• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İyirmi ildir ki, kişilərlə öpüşürəm – FOTOLAR

İyirmi ildir ki, kişilərlə öpüşürəm – FOTOLAR

“Mən 20 ildir ki, kişilərlə öpüşürəm. Və bütün bu illər ərzində hər dəfə nəyisə düzgün etməyəcəyimdən qorxuram. Öpüş üçün ehtiras vacibdir. Siz rolun alınması üçün hər bir şeyi oynaya bilərsiniz, ancaq öpüşü yox. Bu, çox çətindir”.

Ona “Hollivudda ulduzu olmayan tanınmışlardan biri” deyirlər: Reyçel Makadamsı çox nadir hallarda səs-küylü ictimai yerlərdə, reklamlarda görə bilərsiniz.

Reyçel 1978-cı il noyabrın 17-də Kanadada dünyaya göz açıb. O, mətbuatdan və ekranlardan qaçaraq vətənindəki sakit, xudmani evində yaşamağı sevir. Təvazökar aktrisa evini düz 12 il əvvəl “Rəzil qızlar” (“Mean girls”) filmindən qazandığı qonorara alıb.

Kanada əsilli Reyçel, elə bir çox kanadalı qızlar kimi uşaqlıqda fiqurlu konkisürməyə meyli olub. Dörd yaşı olarkən valideynləri onu konkidə sürüşmək üçün buz meydançasına gətiriblər. Kim bilir, Reyçel 10 yaşında teatrla maraqlanmağa başlamasaydı, bəlkə də, indi Olimpiya çempionu idi.

“Mən film izləməyi xoşlayıram və bunu tez-tez etməyə çalışıram. Bizim ailədə uşaqlıqda belə bir adət vardı: hər bazar günləri ailə üzvləri ilə kinoteatrda gedərdik və ya kirayə kino kaseti götürüb evdə baxardıq”.

Ümumiyyətlə deyək ki, Reyçelin karyera baxımından hər zaman bəxti gətirib. O, təkcə qazanmadığı 2 möhtəşəm rola görə təəssüf hissi keçirə bilər. Birincisi, onda bəxti gətirmədi ki, “Fantastik dördlük” filmində baş rol Reyçelə yox, digər aktrisaya verildi. İtirdiyi ikinci möhtəşəm obraz isə Ceyms Bondun sevgilisi rolu idi. Bu haqda sonra daha ətraflı danışacağıq...

Ancaq Reyçel də hadisələrə kənardan durub baxmadı: intiqam almaq lazım idi! Onu qarşıda daha uğurlu filmlər və perspektivli ulduz tərəfdaşlar gözləyirdi. “Böyük oyun” filmində o, Ben Afflek, Rassel Krou və Helen Mirren kimi dahi aktyorlarla birgə çəkildi. Reyçel karyerasının zirvəsinə doğru qalxdı və 2009-cu ildə rejissor Qay Riçinin “Şerlok Holms” filmində çəkildi. Bu rolu yalnız arzu etmək olardı. Axı onun filmdəki tərəf müqabilləri Robert Dauni və Cud Lou idi. Hələ bu harasıdır? Reyçelin filmdən aldığı qonorar 5 milyon dollar idi. Və nəhayət, 2011-ci ildə ekranlara Vudi Allenin “Parisdə gecəyarı” (“Midnight in Paris”) filmi çıxdı. Dahi rejissor film üçün baş rollardan birində yalnız Reyçeli görürdü. Vudi Allen etiraf edib: “Mən istəyirdim ki, Reyçel pis qız rolunu oynasın. Pis rolda olmasına baxmayaraq, onun seksuallığı filmi daha da maraqlı edir. Reyçeldən ötrü dəli-divanəyəm. Mən öz filmlərimdə çəkdiyim hər bir qadını böyük məmuniyyətlə görüşə dəvət edərdim”.

Reyçel Makadamsı görüşə dəvət etmək istəyən rejissorlar içərisində Vudi Allen yeganə adam deyildi. Yeddi ildir ki, bu qız dünyanın ən gözəl və seksual qadınları siyahısından düşmür ki, düşmür...

Lakin Makadams o insanlardan deyil ki, mətbuatın yazdıqlarından məmnun olub əlini əlinün üstə qoyub bundan zövq alsın. O, heç mətbuata özü haqda pis xəbərlərin yayımlanmasına da şərait yaratmır: adı heç bir qalmaqlada hallanmayıb, saysız-hesabsız sevgililəri ilə fəxr edə bilməz.

2004-cü ildə “Yaddaş gündəliyi” (“The Notebook”) melodramının çəkilişləri zamanı Reyçelin dillər əzbəri olan sevgi romanı başlandı: çəkiliş meydanında Reyçel Makadams və Rayan Qoslinq arasında əsl məhəbbət yaşandı. Qeyd edək ki, bu yaxınlarda aktrisa Yeva Mendez ondan övlad dünyaya gətirib...

Bir çox izləyicilər onların sevgisinə pərəstiş edilirdi. Hər iki aktyor filmdən sonra sevilməyə başlandı, lakin... bu sevgi cəmi 3 il davam etdi. Onlar bir ildən sonra yenidən görüşmək üçün ayrıldılar. Münasibətlərini qorumaq üçün əlaqələrində tez-tez fasilə verən cütlük bununla sevgisini qoruyacağını düşünürdü. Amma sonuncu dəfə bu alınmadı və onlar bir dəfəlik ayrıldılar.

“Dramatik filmlərdə çəkilməyi daha çox sevirəm. Çünki drama personajın xarakterini gizləməyə tamamilə imkan verir. Nə sevgi və münasibətləri oynamaq qədər emosional ola bilər? “Möcüzəyə doğru” filmi bir-birindən yorulan və kənarda emosiya axtarmağa çalışan sevgililər barədə ağır psixoloji filmdir. Mənsə şəxsən bu cür fikirləşirəm: əgər sən insanı sevirsənsə, ona ikinci şans da verməlisən. Bu fikirlə tamamilə razıyam. Sevgilinlə aranda olan hisslərə aydınlıq gətirmək üçün bəzən ondan uzaqda yaşamalısan. Bu, “amneziya halına keçid” üçün lazımdır. Bir müddətdən sonra amneziya öz işini görür və sən öz partnyorunu yeni bir insan kimi qavrayırsan və əvvəllər yaranmış xoşagəlməz hadisələr tamamilə yuyulub gedir. Bu, eksperiment çox zaman alınmaya bilər. Ancaq mən insanlar tanıyıram ki, bu yolla münasibətlərini bərpa edə biliblər. Hər necə olsa belə, hesab edirəm ki, əgər taleyində bu insan varsa, demək, onunla da qalacaqsan”.

Qoslinqdən ayrıldan sonra Reyçelin adı daha iki dəfə adı sevgi mövzusunda hallanır.

“Parisdə gecəyarı” filminin çəkilişləri zamanı Reyçel bir daha “işdə məhəbbət macərası” yaşayır. Bu dəfə onun seçimi Maykl Şin idi. Reyçel bir dəfə tərəf müqabilini sevmək kimi uğursuz sınaqdan keçdiyi üçün əvvəl-əvvəl Mayklla arasında məsafə saxlamağa çalışırdı. Amma çəkiliş bitdikdən sonra aktyorlar bir yerdə görünməyə başladılar. Lakin bu münasibətlər də uzun sürmədi. Gərgin iş qrafiki və uzun müddət bir-birindən aralı qalmaq hər ikisi üçün sınaq idi. Onlar bu sınaqdan uğurla keçib yeni mərhələyə addımlaya bilmədilər.

“Həyatıma nəzər salanda, həqiqətən də, mənim bütün sevgi macəralarımın çəkiliş zamanı yarandığını görmək olar. Burada heç bir təəccüblü bir şey də yoxdur. Kino çəkilişləri sənin gününün çox hissəsini alırsa, çəkilişdən kənarda özünə uyğun insan tapmaq da müşkül məsələyə çevrilir. Ona görə də çəkiliş zamanı sevgiyə anormal baxmaq olmaz. Bundan əlavə, mən iş və şəxsi həyatı bir-birindən ayrı saxlaya bilirəm.

Daim sevgi aclığı hiss edən insanlardanam. İş onda deyil ki, mən məntiqlə düşünmürəm. Sadəcə, bir insan kimi emosionalam və sevmək hissinə hər zaman ehtiyac duyuram. Mən ehtirassız həyatı çox darıxdırıcı hiss edirəm”.

2006-cı ildə Reyçel karyerasında fasilə götürərək ömrünün 1 ilini sevdiyi insanlara və dostlarına həsr edir. Son zamanlar isə Reyçel daha çox film çəkilişlərinə önəm verməyə başlayıb. O, ildə 2-3 filmdə çəkilir.

Reyçelin mələk kimi görünməsinə aldanmayın. Onun bir çox həmkarları akrtisanı “Rəzil qızlar” filmində canlandırdığı obrazdan fərqləndirmirlər. Deyilənlərə görə, Reyçel lovğa və ziyankar adamdır. Onun haqqında hələ daha pis şey də deyirlər. Məsələn, aktrisa şıltaqlığı üzündən boş bir şeydən qalmaqal yarada da bilər. Buna görə də, ona uğur qazandıra biləcək bir çox rollarından məhrum olub. “Fantastik dördlük” filmində dar kostyumu geyinmək istəmədiyindən roldan imtina edib. Onun əvəzinə isə bu geyimi Cessika Alba geyinməli olub. “Vida öpüşü” filmində isə rejissor Toni Qoluinlə mübahisələri düşüb və nəticədə, o, rol almayıb. Ceyms Bondun sevdiyi qadın rolundan isə baş qəhrəman Deniel Kreyqə görə imtina edib. Belə deyək ki, Reyçel bu rolu oynayan Deniel Kreyqin ehtiraslı baxışlarını özü üçün təhqir hesab edib. Ərköyün Reyçel filmlərin birində də baş qəhrəmanla yaranmış fikir ayrılığına görə, rolunu itirməli olub. Aktrisanın pis xasiyyəti üzündən üç illik sevgilisi Rayan Qoslinqlə arasında da çəkilişlər zamanı fikir ayrılıqları yaranar və tez-tez mübahisələr düşərdi. Son dövrlərin ən romantik filmi hesab olunun “Yaddaş gündəliyi” filminin çəkilişləri zamanı Rayan filmin rejissoruna yaxınlaşaraq deyib: “Nik, bəlkə Reyçeli filmdən uzaqlaşdırıb başqa bir aktrisa götürək? Mən onunla oynaya bilmirəm”. Çəkilişlər zamanı Reyçel və Rayan bir-birinin üstünə qışqırar, alınmayan kadrlara görə qarşı tərəfi günahkar çıxarardılar.

“Mən “Yaddaş gündəliyi” filminə çəkilməyindən çox razı qaldım. Film mənə həyatımda dəyərli insanlar verdi. Onunla münasibətlərimiz siz düşündüyünüzdən də romantik idi”.

Mətbuat konfransların birində Reyçel jurnalistlərin sual atəşinə məruz qaldı. O, sakitliyini qoruyub saxlamağa çalışırdı. Ta ki, ona Rayan Qoslinq haqda sual verilənə qədər - jurnalistlərdən biri onun hələ də Rayana zəng etməyinin səbəbini soruşdu. Bəli, Reyçelin indiyədək Rayanın mobil telefonuna zəng etməsi heç Yeva Mendezin də xoşuna gəlmir. Jurnalist Yeva ilə Rayanaın toy edəcəyini və Reyçelin nəyə görə aktyora zəng etdiyini soruşduqda aktrisa deyib: “Biz hələ baxarıq, toy baş tutacaq ya yox?!”.

“Mən müsahibəyə və ya hansısa bir jurnalistin görüşünə gedərkən nə danışacağımı əvvəldən düşünmürəm. Çalışıram ki, tam sərbəst olum. Müsahibə zamanı məni narahat edə biləcək bir şey varsa, o da aclıq hissidir. Yaxşı yeməyi çox sevirəm, ona görə də, hara gedirəmsə yol üstü aclıq hissimi öldürmək üçün yeyirəm.

“Ehtiras” filmində lezbiyan meyilli qız rolunu oynamışam. Yaxşı ki, tərəf müqabilim Numi Rapas idi. Film çəkilişləri zamanı biz o qədər gülürdük ki. Çoxdandır ki, belə əylənmirdim.

Həyatda ən böyük arzum ailəmin və çoxlu uşaqlarımın olmasıdır. Sevdiyin insanların qarşısında sevgilinə sadiqlik andı içməkdən daha gözəl nə ola bilər? Ancaq hər şeydən çox ailənin möhkəm olmasını istəyirəm. Ona görə də bir dəfə ailə həyatı qurmaq və seçimimdə yanılmamaq istəyirəm”.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR