“Üç qədəh araq içdikdən sonra rahatlayıb yatağa uzandıq”
Bizi izləyin

Bizim tərcümə

“Üç qədəh araq içdikdən sonra rahatlayıb yatağa uzandıq”

Soyunmaq və çılpaq çəkilmək 29 yaşlı Kira üçün problem deyil. İlk dəfə 15 yaşında ekranda çılpaq görünüb. O vaxtdan etibarən çoxsaylı rollara və qazandığı şöhrətə rəğmən, Kiranın açıq-saçıq görünüşü ictimaiyyət arasında hiddətə səbəb olur. Belə kiçik sinə ölçüsü və anoreksik bədən forması ilə Kira Naytli kompleks keçirmir.

“Bizim tərcümə” layihəsi Hollivud aktrisası, dünyanın ən seksual qadınları siyahısında yer alan Kira Naytlinin müsahibəsini təqdim edir. Qeyd edək ki, Kira bu yaxınlarda açıq bir fotosessiyada iştirak etməklə öz həqiqi, fotoşopsuz bədənini nümayiş etdirib.

- Kira, açıq-saçıq yeni fotossesiyada iştirak etməklə bir daha fərqləndin. Görünür ki, sən xarici görünüşdən heç kompleksə də düşmürsən. “Kral Artur” filminin posterindəki fotonuzla bağlı yaranmış qalmaqal və məhkəmə işi buna əyani sübutdur...

- Bəli, kino posteri üçün sinəmi kompüter qrafikası ilə iri göstərən və ya öz sözlərimlə desək, “plastik əməliyyat etdirənləri” məhkəməyə verdim. Onlar mənim sinəmi, Allah bilir, nə boyda edib hazırladıqları posteri hər yerdən asırdıdılar. Onda isə mən artıq özümü ələ ala bilmədim, özümdən çıxdım. Bir mənə baxın - məgər mən seks-bombaya bənzəyirəm? Nəyə görə bunu etmək lazım idi? Bu, bilirsiniz, nəyə bənzəyir? Belə çıxır ki, sinəsi iri olmayan qadın qadın deyil. Mən öz xarici görkəmimə görə tənqidlərə kifayət qədər dözmüşəm. Məsələn, mənim üzümə birbaşa deyiblər: “Sən anoreksiyadan əziyyət çəkirsən!” Sonra isə: “Bizim səni görməyə gözümüz yoxdur, sən pis aktrisasan” və sair. Elə vaxtlar olurdu ki, “Karib dənizinin quldurları” filmindən sonra evdən bayıra çıxmırdım. Sanki mühasirədə idim. Lakin sonra böyüdüm və ağılsız sözlərə əhəmiyyət verməməyə başladım. Heç özümə bəraət qazandırmağa da çalışmıram. Mən yemək yeməyi sevirəm, hər zaman hündür, arıq olmuşam və özümü heç nədən məhrum etməmişəm. Haqqımda nə istəyirlər fikirləşsinlər. Qəzet və jurnallarda özüm haqda xoşagəlməz məlumatlar oxuduqdan sonra mətbəxə keçib dadlı yemək hazırlayıram. Əbəs yerə kulinariya kurslarına getməmişəm ki. Vəssalam. Daha heç bir emosiya olmur. Ona görə də, ustad fotoqraf Partik Demaşelyenin (o, şahzadə Diananın rəsmi fotoqrafı olub) köməyi ilə çılpaq çəkilməyimə çox sevindim. Yeri gəlmişkən, deyim ki, mən kinoda da çılpaq görünməkdən utanmamışam. Mənim çəkildiyim bir çox filmləri xatırlayın. Hər halda, mənim üçün ən çətin səhnələr yataq səhnələri olur. Çünki sənə tamamilə yad olan insana toxunmaq çox çətindir...

- Yeri gəlmişkən, “İmitasiya oyunları” filmində aktyor Benedikt Kamberbetçlə belə bir səhnə var...

- Oh, bu, dəhşət çətin səhnə idi. Benediktə çəkilişlərdən əvvəl mənimlə araq içməyi təklif etdim. Və beləliklə, onunla 3 qədəh araq içdikdən sonra rahatlayıb yatağa uzandıq. Əslinə qalsa, Benedikt içki içən deyil, o, qəhvə həvəskarıdır. Bundan əlavə, “Təhlükəli üsul” (Film Freyd və Yunq haqdadır. Kira rus psixoloq rolunda oynayıb – red.) filminin çəkilişləri zamanı açıq səhnəyə çəkilməzdən əvvəl həyəcanı boğmaq üçün araqdan istifadə etdim. Çəkiliş qurtardıqdan sonra isə şampan açırdım. Bu dəhşətin bitməsini bayram kimi qeyd edirdim. Xatırlayıram, əvvəlcə həmin filmdə çəkilməkdən imtina etmişdim. Lakin rejissor məni əmin etdi ki, bu, seksuallıqdan çox psixoloji xarakter daşıyır. Hətta o, səhnələri də yığışdırmağa hazır idi ki, təki mən çəkilməyə razılıq verim. Özüm də dərk edirdim ki, kinonun alınması üçün mənim açıq çəkiləcəyim səhnələrin önəmi çoxdur. Hər halda, yenə də qorxurdum. Filmdə tərəf müqabilimə (Maykl Fassbender – red.) tapşırdım ki, əgər mənə barmağını toxundurarsa, o zaman cangüdənlərimi çağırıb onu döydürəcəm. Maykl isə cavab verdi: “Sənin ki, əllərin bağlıdır, məni hədələmək halında deyilsən” (gülür). Fikrimcə, o, haqlı idi.

- Deyirlər, aktyorlar tez-tez psixoloq yanına gedirlər...

- Xeyr, mən belə düşünmürəm. Lakin aktyor Dastin Hoffmanın çəkilişlərdən öncə psixoterapevti ilə məsləhətləşməsini xatırlayıram. İndi bu fikirlə razılaşaq, ya yox? Bütün aktyorlara əbədi böhran vəziyyəti tanışdır. Və mənə də həmçinin. Bununla belə, bu yanaşma mənlik deyil. Evə gəlirsən, nəsə pozitivliyə ehtiyacın olur, məsələn, futbola baxmaq və ya pivə içməyə getmək istəyirsən. Düzdür, bəzən emosiyalara qapılırsan. Məsələn, “Anna Karenina” filmin çəkilişləri zamanı Annanın ölüm səhnəsini oynamaq üçün düz bir həftə hazırlaşırdıq. Mən sadəcə, ölüm səhnəsinə çox qapılmışdım və əsəblərim pozulmuşdu. Lakin bu, o demək deyil ki, biz psixoloqlarla yaşayırıq.

- Çox maraqlıdır ki, sizinlə bağlı bir-birinə zidd fikirlər yürüdülür. Bir tərəfdən, sizi “çox da yaxşı olmayan bədən formasına” görə ittiham edirlər, bir tərəfdən isə, rolun yaxşı alınmasında xarici görkəminizin xüsusi əhəmiyyət daşdığını göstərirlər...

- Bəli! Elədir ki, var. Yalan danışa bilmərəm – bir çox rolları xarici görünüşümə görə almışam. Lakin xarici görünüşümə görə ala bilmədiyim rolların da sayı az deyil. Ona görə də, nə vaxtsa qızım olsa, istəməzdim aktrisa olsun. Xüsusən də, yeniyetməlik yaşında. Əsla! Olmaz! İnanmıram ki, o, mənim sözlərimə qulaq asa, lakin qızımı səylə bu sənətdən uzaq tutmağa çalışacağam. Ona həkim və ya hüquqşünas olmağı məsləhət bilərdim. Yəni ki, stabil, etibarlı və orada heç bir alçaqlıq olmayan sənətə yiyələnsin. Sənə rol verilməyəndə nevrotikə çevrilirsən. Mən hər zaman nevroz olmuşam. Hamam otağına girib, orada saatlarla ağlayardım. Çimərlik geyimində hovuza girməyə utanardım. Şükür Allaha, indi bunlar hamısı geridə qalıb.

- Plastik əməliyyatlara münasibətiniz necədir?

- Əlbəttə ki, çox pis. Lakin mən qadınları buna görə günahlandırmıram. Çünki qadınlar gözəl görünmək üçün yox, özünü yaxşı hiss etmək üçün cərrahi əməliyyata razı olur. Əgər qadın fikirləşirsə, plastik əməliyyat onu xoşbəxt edə bilər, o zaman mən kiməm ki, onları günahlandıram. Hər insan öz bədəni ilə nə istəyir edə bilər, hər kəs bu seçimdə azaddır. Özümə gəldikdə, bunu etmərəm. Amma gələcəyin işini bilmək olmaz.

- Siz keçən il ərə getmisiniz (Kira “Klaxons” ingilis qrupunun musiqiçisi Ceyms Raytonla ailə qurub – red.). Evlilik həyatından narazı deyilsiniz ki?

- Siz nə danışırsınız, əksinə. Özümü əla hiss edirəm. Digərlərindən fərqli olaraq, evlilik həyatını daha sərbəst qəbul edirəm. Çünki evlilik qadını gərginlik və başqa narahatlıqlardan xilas edir. Ərli olmaq subay olmaqdan dəflərlə yaxşıdır. Məncə, tamamilə düzgün seçim etmişəm və özüm-özümü də alqışlayaraq deyirəm: “Əla, Kira, əhsən sənə!”. Yeri gəlmişkən, valideynlərim mənə evliliklə bağlı heç vaxt tələsməməyi məsləhət biliblər. Onlar öz təcrübəsindən çıxış edərək belə deyiblər. Valideynlərim ipoteka üçün bankdan kredit aldıqdan sonra evlənə biliblər. Lakin Ceyms mənə evlilik təklifi etdikdə, fikirləşmədən “hə” cavabı verdim. Düşünürdüm ki, evlilik çox əyləncəli şeydir. Və elə də oldu.

- Lakin bu yaxınlarda Ceymslə aranızda qalmaqal yaşanmışdı...

- Hər halda, boşanmadıq ki! (gülür) Demək, hər şey qaydasındadır. Tfu-tfu, göz dəyməsin. Mənim ərim bir çox musiqiçilər kimi səbirsizdir. Mən 5 il aktyor Rupert Frend ilə münasibətdə olmuşam. Biz bir-birimizi az görər və daim mübahisə edərdik. Ceymslə bu, baş vermədi, çünki hərəmizin öz sahəsi var.

- Uşaqla bağlı nə planlarınız var?

- Çox maraqlıdır. Ərə gedənə qədər hamı səndən soruşur: “Nə vaxt ərə gedirsən?”. Ərə gedəndən sonra başqa bir sual verirlər: “Nə vaxt uşaq doğmağa hazırlaşırsan?”. Mən isə heç vaxt heç nəyi planlaşdırmıram. Yəqin, vaxt gələr doğaram.

- Məktəbdə necə oxumusunuz?

- Mənim axı disleksiyam vardı. İndinin özündə də bəzən oxumaqda çətinlik çəkirəm. Valideynlərim yaxşı oxumayacağım halda məni növbəti səhnəyə buraxmayacaqları ilə hədələyərdilər.

- Düzdür ki, bank hesabınızda milyon dollar olduğu halda, siz sadə həyat tərzi keçirirsiniz?

- Bəli, düzdür. Haradasa 70 min dollar olar. Təmtəraqlı həyat tərzini sevmirəm. Məncə, belə həyat reallıqla əlaqələri itirir. Özünü sanki başqa planetdəki kimi hiss edirsən.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm