• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Sevgidən danışa bilmirəm, ona görə riyaziyyatdan danışacağam

Sevgidən danışa bilmirəm, ona görə riyaziyyatdan danışacağam

Yeni dünya bestselleri... Düz iki həftə bestseller siyahısına liderlik etmiş “Ulduzlar günahkardır” (The Fault in Our Stars) kitabı 2014-cü ildə ekranlaşdırılıb. Kinoteatrlara buraxıldığı vaxtdan etibarən film tamaşaçıları düşünməyə vadar etdi. Çünki roman müasir dövr üçün aktual olan bir mövzuya həsr olunmuşdu.

Süjetə görə, gənc qız – 17 yaşlı Heyzel neçə illərdir ki, xərçəng xəstəliyinin ağır bir növündən əziyyət çəkir. O, möcüzəvi şəkildə sağ qalıb, lakin onun nəfəsi hər an dayana bilər. Heyzel məktəbə getmir, öz fantaziyalarında yaşayır və depressiyadan əziyyət çəkir. Qəfildən onun həyatında dönüş nöqtəsi baş verir – Oqastus onun həyatını büsbütün dəyişir. Lakin xərçəngin qurbanı olan oğlan öz ölümü ilə gətirdiyi sevinci də özüylə aparır.

“Bu kino ki var” layihəsi milyonlarla insanı göz yaşlarına qərq edən filmdən bir sıra sitatları təqdim edir.

Əsl sevgi çətin zamanlarda yaranır...

Ağrı tələb edir ki, onu hiss edəsən...

Qara günlərdə Allah həyatımıza yaxşı insanları göndərir...

Bu, metaforadır, özün bax: sən dişlərinin arasında siqaret kimi ölümcül bir şeyi tutub saxlamısan, lakin onu səni öldürməsinə icazə vermirsən...

Yaxşı dostları tapmaq da çətin olur, unutmaq da...

Sənin sındırdığın ürəklə gəzmək mənim üçün böyük şərəfdir...

Mənim fikirlərim ulduz topasına qovuşa bilməyən tənha ulduz kimidir...

Zaman bütün fahişələrin içərisində ən pisidir - hər kəsi çölə tullayır...

Sevinci ağrısız necə duymaq olar axı?..

O, kitab oxuyanda mən onu sevdim. Bu sanki yuxuya getmək kimi idi: əvvəcə yavaşca mürgüləyirsən, sonra isə hər şey qəfildən baş verir...

Sarkoma xəstəliyi (sümük xərçəngi) adətən əl-ayağı aparır. Əgər siz onun xoşuna gəlsəniz, yerdə qalanları da aparacaq...

Amsterdama gələnlər çox vaxt buranın günahlar şəhəri olduğunu güman edir. Lakin mən deyərdim ki, bura daha çox azadlıq şəhəridir. Əfsus ki, azadlığı çox adam günah kimi görür...

Səni xatirələri ilə bağlayan insanı itirmək yaddaşını itirmək kimidir. Sanki bizim etdiyimiz hər bir şey bir neçə saat bundan əvvəl öz gerçəkliyini və əhəmiyyətini itirib...

Ağrı sap kimidir: nə qədər möhkəmdirsə, bir o qədər də qiymətlidir...

Mən səni sevirəm, bilirəm ki, sevgi boşluqda haray kimidir, unutqanlıq qaçılmazdır, bizim hamımız məhkum olunmuşuq və gün gələcək hər şey toza çevriləcək. Bilirəm ki, gün gələcək, Günəş Yer kürəsini udacaq, amma mən yenə də səni sevirəm...

- Vaxt gələcək, - mən dedim, - bizim hamımız öləcəyik. Hər şey öləcək... Vaxt gələcək, insanlar öləcək, onları və əməllərini, heç Aristotel və Kleopatranı da xatırlayan olmayacaq, o ki qaldı, səni xatırlasınlar. Biz nələr etmişiksə - tikdiklərimiz, yazdıqlarımız, fikirləşdiklərimiz, ixtiralarımız hamısı unudulub gedəcək. Əllərimlə qazandıqlarım izsiz-tozsuz yoxa çıxacaq. Bunun tezliklə və ya milyon ildən sonra baş verəcəyini bilmək olmaz, ancaq biz Günəşin məhv olmasına qədər yaşasaq belə, bəşəriyyət əbədi qalmayacaq. Bizə qədər mövcud olan canlı orqanizimlər bizdən sonra da mövcud olacaq. Əgər unudulmaqdan qorxursansa, təklif edirəm ki, hamı kimi sən də bu qorxuya etinasız yanaşasan...

Dünya arzuları gerçəkləşdirən sehirli fabrik deyil...

Sevgi istənilən vaxt sözünün üstündə durmaq deməkdir...

- Mən əsil sevgiyə inanıram, başa düşürsən? İnsanlar görmə qabiliyyətini itirir, hansısa bir lənətəgəlmiş xəstəliyə düçar olur. Lakin hər kəsin qəlbində ömrünün sonundək davam edən əsil sevgi hissi olur...

- Mənim adım Heyzeldir. Oqastus Uoters, sən mənim həyatımın ən böyük sevgisisən. Bizim aramızda böyük bir sevgi yaşanıb. Göz yaşlarına qərq olmadan mən bu sevgidən danışmaya bilmirəm. Mən sizə heç bu sevgidən də danışmayacam, çünki hər bir böyük sevgidə olduğu kimi, biz bir yerdə öləcəyik. Mən elə düşünürdüm ki, Oqastus mənim məzarım üstündə danışacaq, lakin... Doğrudan da, mən sevgidən danışa bilmirəm, ona görə də sizə riyaziyyatdan danışacağam. Mən riyaziyyatda güclü deyiləm, ancaq bir şeyi dəqiq bilirəm: sıfır və vahid arasında çoxlu ədədlər var. Onda bir, yüzdə iyirmi, mində yüz iyirmi və sair kimi ədədlər var. Əlbəttə, sıfır və iki və ya sıfır və milyon arasında daha çox ədədlər. Ədədlərdən hər biri digərindən daha çox sonsuzdur. Bunu bizə bəyəndiyimiz bir yazıçı öyrətmişdi. Gün və günlər var ki, şəxsi sonsuzluğumun miqyasından küsürəm və əsəbiləşirəm. Mən daha çox zaman istəyirəm, yaşamaq istəyirəm və daha çox Oqastusun yaşamasını istəyirəm. Oqastus, sevgim mənim, bizim bu qısa sonsuzluğumuza görə, sənə minnətdaram. Sən mənə saylı günlərimdə xoşbəxtlik verdin. Çox sağ ol...

Mən sanki “Amerika təpələri” attraksionundayam, yalnız və yalnız yuxarıya doğru gedirəm, dostum...

Depressiya – ölümün əks effektidir. Xərçəng də, ölümün əks effekti hesab olunur...

Məndən uzaqlaşmaqla sənə olan sevgimi azaltmadığını başa düşürsən?..

Dünya insanlar üçün yaranmayıb, insanlar məhz dünya üçün yaranıb...

Bəzən sən elə bir kitab oxuyursan ki, dünyan məhv olur. Bütün bəşəriyyət o, kitabı oxumayınca sənin dünyan bərpa olunmur...

- Hər bir xilas müvəqqətidir. Mən dəqiqələr aldım, dəqiqələr saat, saat isə illərlə əvəzləndi. Lakin bu əbədiyyətə çevrilmir...

Xərçəng – insanları udmaqla məşğul olan inkişaf edən biznes növü kimidir. Nəyə görə bu biznesə vaxtından əvvəl güzəştə gedək?

Mən spirtli içkiyə Çörçil kimi yanaşıram: zarafat edə bilərəm, İngiltərəni idarə edə bilərəm, istədiyim hər şeyi edə bilərəm, lakin içməyə bilmərəm...

17 yaşımda anam mənim depressiyada olduğumu düşündü. Çünki mən evdən çox nadir hallarda çıxardım, eyni kitabı dəfələrlə oxuyardım, az yemək yeyərdim və boş vaxtlarımda ölüm haqda düşünərdim...

Ölümün şərəflisi olmur. Həmişə nədənsə ölürsən...

Gör nə deyirəm, gələcəkdə evimə alimlər gəlib mənim görməyən gözlərimə elektron göz qoysalar belə, onları qəbul etməyəcəyəm. Çünki sənin olmadığın dünyanı görmək istəmirəm...

- İnsanlar gözəlliyə alışır.

- Mən isə sənə hələ də öyrəşməmişəm...

Oqastus Uotersin ölümü haqda danışmaq istədiyim yeganə adam elə Oqastus Uotersin özü idi...

- İlahi, inanana bilmirəm ki, belə standart arzuları olan qızı sevirəm...

- Ayzeki əməliyyat ediblər. Əməliyyat uğurla keçdi. İndi o, rəsmən XƏO-du.

- XƏO?

- XƏO - xərçəng əlamətləri olmayan deməkdir. Amma... Demək istəyirəm ki, o indi həmişəlik görmə qabiliyyətini itirib...

Xərçəng bonusları – bu, sağlam insandan çox onkologiyadan əziyyət çəkən uşaqlara verilən hədiyyələrdir: çempionların imzası olan basketbol topu, ev tapşırıqlarını asudə vaxtda etmək, sürücülük vəsiqəsinin vaxtından əvvəl verilməsi və sair...

Mən həyəcanlanırdım. İnsan olmağım məni sevindirirdi. Həyəcan – ölümün daha bir əks effektidir...

Atam həmişə deyərdi ki, insanları katibə və ofisiantla necə davranmağına görə mühakimə etmək olar...

Və biz öpüşdük. Mənim əlim oksigen balonundan aralanıb Oqastusun boynunu qucaqladı. Onun azca açılmış dodaqları mənimkinə toxunduqda mən yeni bir üsulla boğulduğumu hiss etdim. Bizim ətrafımızda hər şey itdi və bir anlıq tezliklə məni tərk etməyə hazırlaşan bədənimi sevdim. Bədənimin artıq xərçəngdən korlandığını, metastaz içində olduğunu unutdum...

Ölmək çox axmaq məşğuliyyətdir...

Yüksələn günəşin gözqamaşdırıcı şüası sənin sönən gözlərinə düşdükdə ləyaqətini saxlamaq çətin olur...

Ölən insanlar haqda yazmaqla onları dirilmirləe. Sözlər qoruyub saxlayır, lakin diriltmir...

İndi Yer kürəsində 7 milyard diri və təxminən 98 milyard ölü insan var...

- Bilirsən, mən nəyə inanıram? Xatırlayıram, kollecdə oxuyanda riyaziyyat fənnindən yaxşı bir müəlliməmiz vardı. O, söhbətinin tən yarısında dayanıb deyərdi: “Hərdən mənə elə gəlir ki, Kainat insanlardan onu görməyini istəyir”. Bax, mən də buna inanıram. İnanıram ki, Kainat bizdən onu görməyi tələb edir. Hesab edirəm ki, Kainatın da dərrakəsi var və o, zəkalı insanları seçir. Bəli, öz zərifliyini nümayiş etdirmək üçün Kainat məhz zəkalı insanları seçir...

Bu, dözülməz idi. Yaşanan hər bir saniyə əvvəlkindən daha pis idi. Mən ona zəng etmək və onu görmək istəyirdim. Mənə kimin cavab verəcəyi maraqlı idi. Onun ölümünün son həftələrində, sanki, vaxtı azaltmışdılar. Mən xatirələrdən həzz almaq hissindən məhrum olmuşdum...

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR