Alen Delonun ən ağrılı məhəbbəti - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Alen Delonun ən ağrılı məhəbbəti - FOTOLAR

İki gözəl insanın görüşü baş tutursa, bu mütləq sevgi ilə nəticələnməlidir. Bu gənc cütlüklə də eyni şey baş verdi: Avstriyalı aktrisa Romi Şnayder və qayğısız fransız aktyoru Alen Delon...

Birinci dəfə onlar Vyana hava limanında görüşürlər. Alen Delon “Kristina” filminin çəkilişlərinə görə bura gəlmişdi.
İlk görüşdə onların bir-birilərindən bir o qədər xoşları gəlmir. Ümumi hansı cəhətləri vardı ki?...
Romi varlı aristokrat ailənin qızı idi. İyirmi yaşında o artıq Almaniyanın sevimlisi idi və yenibaşlayan ulduzlar arasında ən çox qazanan aktrisa idi.

Və heç kimin tanımadığı aktyor, atalığı qəssab, anası əczaçı olan Alen.
Lakin tezliklə gənclər arasında simpatiya yaranır, çox keçmir ki, simpatiya əsl məhəbbətə çevrilir. Bütün film çəkilişlərində qızının yanında olan Rominin anası onun Alenlə münasibətlərini bir o qədər də bəyənmirdi.
Film çəkilişi bitdikdən sonra Alen Parisə, öz kiçik mənzilinə gedir və yatır. Birdən qapının zəngi çalınır. Gələn Romi idi. Bax bu zaman onların əsl nişanı baş tutur. Bundan sonra Romi Şnayder və Alen Delon bir ili birgə (1960-cı il) Parisdə keçirirlər.

Romi elə fikirləşirdi ki, Alenin yanında olub, bütün işlərindən xəbərdar olduğu müddətdə, Alen onsuz yaşaya bilməyəcək.
Romi ona təklif olunan bütün müqavilələrdən imtina etdiyi bir vaxtda, Alen əksinə, özünə karyera qururdu.
Günlərin bir günü Delonun dizi üstündə əyləşən bir qızı görəndən sonra Romi anlayır ki, Alen daim ona xəyanət edəcək. Elə belə də olur...

Bu ərəfədə Delonun işləri yaxşı gedirdi və o, Lukino Viskontinin filmində belə çəkilməyə imkan tapır. Münasibətlərinin daha davam edə bilməyəcəyini Delon Romiyə məktub yazaraq bildirir. O, Romiyə Natali Bartelemi və dünyaya gələcək oğlu barədə yazır.
Romi Alenlə ayrıldıqdan sonra özündən 14 yaş böyük olan “Komediya” adlı Berlin teatrının direktoru və rejissoru Qarri Meyenlə tanış olur və tezliklə evlənirlər. Onların Kristofer adlı oğulları dünyaya gəlir. Romi bir neçə illik kinonu tərk edir.

Lakin 1969-cu ildə “Hovuz” filmində çəkilmək təklifi gəlir və o, bu təklifdən imtina edə bilmir. Film çəkilişləri zamanı Romi və Alen arasında heç bir münasibətin yaşana bilməyəcəyi aydın olur. Lakin onlar dost olaraq qalırlar.
Romi Şnayderin sonrakı həyatı faciə ilə bitir. Daimi depressiyalar və əri ilə anlaşılmazlıqlar boşanmaya gətirib çıxarır. Bir neçə filmdə çəkilən Romi karyerasında xeyli irəliləyir.
Daha sonra o, Daniel Byaziniylə ailə həyatı qurur. Az keçmir ki, ondan hamilə qalır. Lakin avtomobil qəzası zamanı Romi uşağı itirir. Bir neçə gündən sonra isə Romi müəllimi Lukino Viskontinin öldüyünü öyrənir. Romi başını işlə qatır. 1977-ci ildə onun qızı dünyaya gəlir.

İki ildən sonra Romi keçmiş ərinin ölümü barədə dəhşətli xəbər alır, müəyyən vaxt keçdikdən sonra isə onların birgə oğlu Devid faciəli şəkildə həlak olur. Həyatının bu çətin məqamında Alen ona yardım əlini uzadır. O, yenidən Romi ilə yaxınlaşmaq cəhdini edir və birgə filmdə çəkilmək təklifini edir. Ancaq Romi Byazini ilə ayrılır və öz kədərini alkoqol və antidepressantların yardımı ilə unutmağa səy göstərir.
Yeni evə köçən Romi sonuncu filmdə çəkilir və onu oğluna həsr edir. 1982-ci ilin 29 mayında qəbul etdiyi antidepressantlar səbəbindən Romi Şnayder vəfat edir.

Alen Delon “Pari Maç” qəzetində sevimli Romisinə açıq məktub yazır: “Sən deyirdin ki, həyatdan başın çıxmır, əvəzində yaxşı kino yarada bilirsən. Ancaq aktyorun uğurları artıqca, bir o qədər o bədbəxt olur. Qreta Qarbo, Rita Heyuordun taleləri buna misaldır. Və səninki... Bu qadın üçün qorxunc sənətdir. Mən bunu səni hamıdan yaxşı tanıyan və anlayan bir kişi və bir aktyor kimi deyirəm. Kimsə deyəcək ki, sən mif olmusan.
Ancaq öz tənhalığına qapılan bu mif mənim evimə gəlir və sevimli Romimə çevrilirdi.O qadını heç kim başa düşmürdü...”

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm