• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

13 sevgilili və 1 arvadlı kişi kimdir? – FOTOLAR

13 sevgilili və 1 arvadlı kişi kimdir? – FOTOLAR

Corc Kluni güclü yumor hissinə malik olan aktyordur, lakin bununla belə o, müasir Hollivudun ən hörmət edilən və ciddi aktyorlarından biridir.

Onun iştirakı ilə çəkilən filmlər “Oskar” mükafatına namizəd olur. Bundan əlavə, Corc dünyanın ən seksual kişilərindən biri də hesab olunur. Corcun film üçün sınaq çəkilişləri isə elə yataq səhnəsindən başlayıb. Onu yataq səhnəsinə cəlb etməklə rejissor Corcun utandığından geri çəkiləcəyini düşünüb, lakin... Gənc Corc heç nədən usanmadan film sınağında yataqda yarıçılpaq şəkildə uzanmalı olub. Görünür, gələcəyin ən yaxşı aktyorlarından biri olacaq Corcu heç bir səhnə çəkilişləri qorxuda bilməz.

“Mən həyatım boyu özüm özümlə sanki rəqabət aparıram. Bu, mənim üçün sanki narkotikdir. Ən maraqlısı budur ki, kinoya çəkilərkən heç zaman darıxmıram. Kino çəkilişləri olmadan yaşayacağımı ağlıma gətirdikdə, dəli oluram. Həyatımı nə ilə dolduracağımı bilmirəm. Yəqin ki, ada alıb çimərliyin sahilində oturardım və bütün günü rənbərəng kokteyl içərdim. Qorxuram ki, bu hal 2 həftədən çox çəkməyə. Yəqin ki, ölərdim. Əlbəttə meyitimi ilk tapan da bizi hər yerdə qarabaqara izləyən paparazzilər olardı ”.

Kluni 2005-ci ildə “Siriana” filmində çəkilir. Bu film Corc üçün ömürlük yaddaşlarda qaldı. Kino çəkilişləri zamanı Corc iki dəfə ölümlə üz-üzə gəldi, boyun fəqərələrini sındırdı. Aktyor iki əməliyyatdan sonra ayağa dura bildi. Lakin Corc indiyə kimi başağrılarından əziyyət çəkir. Baş ağrıları, görünür, onu ömrünün sonun kimi izləyəcək.

“Həyatda mən çox ciddi oğlanam. Belə deyək ki, ciddilik mənim “Axilles dabanımdır”. Hər şey ailədən gəlir. Atam məşhur jurnalist, anam isə öz vaxtının gözəllik yarışının qalibi olmasına baxmayaraq, ailəmiz çox mehriban və ciddi idi. Paltarlarımı anam tikərdi. Sinif yoldaşlarım isə anamın tikdiyi geyimlərə görə məni ələ salardırlar. Çox gülünc göründüyümü deyərdilər. Anam mənə hər zaman ürək-dirək verib deyərdi ki, əşyalar boş şeydir, əsas insanda geniş ürək olsun. Anamın sözləri indiyədək mənim ağlımda yaşayır. Ona görə də bir çox şeylərə görə mən valideynlərimə minnətdaram. Mənim bir çox uşaqlıq arzularım gerçəkləşib, amma... Demirəm ki, pul həyatda heç nəyi həll etmir. Əksinə, pulun önəmi çoxdur. Lakin mən də istəyərdim ki, yaxın bir dostumla hər hansı bir restoranda rahat oturub söhbət edim, sonra isə beysbol matçını izləməyə gedim. Mənim vəziyyətimdə bunlar mümkün olmur. Çünki insan dəstəsi və paparazilərin arasında bunları etmək olmur. Əlbəttə, mən bunlara öyrəşmişəm, lakin məşhur olmayan dostlarım var ki, onlar insan axını və bizi izləyən paparazi görən kimi vahiməyə düşür. Bunu nəzərə alaraq, həmin dostları bir daha evdən çölə çıxardıb gəzməyə dəvət edə bilmirsən. Onlar mənimlə görüşün nə ilə bitəcəyini əvvəldən bilir. Ona görə də özümü daha çox İtaliyada yaxşı hiss edirəm. Düzdür, orada da məni yaxşı tanıyırlar, amma zəhləmi tökmürlər. Onların vecinə deyil ki, bu gün üzümü qırxmışam, ya yox.

Etiraf etməliyəm ki, qəlbimin daxilində uşağam. 53 yaşlı körpə. Bred Pitt və Mett Deymon mənə qonaq gələndə atılıb-düşürəm və bir-birimizlə oynayıb, araya qoyuruq”.

Corc çoxsaylı sevgi romanlarına görə də məşhurdur. Qadınların sevimlisi və xarizmatik Corc bir çox insanların ağlını başdan alan insanlardandır. İnanmırsınız? Onda isə Corcun 13 sevgi hekayəsi ilə tanış olun.

Bu il ailə həyat quran Corc uzun illərdən sonra subaylıq həyatı ilə vidalaşıb. Onun ən səs-küylü sevgi romanı 1987-1989-cu illərdə aktrisa Kelli Preston arasında olub. O zaman hər ikisi gənc idi (26 yaş), böyük ümidlərlə yaşayırdı, heç biri də məşhur deyildi. Corc artıq onunla evlənməyə də hazırlaşırdı. Lakin evlənə bilmədilər. Onların evlənməsinə Maks maneçilik yaratdı. Maks onları ayırdı. Maks isə Corcun Kelliyə hədiyyə etdiyi qara donuz balası idi. ambisiyalı Kelli, Corcun hədiyyə zarafatını qəbul etmədi və getdi...Axı qız ondan qara donuz balası əvəzinə brilyant üzük gözləyirdi! Kelli acıq eləyib Con Travoltaya ərə getdi. Heç seçimində də yanılmadı. Çünki Corcu qarşıda hələ 12 sevgi hekayəsi gözləyirdi. Corca isə donuz balası qismət oldu. Maksı evdə saxlayaraq onu “göz muncuğu” etdi. Onların hekayəsindən illər keçməsinə baxmayaraq, Corc hər hansı bir tədbirdə Kellini görərkən arxasını çevirər, Kelli isə sadəcə təbəssümlə arxasına baxar.

Corc subaylığın daşını ilk dəfə 1989-cu ildə atdı. O, özündən yaşca böyük olan Taliya Bolsam ilə ailə həyatı qurur. Corc və Taliya barların birində tanış olub və bundan sonra onların ehtiraslı sevgi macərası başlayıb. Lakin 2 ildən sonra onlar ayrılır. Corc bir daha evlənməməyə və uşaq sahibi olmamağa özünə söz verir.

“Mən evlənməyə layiq olmayan insanlardanam”

Corcun bəxti şəxsi həyatında gətirmir. Lakin boşandıqdan sonra ona “Təcili yardım” məşhur serialında rol verilir. keçmiş arvadı ərini filmdə görüb hirsindən dırnaqlarını çeynədiyi vaxt, Corcun şöhrəti sürətlə göylərə qalxırdı. Hollivudun seks simvoluna çevrilən Corc yeni güc və həvəslə qısa və müddətsiz sevgi münasibətlərinə baş qoşurdu. Məsələn, Corcun ofisiant Selin Balitran münasibətləri haqda danışaq. Axı ulduz olan şəxs restoranda işləyən ofisiantla necə sevgili ola bilərdi?

Selini daha çox Corcun evində yaşayan qara donuz Maks narahat edirdi. Maks onların çarpayısında yatardı. Bundan əlavə, Corc münasibətlərə barmaqarası baxardı və evlilik haqda düşünməzdi. Selin Balitranın səbir kasası daşdı... 1999-cu ildə o, Corcu tərk etdi. Corc isə onu günahkar bilərək “gözləmək mədəniyyətinin” olmamasında günahlandırdı.

Ahh, bu Corc... Onun uzun müddətli sevgi hekayəsinə hələ ki, Liza Snouden başçılıq edir. Liza və Corc 2000-2005-ci illərdə bir yerdə olub. Corc Britaniyalı model və aparıcı Liza ilə reklam çəkilişləri zamanı tanış olub. O zaman Corcun 39 yaşı vardı. Lakin Corc belə bir qadına sadiq qala bilmədi. O, Culiya Roberts, Şarliz Teron, Salma Hayek və daha 5-6 aktrisa ilə xəyanət edirdi. Düzdü, bəzi şeylər şayiələr idi. Lakin 2001-ci ildə Rene Zellvegerlə xəyanət öz təsdiqini tapdı. Bütün bunlara baxmayaraq, gözəl bədən formalı və yaraşıqlı Liza hər şeyə rəğmən, tab gətirdi. Amma sonadək bu xəyanətlərə göz yuma bilməzdi.

Heç kefini pozmadan Corc barların birinə ad gününü qeyd etməyə yollanmışdı. Yenə də ofisiant... Corc yenə də ofisiant qıza maraq göstərir. Bu da əbəs yerə deyildi. Sara Larsen sonradan adını model biznesinə yazdırır. O, 2008-ci ildə “People” jurnalına görə planetin 100 ən gözəl qadınlarından biri hesab olunur. Corc heç vaxt “Oskar” mükafat vermə mərasiminə qızlarını gətirməzdi. Lakin Sara istisna oldu.

Corcun növbəti sevgilisi sanki rekord vurdu. Elizabet Kanalis aktyordan düz 18 yaş gənc idi. Sözsüz ki, Corc da özünə görə yaraşıqlı oğlan idi. 48 yaşlı yaraşıqlı oğlan. Corc Kluni yenidən toy etmək astanasında idi. İndiyədək görülməmiş bir hadisə də baş verdi: O, Elizabeti hətta anası ilə də tanış etmişdi. Corc sanki tərbiyəli oğlan olub digər qadınlarına da diqqət ayırmırdı. Lakin yenidən təəssüflük, ayrılıq... Bu ayrılıq hər ikisi üçün bir zərbə idi. İtalyan mətbuatı italyan gözəlçəsi Elizabet haqda çox yazırdı. Axı Elizabetin futbolçu Didye Droqba, portuqaliyalı məşqçi Joze Mourinyo kimi məşhur insanlarla sevgi macəraları olub. Jurnalistlər Elizabetin keçmişini araşdıraraq mətbuatda gecə-gündüz bu haqda yazardılar. Elizabetin narkotik və fahişəlik etməsi haqda məqalələr jurnallardan düşmürdü. Onlara sadəcə bir qədər səbr etmək lazım idi ki, onu da heç bir tərəf göstərmədi...

Kluniyə adam üzünə çıxmaq üçün yaraşıqlı qadın lazım idi. Steysi Kibler əla namizəd idi. Lakin Corc yenidən hər şeyi korladı. Bu dəfə iti ilə.. “GQ” jurnalında foto sessiya zamanı Steysi ilə çəkilmək əvəzinə o, itinə üstünlük verdi və jurnalın üz qabığında çəkildi. Corcu da qınamaq olmaz. Maks yenicə vəfat edib, Corc hər hansı bir heyvana öz sevgisini verməlidir ya yox? Maks vəfat edərkən 126 kilo olub.

Nəhayət ki, Corc tilsimi qırdı və ikinci dəfə bu ilin sentyabr ayında evləndi. O, seçimini livanlı Amal Alamuddin üzərində etdi. 36 yaşlı Amalın valideynləri hələ uşaq ikən Beyrutu tərk edib. Amalı siyasət və insan haqları maraqlandırıb. Oksfordda təhsil alan qız hər gün evdə oturub dərs oxumaqla məşğul olub. O, Yuliya Timoşenkonun vəkili idi.

Nikol Kidman və Mişel Pfayffer 40 yaşına kimi Corcun evlənib ata olacağı haqda 15 min dollardan bəhsə girib. Corc 40 yaşını subay kimi qeyd edərkən məğlub olan Nikol ona 15 min dolların çekini göndərib. Corc aktrisanın hərəkətinə gülərək çeki geriyə göndərib və deyib: “İrland kişiləri xanımlardan pul götürməz!”

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR