“Söz ver ki, məni heç vaxt sevməyəcəksən” – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Söz ver ki, məni heç vaxt sevməyəcəksən” – FOTOLAR

Lendon Karter öz məktəbinin sevimlisidir.

O, müstəqil və yaraşıqlıdır. O hətta keşiş qızı Ceymi Sallivana belə fikir vermir. Lakin hadisələr kökündən dəyişir. Lendon qıza onu sevməyəcəyi haqda söz versə də, sözünün üstündə dura bilmir. İş ondadır ki, Ceymi sağalmaz bir xəstəliyə düçardır...

“Bu kino ki var” layihəsi bu gün Nikolas Sparkın kitabı əsasında çəkilmiş “Sevməyə tələs” (“A Walk to Remember”) filmindən olan sitatları təqdim edir.

Qandi deyib: sənin həyatda etdiklərin əhəmiyyətsiz ola bilər. Lakin bununla belə onu etməyin vacibdir...

Həyatda qoyduğumuz barmaq izlərimiz heç zaman silinmir...

- Elə ola bilər ki, kimisə sevəsən, lakin onunla gün keçirmək istəməyəsən?
- Bəli, belə də olur....

Siz bilə bilməzsiniz... Həyatın mənasını bilə bilməzsiniz... Heç bilməyiniz də lazım deyil... Sadəcə, bilin, sizin həyatınızın mənası var... Hər kəsin həyatının mənası var...

Bu an üçün yaşa, amma həmişəlik sev...

Səni özünə cəlb edən oğlanı öpmək əvəzinə taksiyə minib evə panda ilə gedirsən... Sən heç bu pandanı yaxından da tanımırsan...

Mən heç bir şey etməmiş artıq peşmançılıq çəkirəm...

Burada siqaret çəkmək olmaz!
Bəs bu külqabı nədən ötrüdür?
Bu vazadır – interyer elementidir.
Bu, vazadır?... Sən yəqin məni qıcıqlandırmaq məqsədi ilə belə edirsən.

Onun qızı var!
Kimin qızı var?
Sənin sifətini yumruqlayan polisi deyirəm!
Mən onun qızını oğurlamalıyam?
Yox, əlbəttə ki. Bizim onu gizlətməyə yerimiz yoxdur...

Eşidirsən, mənim də həyatda məqsədim ali təhsil almaq olub! Kitab mağazasında kitabların əhatəsində oturub karyeramı, arvadımı, məşuqəmi, boşanmamı, orta yaş dövrü böhranını planlaşdırmaq istəyirəm. Sən öz komplekslərini və uşaq nihilizmini özün üçün saxlasan yaxşı olar!

Adınızı deyin
Anonim.
Anonim? Bu, yunancadır?..

İndiki zamanla yaşa. Gələcəyimiz öz əlimizdədir...

Balaca qız olanda evimizdə kondisioner yox idi. Ona görə də sərinləmək üçün anamla muzeyləri gəzərdik...

Təklifinə bir şərtlə razılıq verə bilərəm... Söz ver ki, məni heç vaxt sevməyəcəksən.

Ceymi sona qədər də axtardığı möcüzəni görə bilmədi.
Səhvin var, o, möcüzəni gördü. O sən idin!!..

Mən xəstə olduğum üçün sən mənə göndərilmisən...Sən mənim mələyimsən...

Əgər Allah mövcuddursa, nəyə görə sənə yeni kofta vermir?
O, sənə ağıl axtarmaqla məşğuldur.

Ayda bir dəfə sənə pul göndərən insanı ata hesab etmək olarmı?..

Bilirsən, mən fikirləşirdim ki, səndə nəsə yaxşı bir keyfiyyət var. Görünür, yanılmışam!..

Buradan getmək problem deyil... Əsas odur ki, təzə yerdə nə ilə məşğul olacağını biləsən...

Allahı görmürsən, lakin hiss edirsən. Gözəllik, sevinc, heyrət, xoşbəxtlik, sevgi – Allah bizi əhatə edən hər bir şeydədir...

Hə, mən möcüzələrə inanıram, çox inanıram. Məgər sən inanmırsan?

Xeyr. Dünya zir-zibillə doludur.

Sevgi külək kimidir. Sən onu görmürsən, lakin hiss edirsən...

Sevgi hər zaman səbirli və mehribandır. O, heç vaxt sənə həsəd aparmır. Sevgi lovğa və şöhrətpərəst, kobud və eqoist olmur, sevgi incitməz və incimir. O, özünə xeyir və təmənna axtarmaz. Sevgi haqsızlığa sevinməz...

Özünün kim olduğunu anla və heç zaman dəyişmə...

Onun gülüşündə o qədər şirinlik vardı ki, düz bir il “Coca-Cola”-nı şəkərlə təmin etmək olardı...

Sükut mükəmməldir, müqəddəsdir. O, bir-birinə uyğun gələn insanları yaxınlaşdırır, onlar səssizlikdə də darıxmırlar. Bax belə bir paradoks.

Məni xəyalpərəst və ya ağılsız hesab edə bilərsiniz, lakin mən inanıram ki, bu dünyada hər şey mümkündür...

İlk sevgi sənin həyatını büsbütün dəyişir. Nə qədər çalışsan belə, onu heç zaman unuda bilməzsən. O qız sənin ilk sevgin olub, nə etsən belə o hər zaman sənin qəlbində qalacaq...

Qürub illüziyadır, günəş üfüqün arxasında gizlənsə belə yer kürəsini işıqlandırır.

Bizim taleyimiz istəklərimizdən asılı deyil, kim olaraq doğulmağımızdan asılıdır.

Saatın əqrəblərini yatmağa göndərməklə qəm-qüssəni yığışdıra bilmərəm. Lakin anlayıram ki, saatı dayandırmaq və keçmişə səyahət etməklə mən həyatımın xoşbəxt dəqiqələrinin də itirəcəyəm...

Mən gülümsəyirəm və səmaya baxıb sizə heç zaman demədiyim bir şey haqda düşünürəm: möcüzələrin baş verməsinə indi inanmağa başlamışam...

Sevgi dünyada olan ən sadə və qəribə bir şeydir...

Bu dünyada olan bütün dəyərli şeylər asanlıqla əldə edilmir. Bunu xatırla...

Susqunluq nə qədər uzun çəkirsə, cavab vermək də bir o qədər çətinləşir...

Allahın nə planlar cızdığını heç vaxt bilə bilməzsən...

Gündəlik qayğılar insanı ağır fikirlərdən uzaqlaşdırır...

Yaxşı nəticə, istedadın yox, əməyin nəticəsidir...

Uşaqlarla münasibətləri korlamaq asandır, onu düzəltmək isə, demək olar ki, mümkün deyil...

- Biz nəyə görə hər gün foto çəkdiririk?
- Bilmirəm, Coş, yəqin, sonralar xatırlamaq üçün.
- Çalış ki, kamerasız xatırlayasan...

Əvvəl-əvvəl mümkün olmasa da, sonradan ağrı acı ilə yaşamalı olursan. Vaxt keçdikcə ağrılar daha da azalır. Demək olmaz ki, o, tamamilə itir. Sadəcə, onunla yanaşı yaşamağı öyrənirsən...

Harada olmağından və nə etməyindən asılı olmayaraq istəyirəm ki, gecələr aya baxasan. Tanışlığımızın ilk gecəsini xatırlayırsan? İstəyirəm ki, aylı gecədə səmaya baxıb məni xatırlayasan. Bil ki, mən harada olsam da, səninlə birlikdə aya baxacağam...

O elə bir qız idi ki, bizi pis vəziyyətdə qoya bilərdi. O, sadəcə, heç bir şey etmədən baxardı və sən özünü günahkar hiss edərdin. Sən heç bir günah bir iş görməsən belə, onun baxışı səni pərt edirdi...

Onun anası deyərdi ki, özündə sirr saxlayan hər bir kişi onu sevən bütün qadınlara bədbəxtçilik gətirir...

Gözəl qadınlar hər yerdə var. Elə qadın var ki, gedərkən kişini arxasınca baxmağa vadar edər. Elə qadın da var ki, sadəcə kirpiklərini yellətməklə səni avtomobilin sürətini azaldıb qəzaya düşməkdən xilas edər...

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm