Edip kompleksi, bakirə qızlarla seks, narkotiklər – məşhur müğənninin həyat hekayəsi – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Edip kompleksi, bakirə qızlarla seks, narkotiklər – məşhur müğənninin həyat hekayəsi – FOTOLAR

Rok-n-Rol kralı Elvis Preslinin yemək və narkotik maddələrə sevgisini, dostlarına bahalı hədiyyələr almasını çox adam bilir. Onun xüsusilə bakirə qızlarla sekslə məşğul olmağa üstünlük verməsi də hamıya məlumdur.

“Oxford University Press” mətbuatı Coel Uilyamsın “Elvis Presley” adlı kitabını nəşr edib. Kitabda Elvisin seks və intim həyatı təsvir olunub.

Elvis qondarma hekayələr danışaraq qadınları gecəni onunla keçirtməyə sövq edirmiş. O, bəzən qadınlardan ana nəvazişi gözləyir və tənha qalmaqdan qorxurdu.

Lakin Elvis sevgili rolunu yaxşı oynaya bilmir və onun seks bacarıqları qadınlar tərəfindən yüksək qiymətləndirilmirdi. Məsələn, aktrisa Sibil Şepard 1972-ci ildə onunla intim yaxınlıq edib və onun yataqda o qədər də yaxşı olmadığını deyib.

Müğənni daim diqqət mərkəzində olmağı və qadınları cəzb etməyi sevərdi. Çox zaman da istədiyinə nail olurdu. Məsələn, qadınlar daim onu izləyir və Elvisin yatağına düşmək üçün əllərindən gələni edərdilər.

Elvisin anası 1958-ci ildə vəfat etdikdən sonra isə rok-n-rol kralı seks həyatı bir az da çiçəklənir. 1958-ci ildən 1977-ci ilə - vəfat edənə qədər Elvis hər gün yatağına bir qadın gətirərdi. Onun evində yaşayan Lamar Fike xatırlayır: “Onun seksual iştahası çox, çox güclü idi”.

Hələ bir dəfə Elvis 14 yaşlı üç yeniyetmə qızı evinə toplayıb, onlarla “balış davası, qıdıqlama və öpüşmə” oyunu oynayıb. Bu hələ azmış kimi, 82 kiloqram çəkiyə malik olan Elvis 22 yaşlı qızlardan da trio təşkil edərək onlarla güləşərdi.

Elvis arvadı Prisilla və daha başqa bir qızı da hamam otağında sekslə məşğul olmağa vadar edərək onları kənardan izləyib və bunu lentə alıb.

1966-cı ildə Elvis menecerinin məsləhəti ilə Prisilla ilə evlənib. Bir il sonra onların qızı Liza Mariya doğulub. Bundan sonra Elvis arvadından üz döndərək başqa qadınlara üz tutub.

Elvis daha çox bakirə qızlara üstünlük verirdi. Günlərin birində Elvis bakirə qızlardan birini izləməyə başlayır. Lakin qız onun evli olduğunu nəzərə alaraq günah işlətmək istəmir...

Elvis Presli tez-tez ölüm təhdidi alardı. Ona görə də hər tədbirdən sonra hamı ilə vidalaşardı. Müğənni hər konsertini sonuncu kimi qəbul edərdi. Elə olurdu ki, Elvis konsert səhnəsinə çıxarkən ayaqqabısında tapança gizlədərdi.

Milyonlar üçün Elvis kumir və rokun kralı kimi qaldı. Onun hər şeyi vardı. Lakin ömrünün son günlərində Elvis depressiya və yorğunluqdan əziyyət çəkirdi. O, artıq narkotiklərlə yatıb-dururdı. Narkotiklər onun həyatının mənasına çevrilmişdi...

Elvis narkotiklərin vurğunu idi. Həyatının son illərində verdiyi konsertlər isə biabırçılıq idi. Hətta bir dəfə Las-Veqasda konsert zamanı səhnədə karate səhnəsini göstərdiyi üçün pərəstişkarlar zalı tərk etməli olmuşdular...

Elvis hamam otağında olarkən ürəyi dayandı. Sonra isə onu tapdılar və bütün dünya rok-n-rol kralının ölməsindən xəbər tutdu. Onun meyiti düz 3 saat hamam otağında qalmışdı.

Onun seksual həyatı isə başdan-ayağa pozğunluqdan ibarət idi. Elvis evinin bütün divarlarında yarımşəffaf güzgülər quraşdırmışdı. Güzgülərin köməyi ilə Elvis evində dostları üçün təşkil etdiyi orgiya məclisini izləyirdi. O, çarpayısında uzanaraq qonşu otaqda baş verənləri seyr edirdi. Onun güzgü fırıldağından heç kimin xəbəri yox idi. Elvis bütün bunları lentə alardı.

Bəs nəyə görə dünyaşöhrətli insan seks düşkününə çevrildi?

Elvis anasına bağlı olan insan olub. Anası isə onu az qala əlləri üstündə gəzdirərdi. Elə günlər olurdu ki, Elvis anasının çarpayısında yatardı. O, məktəbi bitirənə kimi anası onu hər yerdə müşayiət edərdi. Yuxarı siniflərdə valideyninin bu hərəkəti gənc oğlanı utandırmağa başladı. Anası isə öz növbəsində yenə oğlunu müşayiət etməkdə davam edirdi. Amma bu dəfə yolun o biri üzündən...

Elvis Presli ailəsi ilə tez-tez kilsəyə gedərdi. Hətta bir dəfə kilsə xorunda ikinci yerə çıxan Elvis 5 dollar qazanmışdı.

Utancaq və yaraşıqlı oğlan Elvis bütün qızların maraq dairəsində idi.

Texasda hərbi xidmət keçərkən onun sevimli anası xəstələndi. Elvis xəstəxanaya yerləşdirilmiş anasını görməyə tələsirdi, lakin çata bilmədi... Onun gəlişinə 3 gün qalmış qadın vəfat etdi. Elvis anasının məzarı üstündə isterika ilə ağlayaraq bir neçə dəfə huşunu itirdi. Ana-bala arasında olan münasibətlər ilahi səviyyəyə qaldırılmışdı. Ehtimal olunur ki, anasının ölümü Elvis üçün ağır zərbə idi və bundan sonra onda seksual problem baş qaldırmağa başlandı. O, qadınlarda ana qayğısı axtarırdı. Bəlkə də, elə buna görə bəzi hallarda Elvis qadınları evinə apararaq intima yaxınlıq etmədən gecəni onlarla keçirərdi.

Sonra da Presli Almaniyada hərbi xidmət çəkməyə göndərilir. Elə orada olarkən Elvisin seksual hərəkətləri haqda Amerikaya xəbərlər yayılır. Xidməti dövründə Elvis ilk dəfə olaraq narkotik maddələr istifadə etməyə başladı.

O, gələcək arvadı Prisilla ilə Almaniyada tanış olmuşdu. Prisilanın hələ 14 yaşı vardı. Lakin onların toyu 7 ildən sonra baş tutdu. O zaman Elvis vətənində artıq məşhur idi. Onun mahnıları yeniyetmələrin və gənc nəslin zövqünü oxşayırdı.

Elvisin evində çalışan cangüdən etiraf edir: “Onun evi Hollivudun məşhur subaylarının yuvasına çevrilmişdi. Gecə əyləncələri, adətən, axşam saat 10-dan sonra başlayardı. Evə vasvası Elvisin zövqü ilə seçilmiş qadınlar təşrif buyurardı. O, daha çox bəstəboy və gözəgəlimli qadınları xoşlayardı. Qadınların boyu 155 santimetrdən böyük, çəkiləri isə 50 kiloqramdan artıq olmamalı idi. Əsas o idi ki, qızlar çox gənc və bakirə olsun, yaşları 18-i haqlamasın. Elvis onları soyundurar və qızları ağ alt paltarında müşahidə etməyi sevərdi”.

O, daha çox yeniyetmələrə və arıq bədən formalı qızlara üstünlük verərdi.

Elvis artıq lovğa və təkəbbürlü olmuşdu. Müğənninin fikrincə, hamı ona sitayiş etməli idi. Qadınlardan hər hansı biri etiraz etdikdə isə Elvisin əsl xarakteri özünü göstərirdi. Qadınlarla pis davranaraq onların üstünə qayçı ilə hücum çəkərdi. Rok-n-rol kralının Skatter adlı meymunu da vardı. Elvis onu içizdirər və qonaqların üstünə salardı.

Başgicəlləndirici şöhrətə malik olmasına baxmayaraq, Elvis sevgidə bədbəxt idi. O, bütün həyatı boyu yalnız bir qadını – Cun Cuanikonu sevib. Elvis və Cun gənclik vaxtlarında tanış olub.

Elvis onu həqiqi sevərdi. Lakin Elvisdən səs-səmir çıxmırdı və onun bu hərəkəti, daha doğrusu, hərəkətsizliyi qıza başqa çıxış yol qoymadı - Cun başqa bir adama ərə getdi.

Hər halda, müğənni həyatı boyu yalnız bir qadına qiymət verib. Bu qadın onun anası Qledis idi.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm