• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Misimadan sonra yapon ədəbiyyatında ikinci nəhəng xarakiri – Yasunari Kavabata - BİZİM TƏRCÜMƏ

Misimadan sonra yapon ədəbiyyatında ikinci nəhəng xarakiri – Yasunari Kavabata - BİZİM TƏRCÜMƏ

Yapon yazıçısı Yasunari Kavabata (1899-1972) Osaka şəhərində imkanlı ziyalı ailəsində anadan olub. O, 2 yaşındaykən ixtisasca həkim olan atasını, bir il sonra isə anasını itirib. Babasının himayəsi altında yaşayan kiçik Yasunari əvvəlcə rəssam olmaq istəyirdi. Lakin 12 yaşına çatanda qərara gəlir ki, ondan rəssam çıxmayacaq; yazıçı olmaq fikrinə düşür və «16 yaşlının gündəliyi» adlı ilk avtobioqrafik hekayəsini yazır.

Orta məktəbi bitirən Kavabata 1920-ci ildə Tokio Universitetinin ingilis ədəbiyyatı ixtisasına daxil olur. Lakin 2-ci kursdan ixtisasını yapon ədəbiyyatına dəyişir. Onun «Sinsite» («Yeni istiqamət») tələbə jurnalında çıxan məqaləsi yazıçı Kan Kikutinin xoşuna gəlir və onu ədəbiyyat jurnalının redaksiya heyətinə dəvət edir. Universitetin 5-ci kurs tələbəsi Yasunari gənc yazıçılar qrupu ilə birgə «Bunqey dziday» («Müasir ədəbiyyat») adlı jurnal təsis edir. Bu jurnal Yaponiyaya atom bombası atdıqları vaxt şüalanmış Sadoko adlı qızın xatirəsinə ucaldılıb. Əsərdə sanki durnanın insanlara xoşbəxtlik gətirdiyini duyan qız kağızdan min ədəd durna düzəltmək istəyir ki, onun da xəstəliyi sağalsın. Atom radiasiyası nəticəsində dünyasını dəyişmiş gənc yapon qızının bu heykəli Xirosima faciəsinin bir daha təkrar olunmayacağına ümid verir.

Sənətkarın «Göl» povestində isə göl əbədilik və təmizlik simvolu kimi qələmə alınıb. Amerika yazıçısı Edmund Uayt bu povesti «çay plantasiyası kimi qədərincə biçilmiş, dolğun, təbii və düşünülmüş» adlandırmışdı.

1962-ci ildə Kavabata ABŞ Dövlət Departamentinin dəvətilə bir sıra Amerika universitetlərində yapon ədəbiyyatı üzrə mühazirələr oxuyub.

1968-ci ildə Yasunari Kavabata «yazıçılıq ustalığı ilə əsərlərində yapon şüurunun mahiyyətini açıqladığına görə» ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Kavabata Nobel mükafatına layiq görülmüş ilk yapon yazıçısı idi. O, Nobel mühazirəsində belə bir fikir işlədir: «Mən həyatım boyu gözəlliyə can atmışam və həyatımın sonuna qədər bu missiyanı daşıyacağam». Sənətkar tipik yapon ciddiliyi ilə Nobel Komitəsinin nə üçün onun üzərində dayanmasını anlamadığını da soruşmuşdu. Buna baxmayaraq, həm də İsveç Akademiyasına dərin təşəkkürünü bildirmişdi: «Yazıçı üçün şöhrət hamiləlik kimi təşəkkül tapır».

Kavabata yaradıcılığında hər şey şüurlu yaxud şüursuz şəkildə insanı gözəlliklə təmizləmək vəzifəsinə tabedir. Bu, elə də sadə məsələ deyil. Lakin yazıçının özü qeyri-adi şair, nağıllardakı qəribə adamlara oxşayan, haqqında çoxlu lətifələr gəzib dolaşan, İkkü kimi şübhələr əlindən əzab çəkirdi. İkkü əsl dzen, son dərəcə səmimi və xeyirxah insan idi, buna görə də uşaqlar onu sevirdilər, meşə quşları isə onun əlindən yem götürürdülər. O, Kavabataya ona görə yaxındır ki, «mənəvi düşkünlük dövründə insanı təbii həyat tərzinə, haqq yoluna qaytarmaq istəyirdi, lakin onu başa düşmürdülər. Kavabata etiraf edirdi ki, İkkünün «Budda dünyasına girmək asandır, şeytan dünyasına girmək çətindir» kəlamının gizli mənası onu rahat buraxmırdı. «Bu sözlər məni təqib edir… Onları müxtəlif şəkildə başa düşmək olar. Çox güman ki, onların mənası hüdudsuzdur. Lakin mən «Budda dünyasına girmək asandır» sözlərindən sonra «şeytan dünyasına girmək çətindir» sözlərini oxuyanda İkkü öz dzen mahiyyəti ilə qəlbimə girir».

Buddizmdə Allah və şeytan yoxdur, lakin hər bir yamanlığın mənbəyi olan ağlını itirmək, bilməməzlik var. Ona görə də İkkü deyirdi: «Həyat cəhənnəmdir. Cəhənnəm isə nirvanadır». Budda inanclarına görə, cəhənnəmin müxtəlif çevrələri var. Lakin, ümumiyyətlə, cəhənnəmi üç cevrəyə bölmək olar: uzaq cəhənnəm, yaxın cəhənnəm və tənhalığın cəhənnəmi… Başqa sözlə desək, insanı əhatə edən hər şey bir göz qırpımında onun üçün cəhənnəm əzabına və məşəqqətə çevrilə bilər. Bu elə Akutaqavanın başına gəldi: «Tənhalığın cəhənnəmi» hekayəsini yazandan on il sonra, 1927-ci ildə o, intihar etdi. O, sənətdə xilas axtarırdı, lakin cəhənnəmlə üzləşirdi, çünki öz daxilindəki cəhənnəmdən azad olmamışdı.

Akutaqavanın intiharı Kavabataya ağır təsir etmişdi. Həmkarında şübhə oyadan şeylər Kavabatanı da şübhələndirmişdi. «Nə üçün mən zamandan və məkandan kənarda olan gözəlliyin mövcudluğuna inanmalıyam? Düzdür, Dantenin cəhənnəminin adamı bu gün də Şərqin balalarını sarsıdır. Amma bu alovla bizim aramızda XIV əsr İtaliyası dumana bürünmüşdür, deyilmi?»

XX əsrin əvvəllərində yaponlar bu dövrə qədər bir çox şirnikləndirici şeylərin içindən keçmiş qarşıdurmalarda və Allahın əleyhinə üsyanlarda metal dadı kəsb etmiş Qərb incəsənəti ilə görüşə hazır deyildilər. Yapon incəsənti başqa təməl üzərində bərqərar olmuşdu. Kavabata müxtəlif mənəvi mənbələrdən danışarkən haqlı görünür. Mən kövrəklik, yumşaq «qadın» üslubu tətbiq edərək təbiilik, zorakılıqdan və qərəzçilikdən imtina yolu ilə gedən incəsənəti nəzərdə tuturam. (Çox güman ki, bununla sərt «kişi» üslubunu tarazlaşdırmaq məqsədi güdülürdü, çünki «in»- qadın başlanğıcı olmasa, «yan»-kişi başlanğıcı da olmaz). Lakin məhz «qadın» üslubu Kavabataya yaxın idi və o, bu üslubu qədim həqiqətə uyğun olaraq kobud hücumlardan müdafiə edirdi: möminlər günahkarlara qalib gəldikləri kimi, zəif və zərif sərtə və möhkəmə qalib gəlir. O, ömrünün sonunda inandırmağa çalışırdı ki, gözəlliyin həyatı əbədidir, çünki onun ifadə formaları daim dəyişir: o, ruh kimi hər yerdə mövcuddur və ruh kimi varlığı canlandırır.

Kavabata qəlbinin dərinliklərində dzen yolu ilə getməyə nə qədər çağırsa da, onun ruhunu nə qədər dərindən dərk etsə də, bununla belə dzenlə çox az bir araya sığan zamanın ruhundan azad ola bilmədi. Axı dzen yolunun mahiyyəti qeyri-ziddiyyətliliklə, qeyri-ikiliklə, bir şeyi başqasına qarşı qoymamaqla bağlıdır; çünki dzenə görə, bütün qarşıdurmalar bizim xəbərsizliyimizlə bağlı olduqları üçün illüzor xarakter daşıyırlar. Lakin bu həqiqət dünyada yaşaya-yaşaya ondan əlini üzmüşlərə açıqdır.

1968-ci ildə alimlərin və ədəbiyyatçıların görüşündə məndən soruşdular ki, mən İkkünün «Budda dünyasına girmək asandır, şeytan dünyasına girmək çətindir» sözlərini necə başa düşürəm? Mən onlara müqəddəs Avqustinin sözləri ilə cavab verdim: «əgər insan Allah kimi yox, insan kimi yaşayırsa o, şeytana bənzəyir», o, yaddan çıxarmamalıdır ki, bütün Allahlar, bütün yoldan çıxaranlar insanın içində yaşayırlar. Və «hər bir nizamlanmış ruh özü-özünü cəzalandırır». Hər bir şey bizim içimizdədir: «ilahi qığılcım» Allahdandır və bu mənada demək olar ki, «şeytan dünyasının Budda dünyasıdır» sözləri bizə yolumuzu azdırandan gəlir. Onların savaşı insanın qəlbində baş verir və insan özündə bütün pis əməlləri dəf edənə qədər davam edəcək. İnsanın bu bacarığına Kavabata da inanırdı.

Təbiəti etibarilə zərif olan Kavabata keçici, kövrək gözəlliyə həssas idi. Lakin insan şübhələri, sənətkar sınağı onu XX əsrin əvvəllərində «şeytan» əməli adlandırılan parlaq, gözəgəlimli gözəlliyin yoluna keçməyə də sövq edirdi. O, şeytan gözəlliyinin astanasından keçməyə cürət etmirdi, çünki bu gözəlliyə qarşı onda immunitet yox idi. Hər bir özü özünə mənsub olmayan sənətkar kimi Kavabata da öz təbiəti etibarilə kövrək gözəlliyi dərk etmək üçün yaransa da, zaman-zaman parlaq gözəlliyə meyl edirdi. Lakin özünün dediyi kimi «yoldan bir damcı nə sağa, nə də sola sapmaq olmaz, əks təqdirdə onu itirərsən. Kamil yol uçuruma bənzəyir; onda nə çatışmazlıq, nə də artıqlıq var. Seçimimizdən asılı olaraq biz onu itiririk. Heç bir xarici nəsnədən yapışmayın və daxili boşluqda yaşamayın, ağıl vəhdət üzərində bərqərar olanda ikilik öz-özünə yoxa çıxır». O, nöqsanla dolu dünyanı yaşadığına görə ondan yan keçə bilməzdi. Sənətkarın həyatı əzabla dolu idi. Elə buna görə də Kavabatanın qəlbi sakitlik axtarsa da, onu tapa bilmirdi.

1970-ci ildə Yaponiya hərbi bazalarının birinin qarşısında gənclərin üsyan etmək cəhdi uğursuzluqla nəticələndiyi üçün məşhur yapon yazıçısı Misima, bundan iki il sonra isə ruhi xəstə kimi müalicə olunan Kavabata yaşadığı mənzilində xarakiri (ritual intihar) edir. İki ilin içərisində iki böyük Yapon yazıçısının intiharı bütün dünyanı heyrətə gətirmişdi. Maraqlıdır ki, Kavabata özünün Nobel nitqində insanın bütün formalarda özünə qəsd etməsinin əleyhinə olmuşdu: «İnsanın dünyadan məyusluq dərəcəsi hansı həddə olursa-olsun, intihar etiraz əlaməti sayıla bilməz. İnsan nə qədər ideal olsa belə, intihar edərsə, o, möminlikdən çox uzaqdır».

(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” əsərindən)

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR