta küçəyə çıxanda da onu əynimdən çıxarmırdım. O dövrdə çəkilmiş fotolarıma baxanda görürəm, elə ciddi dayanmışam ki... Mən, həqiqətən də, baletə ciddi yanaşırdım.

“Oskar” mükafatını almaq mənə Yer kürəsində olan ən yaxşı oyuncağı qazanmaq kimi görünür. İndi həmin heykəlcik mənim evimdə yaşayır. Vaxtaşırı onun yerini bir otaqdan o biri otağa dəyişirəm. Hər hansı vacib qərar verməzdən öncə ona tamaşa edirəm. Hətta bir dəfə onu özümlə çimərliyə götürmüşdüm. Mənim üçün “Oskar” 5 yaşlı uşağa verilmiş hədiyyə kimidir. Və mən indiyədək inana bilmirəm ki, həqiqətən ona layiq görülmüşəm...

Ad günlərini heç sevmirəm. Ona görə də ad günümdə çox həyəcan keçirirəm. Hətta bir dəfə bayram tortunun üzərindəki şamlar saçımı da yandırdı. Mən diqqət mərkəzində olarkən hər zaman həyəcan keçirirəm. Əsas da bayram nəğməsini oxuyub, hədiyyə qutularını açan zaman... Mən həmin məqamda “Oskar”ın təqdimetmə mərasimindən çox həyəcan keçirirəm...

Sevimli aktrisam Meril Stripdir. Onun filmlərinə baxmışam və onun qarşısında diz də çökməyə hazıram. Onunla şəxsən tanış deyiləm, ancaq bir sıra tədbirlərdə qarşılaşmışıq. Hər dəfə ona yaxınlaşaraq qucaqlayıb öpürəm və bir kəlmə də olsun, demirəm. O, yəqin elə düşünür ki, mən dəliyəm. Mənə həyatda ruh yüksəkliyi verən ikinci insan isə anamdır. O, 21 yaşı olanda məni dünyaya gətirib. Ona görə də, aramızda böyük yaş fərqi yoxdur...

Uşaqlıqda mənə ən yaxın insan anam olub. Onunla hər bir mövzuda danışa bilirəm...

Mənim üçün dincəlməyə ən yaxşı yer Karib dənizidir. Karibdə bütün istirahət zonaları gözəldir, orada özümü suda yaşayan balıq kimi hiss edirəm. Əlbəttə, vətənim Madridi də sevirəm. Axı orada mənim ailəm yaşayır...

Amerikada özümü evdəki kimi hiss edə bilmirəm. Məni səhv başa düşməyin: yaşadığım Los-Anceles əla şəhərdir və işdən sonra bura gəlməyi sevirəm. Ancaq amerikalılar kimi yaşa bilmirəm. Məsələn, onlar axşam saat 6-da şam edir. Mən axı ispanam və bütün ispanlar kimi dadlı yeməklərin pərəstişkarıyam. Mən axşam saat 6-dan sonra yeməməyə çalışsam da, nəfsimə qalib gələ bilmədim. Madridə gələn kimi özümü evimdə hiss edirəm və bütün normal insanlar kimi axşam saat 9-da yemək yeyirəm. Yeri gəlmişkən qeyd edim ki, nə mənim, nə də ərim Xavier Bardemin sürücülük vəsiqəsi var. Hərəmiz öz maşınımızı sürürürk və Los-Ancelesdə ikimiz də çətinliklərə üzləşirik...

Özümü heç də gözəl qadın hesab etmirəm. Həqiqətənmi, gözələm? Mənə vacib olan xoşbəxtliyimdir. Əvvəllər insanların mənim haqda nə düşünməsi məni çox maraqlandırardı. Sonra isə bunu dərk etdim: əgər onlar mənimlə şəxsən tanış deyilsə, nə mənası var?..

Mənə “Sizi hansı operatorun kamerası gözəl göstərir?” tipli ağılsız suallar verməyin.

Mən aktrisayam və istənilən eksperimentdə ehtiyatlı olmalıyam. Axı hekayələri üz cizgilərimin köməkliyi ilə çatdırıram. Bilirsiniz, mənim anam saç ustası olub. Uşaqlığımı, demək olar, onun yanında keçirmişəm. Qadının özünü əla hiss etməsi üçün plastik əməliyyata üz tutmasının mənasız bir şey olduğunu başa düşmüşəm. Anamın yanına bədbəxt, yorğun qadınlar gəlirdi. Anam onlara yeni saç düzümü verir və qadınlar özlərini bütün həftə boyu xoşbəxt hiss edərdilər.

Mən 1994-cü ildə ilk dəfə Amerikaya gələrkən ingiliscə danışa bilmirdim. Yalnız “Necəsən?” və “Mən Conni Deplə çəkilmək istəyirəm” kəlməsini deyə bilirdim.

Mənim biləyimdəki “883” tatusunun öz mənası var. İnanıram ki, bu rəqəmlər mənə uğur gətirir. Həyatımda nə yaxşı hadisə baş verirsə, məhz bu rəqəmlərlə bağlıdır. Mövhumatçı deyiləm, lakin mən bu rəqəmlərə inanıram. Mənim hətta, nəsildən nəslə keçən üzüyüm də olub. Çox təəssüf ki, onu oğurlayıblar.

“Viki Kristina Barselona” filmindən sonra çoxları mənim həyasız olduğumu düşünür və mənimlə münasibət qurmağa ehtiyat edirlər. Lakin mən heç də elə deyiləm! Mən yaxşı insanam, ancaq məni özümdən çıxartmaq çox asandır. Buğa bürcündənəm, bəlkə də elə buna görə çox tərsəm...

Bir dəfə Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” kitabını aldım. Mən bu kitabı oxumaqdan doya bilmirdim. Sanki qarşımda hər hansı bir qapının açıldığını hiss etdim. Mən kitabı təyyarədə uçarkən oxuyurdum. Oxuduqca ağlayırdım, sonra gülümsəyirdim. Yəqin, o qədər möhkəm ağlamışam ki, hətta qonşularım da mənə görə narahatçılıq keçiriblər...

Yaxşı bədən formasında qalmağım üçün xüsusi bir şey etmirəm. Sadəcə, düzgün qidalanıram, siqaret çəkmirəm və içki qəbul etmirəm.

Mənim istifadə etdiyim ilk ətir “Tresor” olub. 13 yaşında reklam çarxına baxdıqdan sonra valideynlərimdən o ətri almağı xahiş etdim. Mən heç vaxt fikirləşə bilməzdim ki, vaxt gələcək, mən bu ətrin siması seçiləcəyəm. Dörd yaşımda nənəmin kosmetikasını götürərdim, onları vanna otağına toplayıb oynayırdım. O yaşda özümü aktrisa kimi hiss edirdim.

Mən daha çox “Lancom”un “Grandiose” tuşundan istifadə edirəm. Tuş çox praktikdir və kirpikləri uzun göstərir. Bundan əlavə, həmin brendin “Miracle Air de Teint tonal” kremindən istifadə edirəm. Onun yarışəffaf qatı dərini tam “itməyə” qoymur. Gündəlik həyatda təbii tonlardan istifadə edirəm. Al-əlvan rəngləri onsuz da səhnə və çəkiliş meydanında istifadə etməli oluram...

Qadının keçirə biləcəyi ən gözəl hisslər analıq hissləridir. Ana olmaqla özünüzü tam fərqli insan kimi hiss edirsiniz.

Yemək bişirməyi çox sevirəm. Daha çox ispan və italyan mətbəxini bəyənirəm. Mən bir neçə xəmir xörəklərinin reseptini də bilirəm”.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR